Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir ))
37970

Arıqlamaq üçün məsləhətlər(1)

 

Arıqlamaq üçün məsləhətlər(1)

 

Doktor Ozun bu arıqlamaq məsləhətləri ilk baxışdan həddən artıq uzun gələ bilər! Ancaq inanın ki, onları təcrübədə tətbiq etməyə başladığınızda görəcəksiniz ki, heç bir şişirtmə yoxdur və onlar asanlıqla sizin gündəlik rejiminizin bir hissəsi ola bilər:

Yeməyinizi öncədən hazırlayın. Gün ərzində ne yeyəcəyiniz haqqında düşünün, bu yolla siz elə ilk baxışdaca soyuducuda gördüyünüz hər şeyi yeməyəcəksiniz. Doktor Ozun arıqlamaq məsləhəti yeməyinizi qabaqcadan planlaşdırmaqdır!

Bir fincan yulaf yarması. Doktor Oz sizə səhər çağı bir fincan yulaf yarması yeməyi tövsiyə edir, çünki o, sizə səhər vaxtı özünüzü tox hiss etməyə imkan verir, bundan sonra siz günorta vaxtı da həddən artıq aclıq hiss etməyəcəksiniz və kiçik bir çərəz kifayət edəcəkdir.

Sağlam yağlar qəbul edin. Bəli, yağlar da sağlam ola bilər. Siz sadəcə Doktor Ozun tövsiyə etdiyi kimi öz yemək rejiminizə zeytunları, qızıl balığı və qoz və fındığı daxil etməlisiniz.

 

Arıqlamaq üçün məsləhətlər(1)

 

 

Yeməyinizi buraxmayın. Əgər siz fikirləşirsinizsə ki, yeməyi ümumiyyətlə yeməmək çəki itirməyin ən yaxşı üsuludur, çünki siz yemədikcə arıqlayırsınız, tamamilə səhv edirsiniz. Sizin orqanizminiz canınızı qurtarmalı olduğunuz kaloriləri yandırmaq üçün vitaminlərə ehtiyac duyur. Beləliklə, Doktor Oz sizə yeməkdən imtina etmək yox, ağıllı şəkildə yeməyi tövsiyə edir.

Qoz-fındıq vaxtı. Qoz-fındıqları yemək çox xoşdur, sadəcə onları gözünüzün qarşısına qoyun ki görəsiniz və onları tez-tez yeyin. Doktor Oz onları suda islatmağı məsləhət görür, beləliklə də siz vitaminlə dolu başqa bir ehtiyat əldə edəcəksiniz, hansı ki bütün gün ərzində özünüzü tox hiss etməyə səbəb olacaqdır.

Qızartmaqdan qaçının. Qızartmaq bir ərzaq hazırlamaq üçün ən çox istifadə olunan metoddur, ancaq ən səmərəli və sağlam üsul deyil. Sizin bunun üçün o qədər çox alternativiniz vardır ki. Doktor Oz ərzağı sobada bişirməklə, buxarda bişirməklə, orta dəmli qazda qaynatmaqla, pörtlətməklə və yaxud suda qaynatmaqla hazırlamağı tövsiyə edir.

Ağılı şəkildə alış-veriş edin. Siz ərzaqların bazarlığını etdikdə lazım olan şeylərin siyahısını tutun, beləliklə də nəyisə axtarmayacaqsınız və gözləriniz ilişməli olmadıqları ərzaqlara ilişib qalmayacaqdır. Siz müdrik və ağıllı şəkildə bazarlıq edəcəksiniz.

Su ilə doyumlu halda qalın. Bəzən biz nəyəsə ehtiyac hiss edirik və yemək axtarışına çıxırıq, ancaq bu sadəcə susuzluq ola bilər və bir fincan su mükəmməl şəkildə bəs edər. Beləliklə də Doktor Oz sizə gün boyunca su ilə doyumlu qalmağı tövsiyə edir. 

Restoranlardan yan keçin. Əgər siz restoranda nahar etməyə adət etmisinizsə, sevimli yeməkləriniz və içkiləriniz olduğundan bu, sizün üçün çətin olacaqdır. Ancaq əgər siz arıqlamaq istəyirsinizsə, Doktor Oz oralara getməyi tərgitməyi və yaxud sizin dietinizə uyğun gələn qidaları yeməyi məsləhət görür.

Çərəz qutuları. Həddən artıq aclıq hissi üçün sizin hər zaman əlinizin altında qoz-fındıq, meyvələr və yaxud doğranmış tərəvəzlər kimi sağlam ərzaqlarla dolu çərəz paketəri olmalıdır, onlar sizin aclığınızı kəsəcək və əlavə çəki artırmayacaqdır.

