Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinəgöstərdiyi mobil rabitə xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasına, əhatə dairəsinin daha da genişləndirilməsinə vəşəbəkənin gücləndirilməsinə sərmayə yatırmağa davam edir.
Hazırda Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. 2000-ə yaxın 3G stansiyası sayəsində “Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur.
Şəbəkənin gücləndirilməsi istiqamətində görülən işlər nəticəsində şirkət 2G, 3G və 4G baza stansiyalarının sayına görərəqiblərini üstələyib. Ümumilikdə baza stansiyalarının sayını 5299-a çatdıran şirkət cəmi bir neçə ay əvvəl istifadəyə verdiyi 4G xidməti üzrə də ölkədəlider mövqeyə sahibdir.
Hazırda Bakcell 2947 2G, 1979 3G və 373 4G baza stansiyası vasitəsilə abunəçilərinə yüksək keyfiyyətli mobil rabitə və İnternet xidməti göstərir.Bazarda aparıcı mobil internet provayderi mövqeyinə sahib olan Şirkət yaxın zamanda 3G və 4G baza stansiyalarının sayını artırmaqla yüksək keyfiyyətli Mobil İnternet xidmətinin əhatə dairəsini daha da genişləndirməyi və 2016-cı ilin ortasına qədər əlavə 1000 4G baza stansiyasını quraşdırmağıqarşısına hədəf qoyub. Baza stansiyalarının sayının və tutumumun artımı respublikanın paytaxtda və bölgələrində, eləcə dəucqar ərazi hesab olunan kənd və rayonlardadaha keyfiyyətli və kəsintisiz mobil rabitə və İnternet xidmətini təmin edəcək.
Bakcell şirkəti eyni zamanda 4G xidmətindən faydalanan abunəçilərin sayına görə də liderdir
“Bakcell şirkəti bugün Azərbaycanda baza stansiyalarının sayına və tutumuna görə liderdir. Biz Azərbaycanın ən ucqar nöqtələri daxil olmaqla bütün ölkə ərazisində abunəçilərimiz üçün keyfiyyətli mobil rabitəni və İnterneti təmin etmək məqsədilə 2G və 3G şəbəkəmizi genişləndirərək öz rəqiblərimizi üstələyirik. Biz eyni zamanda mobil İnternet bazarında ən böyük paya mailk olan şirkətik. Rəqiblərimiz mobil İnternetin həm keyifyyətində, həm də həcmində bizdən geri qalır. Cəmi bir neçə ay öncə istifadəyə verdiyimiz 4G LTE xidməti hal-hazırda yalnız Bakı şəhərini əhatə etsə də, bu xidmətdən istifadə edən abunəçilərimizin sayı sürətlə artır”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 2000-dən artıq 3G stansiyası sayəsində “Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cüSür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
XƏBƏR LENTİ
Kim? Harada? Necə? (2)
UEFA-dan şok qərar
Hava haqqında - 09.01.2014
2020-ci ilə Azərbaycanda alternativ enerjinin ümümi həcmində Günəş enerjisinin payı 40 faizə çatacaq
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Ümid var ki...”
Zamanında "Yox" deməyi bacarırsınızmı?
Ürküdücü yerlər-3 (son)
Varlı olmaq arzusu
İrina Şeyk anası ilə istirahətdə - FOTO
Şeyma Subaşı sevgilisi ilə BARIŞDI
Günün qoroskopu:Emosional gündür
Azyaşlıların internet klublarından istifadəsinə məhdudiyyət qoyula bilər
Göksel hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Xaçapuri (foto resept)
Zakir Həsənov göstəriş verdi
"Ermənistanın ağır hərbi texnikasının Gədəbəy ərazisinə müdaxiləsi mümkün deyil"
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
26 kq arıqlayan müğənnini kimsə bəyənmədi-FOTO
Kök insanlar bu xəstəliyə yoluxmur
Qaz Olmayacaq!
Gəlin pəhrizi necə edilir?
Çoxuşaqlı analara müavinətlərin verilməsindən imtina edildi
Qeyri-adi kreslolar
Xudafərin körpüsünə ilk ayaq basan 18 yaşlı qazimiz - VİDEO
Milyon dollarlıq avtomobil təqdim olundu
“Haber Global” sülhməramlı adına ləkə gətirən hallar haqqında: Azərbaycan xalqının səbrinin həddi var - VİDEO
ABŞ-dan Türkiyəyə pis xəbər
ASAN növbədə gözləyənlərə sms göndərəcək
Bu günün hava proqnozu
Məşhur rəssamın əsəri 43 milyon dollara satılıb
Əhaliyə xəbərdarlıq
Qiyməli kartof (foto-resept)
Ukrayna patriarxı Azərbaycan diasporunun rəhbərini ordenlə təltif etdi
Oturaraq ən çox pul qazanan 16 peşə sahibi
"Qaraçı qanı"
UFC döyüşçüsü yarışda qondarma rejimin “bayrağını” qaldırdı, XİN hərəkətə keçdi - FOTO
Leyla Əliyeva qardaşını təbrik etdi - FOTO
İlham Əliyev ona hərbi salam verən çempionumuza medal verdi
Evdən çıxmadan alver edənlərin sayı artır
Makiyajsız halda görüntülənən müğənnini tanımaq olmur-FOTO
Uşaqlar üçün təhlükəli nağıllar...
Valideynlərin yol verdiyi səhvlər
Gül bayramının formatı dəyişdi
Yaylıqların fərqli bağlanışı
25 min nəfər "Facebook"u məhkəməyə verdi
Buz bağlamış Venesiya - FOTOSESSİYA
Zəvvarların növbəti qrupu yola düşdü
Media və kino pilotsuz aparatlara keçir
Valideynlərə təcili kömək -1
Azərbaycan daha bir ölkədə səfirlik açır