Hər gün yüzlərlə insan sürücülük vəsiqəsi alır və öz avtomobilinin sükanı arxasına keçəcəyi və yol hərəkətinin tam hüquqlu iştirakçısına çevriləcəyi anı həyəcanla gözləyir. Amma avtomobil məktəbindəki təlim gələcək sürücülər üçün zəruri olan biliklərin yalnız kiçik bir hissəsini verir. Avtomobil həvəskarının əsl avtomobil sürücüsü olması və sükan arxasında özünü inamlı hiss etməsi üçün o, bilavasitə yolda hərəkət zamanı çox şeylər öyrənməlidir. Bu məqalədə biz avtomobil sürməyə yeni başlayan sürücülərin işini bir qədər asanlaşdırmaq üçün onlara avtomobilin idarə olunması ilə bağlı bir neçə məsləhət verəcəyik.
Qorxunu dəf edin
Bəzi yeni sürücülər üçün avtomobil qarşısında psixoloji qorxunu dəf etmək çətindir, hətta onlar sürücülük vəsiqəsi alsalar belə, avtomobili idarə etməyə qorxurlar. Bu qorxudan yaxa qurtarmağın bircə yolu var: avtomobili idarə etməyə başlamaq. Avtomobili sürməkdən nə qədər qorxsanız da, onu yalnız zəruri hallarda deyil, kifayət qədər tez-tez sürməyə çalışın. Çünki avtomobili nadir hallarda sürsəniz, bu sizin ustalığınızı artırmayacaq, əksinə, psixoloji qorxunuz daha da artacaq.
Dözümlü olun
Yol hərəkətinin bütün iştirakçılarına qarşı dözümlülüklə yanaşın, yol hərəkətinin bəzi iştirakçılarının yol verdiyi kobudluqlara cavab verməyin. Eyni zamanda, özünüz də heç vaxt kobudluq etməyin. Hətta sizə elə gəlsə ki, sürücülərdən kimsə avtomobil sürməyi bacarmır və ya hamıya mane olur, yenə də emosiyalarınızı cilovlayın. Yadda saxlayın ki, onun yerində siz də ola bilərsiniz. Daim təmkinli olmağa çalışın, çünki yolda xoşagəlməz vəziyyətlər kifayət qədər tez-tez baş verir və əgər hər dəfə əsəbiləşsəniz, sinir sisteminiz buna tab gətirməz. Emosiyalarınıza nəzarət etməyi öyrənin və yol hərəkətinin bütün iştirakçılarına nəzakətlə yanaşın.
Diqqəti yayındırmayın
Avtomobil sürməyi yeni başlayan sürücülərin bütün diqqəti yolda olmalıdır. Buna görə ilk vaxtlar bütün kənar səslərdən imtina edin: sükan arxasında musiqiyə qulaq asmayın, telefonla danışmayın. Əgər avtomobilinizdə sərnişin varsa, xahiş edin ki, söhbətləri ilə diqqətinizi yoldan yayındırmasın.
Parkinq
Yeni sürücülər üçün ən qorxulu məsələlərdən biri parkinqdir. Bir qayda olaraq, avtomobili düzgün parklamağı öyrənmək müəyyən vaxt tələb edir. Hətta təcrübəli sürücülərin belə, parkinqlə bağlı çətinlikləri olur, yeni sürücülərdən isə danışmağa dəyməz. Əlbəttə, avtomobil məktəbində sizə parkinqlə bağlı bütün əsas qaydaları və üsulları öyrədiblər, amma parkinqin uğurla həyata keçirilməsi avtomobilinizin qabaritlərini necə hiss etməyinizdən asılıdır. Yaxşı olar ki, parkinq əməliyyatını öyrənmək üçün bir neçə dirəkdən istifadə etməklə (onlar qabaqdakı və arxadakı avtomobillərin rolunu oynayır) xüsusi meydançada məşq edəsiniz. Qabaqdakı və arxadakı avtomobillə sizin avtomobil arasında məsafə sizin avtomobilin uzunluğunun iki mislinə bərabər olmalıdır. Bir daha xatırladaq ki, avtomobilinizin qabaritlərini hiss etməyiniz olduqca önəmlidir. Avtomobilinizi parklayarkən ətrafdakıları da unutmayın. Öncə əmin olun ki, sizin avtomobil parklanmış digər avtomobillərə mane olmayacaq və yalnız bundan sonra parkinq əməliyyatına başlayın. Parkinqi həyata keçirərkən avtomobilinizi digər avtomobilə həddən artıq yaxın yerləşdirməyin. Yadda saxlayın ki, bir qədər sonra siz avtomobilinizi həmin yerdən çıxarmalısınız və digər avtomobillə aranızdakı məsafə çox kiçik olarsa, bunu edə bilməyəcəksiniz.
Yola çıxarkən avtomobili yoxlayın
Yolda hərəkət zamanı öncədən görülə bilməyən problemlərin baş verməməsi üçün avtomobilinizin saz vəziyyətdə olub-olmadığını mütəmadi olaraq yoxlamağa çalışın. Bunun üçün yola çıxmazdan əvvəl avtomobilinizin ətrafına dolaşın və əmin olun ki, avtomobildə hər şey qaydasındadır. Sonra kapotun altına baxın və əyləc mayesinin, şüşə yuyucusunun və soyuducu mayenin səviyyəsinə diqqət yetirin. Həm ön, həm də arxa tərəfdən avtomobilin altına nəzər salıb soyuducu mayenin axıb-axmadığını yoxlayın.
Malik Əliyev
XƏBƏR LENTİ
Kim deyir, gecələr yatmaq üçündür?
Kleopatranın gözəllik reseptləri
Kəsmikli- göyərtili börək (foto-resept)
Öskürəyə qarşı müalicələr
Pul ilə aranız necədir? (test)
XİN rəhbərindən hərbi əməliyyatların bərpası məsələsi ilə bağlı AÇIQLAMA
"Ustad" dərgisinin 16-cı sayı işıq üzü gördü!
Sevgilisinin ardınca velosipedlə düşdü: 10 min km-FOTO
Ramil ermənilərə od qoyub
Azərbaycanda yük avtomobilləri ilə bağlı yeni qayda
Su pulu QALXDI
"Dünyanın ən çirkin" qızı necə dəyişdi
Mətbəx əşyaları (2)
Ermənilər kəndlərimizi yandırıcı güllələrlə gülləbaran etdi
DİN-dən Yeni il bayramı ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycan dili - XVII Dərs
Sabahdan benzin rəsmən bahalaşmasa da, qiyməti artır
Uçan fantastik kitablar
Beyons yenidən hamilədir!?
Builki Novruz təqvimi bir də 2035-ci ildə təkrarlanacaq
Azərbaycanda bütün məzarlıqlar eyni olacaq - QANUN LAYİHƏSİ
Makedoniya prezidenti gəlir
Badımcan ləvəngisi(foto-resept)
Nazirlik: Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı
Qəribə vərdişli 15 Hollivud ulduzu
Ölkələr üzrə "Yeni il" dekorasiyaları
Zakir Həsənov ön cəbhədə zabitləri topladı, göstərişlər verdi
Ramazan ayının 23-cü gününün imsak və iftar vaxtları
Dəniz məhsulları qorxulu xəstəliklər törədir
Bu gecə ilk Qədr gecəsidir
Bu da yeni Nissan Juke
Günün qoroskopu: Pozitiv gündür!
65 saat sonra dağıntılar altından çıxarılan Elifin anası ilə görüşü - VİDEO
Körpələr Niyə Həmişə Gülümsəyər?
Dünyanın 27 ölkəsindən 315 şirkət Bakıya toplaşır
Ağlasığmaz gerçəklər
Günün ulduz falı
Gələn il Azərbaycanın əmək bazarında vəziyyət necə olacaq?
Azərbaycanda pasportlarla bağlı vahid qanun formalaşır
Sürücüsüz avtobuslar sınaqdan keçirildi
Windows üçün ilk dəfə
Türkiyədə heyvanlara pasport veriləcək
Düyülü hind toyuğu
İlham Əliyevlə eyni fikirdəyik
Xınalıq yaxınlığındakı 2783 metr yüksəkliyə 2783 şəhidimizə həsr olunan xatirə lövhəsi quraşdırılıb
Kriştianu Ronaldu möcüzə edə bilmədi
Koronavirusla bağlı son STATİSTİKA
Pekində Qız qalasının bənzəri tikiləcək
Moskvada Avropanın ən böyük məscidi açıldı
Tələbələrin sığınacaq problemi nə vaxt bitəcək?
- ŞƏRHLƏR