Qırmızı bibər (istiot) dənəcikləri. Əgər siz qırmızı istiot dənəciklərini gündəlik yeməyinizə əlavə etsəniz, xüsusən də səhər vaxtı, onlar günün qalan hissəsində sizin yeməyə olan istəyinizi dayandıracaqdır. Doktor Ozun bu tövsiyəsi həqiqətən də işləyir!

Yavaş-yavaş aramla yeyin. Siz aramla yedikdə asanlıqla və tez doyacaqsınız. Doktor Oz yemək yeyərkən söhbət etməyinizi məsləhət görür, beləliklə də bu, sizin diqqətinizi yeməkdən yayındıracaq və siz daha az yeyəcəksiniz. 

Yeməkdən qabaq gəzişin. Əgər siz yeməkdən qabaq qəşəngcə və sürətlə gəzsəniz, nəsə sağlam olmayan bir şeyi qəbul etmək riski azalır, çünki sizin bədəniniz təravətləndirkcə çətin ki kalorisi çox olan nəsə yemək istəyəsiniz.

Konservləşdirilmiş qızılbalıq. Konservləşdirilmiş qızıl balıq balığın əla alternatividir, çünki onu hazırlamaq asandır və vaxtınıza qənaət edir. O, konservləşdirilmişdir, beləliklə də siz onu saxlaya bilərsiniz və təzə balıq axtarmağa getmək və vaxtınızı sərf etməyə ehtiyac yoxdur, xüsusən də əgər balığnız yoxdursa.

Kiçik boşqablar götürün. Kiçik bir boşqab götürmək və onu tam doldurmaq böyük birini götürmək və yarımçıq doldurmaqdan yaxşıdır. Kiçik boşqablar sizi az yeməyə vadar edir və bundan əlavə, siz elə hiss edirsiniz ki, sanki o qədər çox yemisiniz ki boşqabınız tam boşalıb.

Qutulardan, paketlərdən qaçının. Əgər böyük paketdə və yaxud qutuda nə isə alırsınızsa, onu açın və boşqaba qoyun və sonra yeməyə başlayın. Doktor Oz xəbərdarlıq edir ki, əgər siz birbaşa qutudan yesəniz, həddən artıq yeyəcəksiniz, çünki siz qutudakı çərəzin miqdarını görmürsünüz.

 

Arıqlamaq üçün məsləhətlər(1)

 

 

Həzm sisteminizi tənzimləyin. Yaşıl çay və çili istiotlarının köməkliyi ilə metabolizminizi sürətləndirmək yolunu tapmaq çox asandır. Onlar orqanizminiz üçün çox əhəmiyyətlidir, beləliklə bu məsləhəti nəzərə alın!

Düzgün yatın. Düzgün yatmaq sizin bədəninizdə, beyninizdə və orqanizminizdə bir çox aspektləri tənzimləyir. Aclıq hissi hətta yuxusuzluqdan da yarana bilər, beləcə Doktor Ozun məsləhəti yuxu saatlarınızı tənzimləməkdir.

Əzələlərin məşqi. Cəmi 20 dəqiqə məşq etsəniz sizin əzələləriniz çoxlu kalorilər yandıra bilər. Doktor Oz həftədə iki və yaxud üç dəfə bədənin müqavimətini gücləndirən məşqlər etməyi tövsiyə edir, razılaşın ki bu heç də çox vaxt aparmır. 

Kofeinsiz qəhvə. Bəlkə də bu məsləhətin bundan yaxşı alternativi yoxdur. Kofeinsiz qəhvə sizin ərzağa olan ehtiyacınızı kəsir və sizin bədəninizi gün boyunca gücləndirir.

Maye əsaslı ərzaqlar. Yay fəsli meyvə yemək üçün və həmçinin təravətli saxlayacaq bütün növ sağlam meyvə kokteylləri üçün əla zamandır. Doktor Oz həmçinin az kalorili şorbalar hazırlamağı məsləhət görür.

Yanınızda pedometr saxlayın. Pedometr sizin kifayət qədər piyada gəzib-gəzmədiyinizi yoxlamaq üçün əla üsuldur. Doktor Ozun tövsiyə etdiyi kimi, onu taxın və gündə 10,000 addım atdığınızdan əmin olun!

Hərəkət etmək şansınızdan istifadə edin. Fəal olun və nə zaman ki piyada yeriməyə ehtiyac vardır, hətta çox qısa yol olsa belə tənbəlliyinizin əsirinə çevrilməyin. Bu, formada qalmağın ən asan yoludurş

Tərəvəz sousları. Yeməyinizə yağlı souslar əlavə etməyin əvəzinə Doktor Oz tərəvəzlərdən sous hazırlamağı məsləhət görürü, hansı ki yeməyinizə başqa bir dad qatacaqdır və eyni zamanda əlavə çəki artırrmayacaqdır.

