Bakıda hava 14°
USD AZN
EUR AZN

Uşağın yuxusunu qoruyun

Uşağın yuxusunu qoruyun

Südəmər uşağa yuxu üçün bütün şərait: sakitlik, isti, mümkün qədər təmiz hava olduqda və gecə elektrik işığı onu narahat etmədikdə istədiyi qədər yata bilər. Bir çox analar buna əməl etmirlər, yatan uşaqın yanında gəzişir, ucadan danışır, radioya qulaq asırlar və s. Bundan başqa bir çox analar elə bilirlər ki, uşaqlar səs-küyə öyrəşməli və belə şəraitdə də rahat yatmalıdırlar. Uşaq buna alışmamalıdır. Əlbəttə uşaq çox yorulubsa, elektrik işığında da yatacaqdır, lakin onun yuxusu sakit olmayacaq və o lazımınca dincəlməyəcəkdir, bu isə onun inkişafına pis təsir edəcəkdir.

Əlbəttə mənzil şəraiti əlverisli olmadıqda sakitlik və uşaqın yaxşı yatması üçün lazimi olan başqa şəraiti yaratmaq olmur, lakin mümkün qədər buna çalışmaq lazımdır.

Südəmər uşağı heç vaxt oyatmayın. 

Usaq yuxudan doyduqda özünü yaxşı hiss edəcək, şən və qıvraq olacaqdır. Uşağı əmizdirmək vaxtı çatdıqda da oyatmaq lazım deyil! Uşaq yuxudan doyarsa, daha həvəslə əməcəkdir. Əmizdirməni bir dəfə buraxmağın eybi yoxdur. Lakin bu tez-tez baş verirsə, yenə də uşağı oyatmayın, əmizdirmə saatlarını dəyişin əziz analar.  

Uşağın yuxusunu qoruyun

Uşaq çətin yuxuya gedir.

Bir çox analar uşaqın çətin yuxuya getməsindən şikayətlənirlər. Uşağa ciddi tonla demək, yaxud qışqırmaq kömək etmir: uşaq daha da həyəcanlı olur. Sakit yuxu üçün otaqda lazimi şərait yaradılıbsa, heç bir şey etmək lazım deyildir. Uşaq oturmaq, yaxud qalxmaq istəyirsə, onu güclə yatırtmaq lazım deyil. Otaqda səs yoxsa, uşaq tez yuxuya gedəcəkdir. Uşaq ümumiyyətlə çətin yuxuya gedirsə , onun rejiminə baxmaq lazımdır, uşaq gündüz çox yatır, yaxud ayıq vaxtı oynaması üçün imkan yoxdur, adətən körpə uşaqlar çox oynadıqdan sonra yuxuları gəlir. Ola bilsin ki, uşağa təmiz hava lazımdır. Sağlam uşaq həmişə rahat yuxuya gedir, rahat da oyanır. 

Yuxu cəhətdən də südəmər uşaqlar bir-birindən fərqlənirlər: uşaqların birisinə çox olan şey, o birisinə kifayət etməyə bilər. Hər bir südəmər uşaq istədiyi qədər yuxulamalıdır. Uşaq normal inkişaf edirsə, qıvraqdırsa, zirəkdirsə və əhval-ruhiyyəsi yaxşııdrsa, gündüz az yatmasının eybi yoxdur. Uşaq lazimi şəraitdə saxlanılırsa, o bütün gecə yatır.

Adətən yeni doğulmuş uşaq bütün günü yatır, ancaq döş əmmək üçün oyanır. Sonralar südəmər uşaq ətrafakılarla maraqlanmağa başlayır, az yatır. Uşaq 2-3 aylığında bütün gecə yatır, gündüz isə yuxu ilə ayıq vaxt arasında 1-2 saat fasilə olur. Bir yasinda uşaq gündüz yuxuda olduğundan 2 dəfə çox ayıq qalır. Uşaq gündüz yatmağa adət edibsə, onu günorta yatırtmaq (saat 12 dən 2 yə kimi) daha yaxşıdır. Uşağı gündüz bundan gec yatırtdlqda (saat 3 ilə 5 arasında) , axsam o gec yuxuya gedəcəkdir.

Səslərin sayı: 3
10
7920
loading...
Şərhlər
Offline
nigar dadasova
Menim oglim corpe olanda 3 saatdan bir durub gece yemeyini yeyirdi.
30 oktyabr 2015 12:32
Offline
Baby
Maraqlı mövzudur. Twkrler
12 sentyabr 2015 00:07
Offline
Fatma xanım
Analar yuxudan zorla oyadıb yedizdirirlər bu doğru deyil
10 sentyabr 2015 20:50
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ellada Babayeva
Uşaq normal inkişaf edirsə, qıvraqdırsa, zirəkdirsə və əhval-ruhiyyəsi yaxşııdrsa, gündüz az yatmasının eybi yoxdur. Uşaq lazimi şəraitdə saxlanılırsa, o bütün gecə yatır.

İndi uşaqlar səhəri gözü açıq açırlar. Yuxu uşaq üçün vacibdi.
9 sentyabr 2015 13:06
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
gun ka
Mende bebisimi rejimle yatizdiriram uje 2 ayi tamamdi yuxu vaxtinda yatmaq isteyir duzdu usagi besikden orgetmek lazimdi
8 sentyabr 2015 22:09
Offline
Pərvanə
Uşaqlarım artıq 4 -cü sinifdə oxuyurlar amma yuxu rejimləri hələdə davam edir.Hər axşam saat doqquzun yarisi mitildə olurlar.Yarım saat kitab oxuyurlar ondan sonra yatırlar.
8 sentyabr 2015 21:54
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
●♥ Səma ♥●
Analar üçün gözəl məsləhətlərdir.Tətildə bir az rejim pozulub blush ,amma az ömrü qalıb köhne komendant saatına keçməyimizin crazy .Xəbər üçün təşəkkürlər.
8 sentyabr 2015 18:59
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Xəyalə Murad
Təbii ki, uşaqların normal yuxu rejimi olmalıdır. Amma elə tanışlar var ki, deyirlər narahatlığı oldu olmadı uşaqlar gecə bir olmayınca yatmırlar. Valideyn o rejimi körpəlikdən hələ bələkdən formalaşdırmalıdı. İki övlad anası olaraq məsləhət görürəm) Dəniz84, mocking
8 sentyabr 2015 17:25
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Sevil Babayeva
Korpelikden usaqlatkmin yuxu rejimi var onunlada davam edirik.
8 sentyabr 2015 17:17
Offline
Aysel İ.
Çox gözəl məsləhətlərdir. 3 uşaq anası olaraq təcrübəmdən bilirəm. hər dediyinlə razıyam.
8 sentyabr 2015 17:14
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )