Bakcell şirkəti Azərpoçt vasitəsilə pul köçürməsi edənlərə Ulduzum danışıq dəqiqələri hədiyyə edir!
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Ulduzum sadiqlik proqramı çərçivəsində Respublikanın vahid dövlət poçt operatoru olan “Azərpoçt” MMC ilə əməkdaşlığa başlayıb. Artıq Azərpoçtla ən azı 10 AZN məbləğində pul köçürmələri edən hər bir şəxs Ulduzum sadiqlik proqramı tərəfindən şəbəkədaxili danışıqlar üçün pulsuz 5 dəqiqə əldə edəcək.
“Bakcell”dən bonus dəqiqələrini qazanmaq üçün Ulduzum istifadəçisi respublikanın istənilən nöqtəsində yerləşən Azərpoçt ofisinə yaxınlaşaraq, ən azı 10 AZN məbləğində pul köçürməsini həyata keçirməlidir. Bu zaman abunəçi mütləq öz Bakcell nömrəsini Azərpoçt əməkdaşına təqdim etməlidir. Pul köçürməsi həyata keçirildikdən sonra Ulduzum istifadəçisinın təqdim etdiyi Bakcell nömrəsinə 10 rəqəmli kod SMS vasitəsilə göndərilir. Müştəri aldığı 10 rəqəmli kodu 5555-ə SMS vasitəsilə yollayır və 5 dəqiqə abunəçinin təqdim etdiyi nömrənin balansına yüklənilir. Göndərilən SMS-in qiyməti 3 qəpikdir. Əldə olunan bonus dəqiqələri 3 gün ərzində istifadə oluna bilər. Qeyd edək ki, bu kampaniya 31 dekabr 2015-ci il tarixinə qədər davam edəcək.Kampaniya barədə ətraflı məlumat əldə etmək üçün keçid: http://www.bakcell.com/az/get-ulduzum-bonuses-at-azerpost
Abunəçilərinin sayı 1.4 milyondan artıq olan Ulduzum sadiqlik proqramının tərəfdaş siyahısında 130-dan çox seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.
Ulduzum proqramına qoşulmaq üçün “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq kifayətdir.
Ulduzum proqramından istifadənin daha asan olması üçün bir müddət əvvəl abunəçilərin istifadəsinə verilən Bakcell Ulduzum applikasiyasını Android əməliyyat sistemli mobil cihazlar üçün bu keçiddən https://goo.gl/pOci5l, iOS əməliyyat sistemli cihazlar üçün isə bu keçiddən https://goo.gl/KZKuta istifadə edərək pulsuz yükləmək olar. Ulduzum applikasiyasını yükləməklə abunəçilər tərəfdaş siyahısına və endirim faizlərinə, xəritədə onlara yaxın tərəfdaşlara və öz istifadə tarixçəsinə asan keçid əldə edəcəklər.
Respublikada vahid dövlət poçt operatoru olan “Azərpoçt” MMC 74 filialı, 1500-ə yaxşın poçt şöbəsi ilə 50-dən artıq xidmət növündə dövlət tərəfindən təyin olunmuş ucuz və sərfəli tariflərlə ölkənin ən ucqar yaşayış məntəqələri də daxil olmaqla bütün ölkə ərazisində fəaliyyət göstərərək, dünyanın 50-dən çox ölkəsi ilə birbaşa poçt mübadiləsi aparır. “Azərpoçt” MMC-nin fəaliyyətləri 2013-cü ildə beynəlxalq səviyyədə dəyərləndirilərək Ümumdünya Poçt İdarəsinin keyfiyyətin idarə edilməsi üzrə qızıl səviyyəli sertifikatına layiq görülüb. Eyni zamanda sürətli poçt xidməti (EMS) üzrə də beynəlxalq sahədə təqdirəlayiq nəticələr əldə edilib.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5000-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cüSür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
XƏBƏR LENTİ
Kim? Harada? Necə? (2)
UEFA-dan şok qərar
Hava haqqında - 09.01.2014
2020-ci ilə Azərbaycanda alternativ enerjinin ümümi həcmində Günəş enerjisinin payı 40 faizə çatacaq
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Ümid var ki...”
Zamanında "Yox" deməyi bacarırsınızmı?
Ürküdücü yerlər-3 (son)
Varlı olmaq arzusu
İrina Şeyk anası ilə istirahətdə - FOTO
Şeyma Subaşı sevgilisi ilə BARIŞDI
Günün qoroskopu:Emosional gündür
Azyaşlıların internet klublarından istifadəsinə məhdudiyyət qoyula bilər
Göksel hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Xaçapuri (foto resept)
Zakir Həsənov göstəriş verdi
"Ermənistanın ağır hərbi texnikasının Gədəbəy ərazisinə müdaxiləsi mümkün deyil"
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
26 kq arıqlayan müğənnini kimsə bəyənmədi-FOTO
Kök insanlar bu xəstəliyə yoluxmur
Qaz Olmayacaq!
Gəlin pəhrizi necə edilir?
Çoxuşaqlı analara müavinətlərin verilməsindən imtina edildi
Qeyri-adi kreslolar
Xudafərin körpüsünə ilk ayaq basan 18 yaşlı qazimiz - VİDEO
Milyon dollarlıq avtomobil təqdim olundu
“Haber Global” sülhməramlı adına ləkə gətirən hallar haqqında: Azərbaycan xalqının səbrinin həddi var - VİDEO
ABŞ-dan Türkiyəyə pis xəbər
ASAN növbədə gözləyənlərə sms göndərəcək
Bu günün hava proqnozu
Məşhur rəssamın əsəri 43 milyon dollara satılıb
Əhaliyə xəbərdarlıq
Qiyməli kartof (foto-resept)
Ukrayna patriarxı Azərbaycan diasporunun rəhbərini ordenlə təltif etdi
Oturaraq ən çox pul qazanan 16 peşə sahibi
"Qaraçı qanı"
UFC döyüşçüsü yarışda qondarma rejimin “bayrağını” qaldırdı, XİN hərəkətə keçdi - FOTO
Leyla Əliyeva qardaşını təbrik etdi - FOTO
İlham Əliyev ona hərbi salam verən çempionumuza medal verdi
Evdən çıxmadan alver edənlərin sayı artır
Makiyajsız halda görüntülənən müğənnini tanımaq olmur-FOTO
Uşaqlar üçün təhlükəli nağıllar...
Valideynlərin yol verdiyi səhvlər
Gül bayramının formatı dəyişdi
Yaylıqların fərqli bağlanışı
25 min nəfər "Facebook"u məhkəməyə verdi
Buz bağlamış Venesiya - FOTOSESSİYA
Zəvvarların növbəti qrupu yola düşdü
Media və kino pilotsuz aparatlara keçir
Valideynlərə təcili kömək -1
Azərbaycan daha bir ölkədə səfirlik açır
- ŞƏRHLƏR