Müntəzəm olaraq çəkinizi yoxlayın. Doktor Ozun çəki atmaq məsləhətlərinə müntəzəm olaraq çəkinizi yoxlamaq daxildir. Bu yolla siz dəyişikliyi görürsünüz və yaxud əksinə heç bir irəliləyiş olmadığını görürsünüz və bud a sizi davam etməyə stimullaşdırır. Özlərini tez-tez çəkənlər başqalarından daha sürətlə arıqlayırlar.

Darçın. Desertlərinizdə və yaxud sadəcə çayınızda bir damcı darçından istifadə etmək sizə şəkərdən istifadə etməyi kəsməyə yardım edəcəkdir. Darçın çəki atmaq prosesini daha da sürətləndirəcək.

Diqqətsiz şəkildə yeməyin. Heç fərqinə varmısınız ki, televizorun qarşısında yeyəndə və yaxud fikriniz dağıldıqda normadan artıq yeyirsiniz? Bu gerçəkdir və Doktor Ozun tövsiyəsi yemək yeyərkən bütün bu şeylərlə diqqətinizi yayındırmayasınız!

Qazlı içkilərdən qaçının. Faktiki olaraq sizi sərinləşdirməyən, ancaq daha çox susamağınıza səbəb olan bütün sərinləşdirici işkiləri tərgidin! Sadəcə adi suya keçin ki, o sağlamdır, yetərlidir və artıq çəki gətirməyəcəkdir.

Yağsızlaşdırılmış süd için. Yağsızlaşdırılmış süd səhər içmək üçün mükəmməl alternativdir! Normadan artıq çəkisi olanlar üçün yağsızlaşdırılmış süd arıqlamaq üçün böyük kömək ola bilər.

Saqqız çeynəyin. Saqqızlar gerçəkdən də iştahınızı və yemək istəyinizi kəsmək üçün məzəli üsuldur. Doktor Oz söyləyir ki, o, sizin yemək ehtiyacınızı müəyyən bir zaman üçün saxlayacaqdır.

Sağlam şəkərlər. Sizi uzun müddət şəkər yeməkdən saxlamağa ehtiyac yoxdur və həmçinin bütün gün boyunca şokolad yeməyə də ehtiyac yoxdur, siz aclığınızı püre şəklində şaftalı, giləmeyvə və yaxud armud yeyərək yatışdıra bilərsiniz.

Kiçik addımlarla başlayın. Bəzən dietə başlamaq çətindir, buna görə də siz onu bügündən sabaha saxlayırsınız. Doktor Oz idman ayaqqabılarını almaq kimi kiçik addımlar atmağı tövsiyə edir. Bu yolla siz hələ də saxlamalı olduğunuz dietə hazırlaşa bilərsiniz.

Şorbalar. Şorbalar da hər zaman nəsə yemək üçün yaxşı üsuldur. Doktor Oz az duzlu bulyonla tərəvəz və yaxud lobya şorbası hazırlamağı məsləhət görür. Beləcə siz onları bir neçə gün üçün hazırlaya və porsiya ölçülü qablarda saxlaya bilərsiniz.

Zülal. Vaxtınıza qənaət etmək üçün Doktor Oz müəyyən miqdarda toyuq filesi kimi yağsız zülal almağı və həftənin qalan müddəti üçün vaxtınız olduqda onu bişirməyi tövsiyə edir.

Hər yerdə yeməyin. Yeməyin cazibəsinə davam gətirmək üçün ən yaxşı üsul onu gözdən uzaqda saxlamaqdır. Doktor Oz sizə mətbəx və yaxud qonaq otağında yeməməyə dair xəbərdarlıq edir, yoxsa siz elə hiss edəcəksiniz ki, acmısınız.

Əylənəcək bir şeylər tapın. Bizlərdən bəziləri üçün yemək günün ən vacib hissəsidir; biz özümüz onu belə bir şeyə çevirmişik. Beləlikə, Doktor Oz musiqi, rəqs, idman və yaxud istənilən hobbi kimi digər başqa əyləncə tapmağı tövsiyə edir ki, sizi məmnun edəcəkdir və yemək üçün yer saxlamayacaqdır.

Yağsız zülal axtarın. Yağsız zülal aclığınızı başqa heç bir şeydə olmayan qədər yatızdırır, beləcə də siz hər bir yeməyinizdə ondan istifadə edə bilərsiniz. Yağsız zülal karbohidrogenlər və yaxud yağlardan daha yaxşıdır.

Həftə sonları məşq. Sizlərdən bəziləriniz həftə sonlarını istirahət etmək və müntəzəm yemək üçün günlər kimi qəbul edir və bəzən həddindən artıq yeyirsiniz! Bu əyləncələrin arasına idman etməyi də qatın ki, artıq çəki yığmayasınız!

