"Mən toya getmişdim, məni vurdular".Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri ötən gün düşmən gülləsinə tuş gələn 3 yaşlı Zəhra Əliyeva deyib.Hələ 3 yaşı olmasına baxmayaraq, Zəhra artıq dəfələrlə ölüm qorxusunun nə olduğunu yaşayıb. Hər gün güllə səsləri, hər an ölüm qorxusu balaca qızcığazın demək olar ki, gündəlik yaşam tərzidir. Dünən isə nənəsi ilə toya gedən Zəhra düşmən tərəfin atdığı gülləyə tuş olub. Özü ilə ölüm gətirən güllə bu dəfə onun balaca dünyasından yan keçib. Balaca Zəhra o anları çətin ki, unuda bilsin: "Mən toya getmişdim, orada yemək yedim. Atdılar, gəldi başıma dəydi, onların hamısını öldürəcəm. Nə olduğunu anlamadım. Güllə səsi eşidiləndə yaralandığımı gördüm".Erməni tərəfin cəbhənin Tətrətin Qapanlı kəndi istiqamətində atəşkəsi pozması nəticəsində yaralanan 3 nəfər dinc sakindən biri dı Mədinə Əhmədovadır. Güllə onun sağ qoluna dəyib. Hadisə şahidlərinin köməkliyi ilə o, Tərtər xəstəxanasına yerləşdirilib. Güllə yarası yüngül olsa da, əməliyyat bir neçə saat davam edib. Mədinə Əhmədova deyir ki, bu anlar həyatının sonuna kimi yadindan çıxmayacaq:"Əvvəlcə nə olduğunu anlamadım. Qolum keyiməyə bağladı. Uşaq başını tutub ağladı, bacım yerə yıxıldı. Bu zaman güllə səsi gəldi. Artıq qolumun nədən keyləşdiyini başa düşdüm. Güllə mənə də dəymişdi. Özüm bir yana, uşaqdan çox qorxdum. Başının qanamasını görəndə dilim-ağzım qurusun, elə bildim, Zəhraya nəsə olub. Sonra xəstəxanaya gətirdilər və dedilər ki narahat olma, balaca yaxşıdır. Bir neçə saat davam edən əməliyytdan sonra özümü yaxşı hiss etdiyim üçün evə buraxıldım. Həkimlər sağ olsun, indi yaxşıyam.Digər yaralı, Müşkinaz Tanrıverdiyevanın vəziyyəti nisbətən ağır olduğundan o, Bərdə mərkəzi xəstəxanasına, oradan isə Bərdə Müalicə Diaqnostika mərkəzinə yerləşdirilib. Müşkünaz xanımın sol böyründən dəyən güllə daxilə nüfuz edərək onun daxili orqanlarına ciddi ziyan vurub. Gülləni Müşkünaz xanımın bədənindən çıxarmaq həkimlər üçün o qədər də asan olmayıb. 6 saata yaxın davam edən cərrahiyyə əməliyyatından sonra güllə onun bədənindən çıxarılıb. Çətinliklə danışan Müşkünaz xanım yaşamını bərpa etdikləri üçün "həkimlərə təşəkkür edirəm" deyə bildi. Həkimlərin bildirdiyinə görə, hazırda reanimasiyada olan yaralının vəziyyəti stabil-ağır olaraq qalır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Bu corablar vasitəsilə ayaqqabısız rahatlıqla gəzə biləcəksiniz
Uşaqların sosial-psixoloji inkişafı-25
Zamiq: "Bu il evlənəcəm"
28 May Respublika Günü
Azərbaycanın "Eurovision" mahnısı təqdim edildi
Ukraynada nə baş verir: inqilab, yoxsa çevriliş?
Sərdar Ortac boşandığına peşmandır - FOTO
Barak Obama kəskin tənqid edildi
Çox qusmaq körpəyə ziyandır? Hamilələr, DİQQƏT
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ
“Google” XƏBƏRDARLIQ EDİR: bu tətbiqləri dərhal silin!
Möhtəşəm vanna otağı dekorasiya modelləri
Bu il körpələrə ən çox qoyulan adlar məlum olub
Tarkan qızı üçün mahnı yazdı-FOTO
Mövlud Çavuşoğlu: “Azərbaycanın mədəni paytaxtı Şuşanın azadlığı mübarək olsun!”
Azərbaycanda təhlükəli epidemiya
Ciyərli rulet (foto resept)
"Apple" elastik noutbuklar istehsal edəcək
Qatıqla arıqlayın
DİM-dən rezidenturaya qəbul olmaq istəyənlərə müraciət
qeyri adi ayaqqabilar
Nişan paltarları
Nazirlik şəhid ailələri və müharibə iştirakçılarına dəstək üçün yeni elektron bölmə yaratdi
17 yaşlı qızın ağciyərindən çıxan həkimləri şoka saldı
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Bayramda 9 gün evdə qalacağıq
Bu tapıntı alimləri heyran qoydu
Xoşbəxt qadın olmaq üçün 16 qadağa
Fahriye hələ də xəstəxanadadır-FOTO
Milli Qəhrəmanımızla bağlı anım tədbiri keçirilib
Avropaya çatdıq?
Xoşbəxtliyin formulu.
İmmunitet sistemini gücləndirmək üçün 3 qayda
Cardi B Siyasətçi olmağa hazırlaşır
Keçibuynuzu
Amerikada oxumaq istəyirsinizsə... - Qəbul başladı
Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi? - AÇIQLAMA
Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir
Facebook-un qorxulu sirri açıldı
Toyuq kroketlər (foto resept)
Nar mürəbbəsi
Sabah bu yollar bağlanır
Bakıda dördəm doğuldu
İmtahanların vaxtı bilindi
Instagram-da Direct bağlanacaq
Buğda salatı (foto-resept)
Kasıb olduğu üçün qız vermədilər, o da ...-FOTO
Kimlər sürücülük vəsiqəsi ala bilərlər?
"Bu insanın ixtiyarında deyil, amma..."
"Hercai"nin aktyorlarına reklam təklifi gəldi
- ŞƏRHLƏR