Mətbəxi təmizləyin. Mətbəxinizdə bir qədər sağlam olmayan ərzağın olması sizi daim onun haqqında düşünməyə sövq edəcəkdir. Beləliklə, Doktor Oz mətbəxinizi və onunla əlaqədar bütün fikirlərinizi təmizləmək məsləhət görür.

Səhər yeməyini yeyin. Doktor Oz səhər yeməyini yeməyi tövsiyə edir və bu, sizin çəki atmaq və yaxud atılmış çəkini saxlamaq istəməyinizdən asılı deyil. Heç zaman günün ən vacib yeməyini qaçırmayın.

Ardı var...

Dr. Mehmet Oz

Səslərin sayı: 1
12
6719
loading...
Şərhlər
Offline
איסון ממדוב.
Artiq ceki menim en yaxin dostumdu meni hec yalniz buraxmir dash girl_cray
24 yanvar 2016 08:41
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Pərvanə
Yaşıl çay və çili istiotlarının köməkliyi ilə metabolizminizi sürətləndirmək yolunu tapmaq çox asandır.
23 yanvar 2016 22:39
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
✈█▓▒ Руслан Абилов ▒▓█✈
En gozeli idmandi press elemek ve az yemek cemi 2 ay yoxlamaqla boyuk netice gormek olar smile
23 yanvar 2016 12:37
Offline
Aysel İ.
Şorbalar. Şorbalar da hər zaman nəsə yemək üçün yaxşı üsuldur. Doktor Oz az duzlu bulyonla tərəvəz və yaxud lobya şorbası hazırlamağı məsləhət görür. Beləcə siz onları bir neçə gün üçün hazırlaya və porsiya ölçülü qablarda saxlaya bilərsiniz. give_ros
23 yanvar 2016 10:40
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fatma xanım
Yanınızda pedometr saxlayın. Pedometr sizin kifayət qədər piyada gəzib-gəzmədiyinizi yoxlamaq üçün əla üsuldur. Doktor Ozun tövsiyə etdiyi kimi, onu taxın və gündə 10,000 addım atdığınızdan əmin olun!
22 yanvar 2016 21:17
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Gulum
Kaş bir gün mən də yazardım ki ehtiyacım yoxdu arıqlamağa Amma nərdəəəə Yazıda dəyərli məsləhətlər var Hərcənd ki coxuna əməl edirəm amma bu artıq cəki mənimlə gizlən-qaç oynuyur elə bil
22 yanvar 2016 21:04
Offline
Fatimə
Gözəl məsləhətlərdi kimə lazımdırsa.
22 yanvar 2016 18:36
Offline
Sonay Quluzade
Axıra kimi oxudum. Mən əksərinə əməl edirəm. Səhərlər hökmən çörək yeyirəm, günorta aclıq hissini unutmuşam (meyvə ilə idarə edirəm), axşam tost edilmiş çörəklə yeməyimi yeyirəm. Amma indi bir qərara gəlmişəm, gündəlik norma kalorimi 200 kalori azaltmaqla yavaş-yavaş əvvəlki çəkimə qayıtmaq. Əslində keçən ilə nisbətən bu il 2 kilo daha azam, bir 3 kilo da düşsəm, ideal çəkimi alaram inşəAllah. İdmana da ki hər xəbər oxuyan gün başlayıram, səhərisi tənbəllik edirəm. Boşqabım da balacalanıb. Yeməkdən yarım saat əvvəl bir stəkan su içirəm. Səhərlər də eyni qaydada. Gün ərzində 2 litr su içməyi artıq vərdişə çevirmişəm. Bəlkə də ona görə çox da artmıram, bəlkə də genetikdir.
Təşəkkür xəbərə görə.
22 yanvar 2016 16:38
Offline
Cavadova Xedice
Qızartmadan qaçmaq olmur axəı indi neyniyək. bully
22 yanvar 2016 16:30
Offline
Aysel İ.
Doktor Ozun deikləri ilə tam razıyam. Heç nə yeməməklə arıqlamaq mümkün deyil. çünki, 1-2-3 gün yeməyə bilərsiniz. Bu zmana orqanizm depoda olanları israf edir, siz dözüesünüz. Ehtiyyatda olanlar bitdikdən sonra 3 gün yemədiyinizin əvəzini çıxıb soyuducuda nə var yeyəcəksiniz). ona görə də az və yağsız yemək məsləhətdir.
2 sentyabr 2015 01:01
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fatma xanım
Elə yaralı yerimdi bu arıqlamaq sözlə deyiləsi deyil
28 avqust 2015 20:41
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Nəzrin
Ehtiyyacim yoxdu sukur))Ariqlamisam 9kilo bes edir mene.Istifade edenlere ugurlar
15 avqust 2015 17:19
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır