Qaçmaq. Hər şey sadə bir hərəkət kimi görünə bilər. Sadəcə çıxıb getmək, küsülü bir uşaq kimi. Hərdən sahilinə qayıtmayan bir dalğa kimi yox olmaqdır. Mesaj verməkdir, söz deməkdir. Hərdən gəl barışaq deməkdir. Qaçmaq bir zaman mövqedir, ətrafını qiymətləndirməkdir, mühitə reaksiyadır.
Çarəsizliyin göstəricisi, əlacsız olmağın ağrılı təzyiqidir. Bacarmırsan və qaçırsan. Uğursuzsan, ondan qaçırsan? Bəlkə daha böyük uğursuzluğa qaçırsan bilmirsən, amma əlindən gələn başqa bir şey yoxdur.
Yeni cəhdlərdən qaçırsan yəqin. Eqonu tapdalatmaq istəmirsən ola bilsin. Ehtimal ki, eqoistsən. Qaç ki qaçasan. Bacardığın qədər uzağa qaçasan. Eqondan! Sonsuz bir akt kimi görünə bilər eqondan qaçmaq, onu itirmək, azdırmaq asan deyil, amma ondan uzaqlaşdıqca istədiyinə çata bilərsən. Məhz həmin yeni cəhdlərin üfüqü parlaya bilər. Maraqlı səslənir. Amma sən sadəcə olduğun yerdən, beyninin içindən qaçırsan. Düşüncələrini gəmirəm şübhələrdən qaçırsan və həqiqətən çatacağın haranınsa olduğuna inanırsan. Sən sadəcə üfüqün cəhətindən xəbərsiz balıqçı kimi qayığınla bilmədiyin istiqamətə “qaçırsan”. Orda isə quru yoxdu. Bu cəhd yeni bir cəhd kimi çox uğursuzdur. Bəlkə də bundan qaçmalısan.
Qaçmaq bəzən etirazdır qərarlarına qarşı. Otağının pəncərələrinə köhnə qəzetləri yapışdırıb ətrafdan qaça bilərsən. Evinin qapısını içəridən kilidləyib, açarı balkondan atıb insanlardan qaça bilərsən. Amma beyninin içindən qaça bilməzsən. Qaç ki qaçasan. Hara qədər? Boğazında düyünlənən sözlər hələ də ordadır. Dodaqlarına qədər qaçırlar. Danışmasan da. Onlar gec-tez azad olacaq, çünki beyninin içindən ki qaça bilməzsən. Sən yox, artıq başqa birisi oturub orda. Evin ehtiyat açarı da ondadır bəlkə. Sən də axmaq kimi ondan qaçırsan.
İndi mən deyim, amma sən inanma, çox vaxt özünü aldatmaqdır qaçmaq. Yoxluğuna bir don geyindirib səhnəyə buraxmaq.
Tural Babayev
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Müğənni Kris Kelmi vəfat edib
Ütü necə təmizlənməlidir?
Əgər kədərlisinizsə, ancaq səbəbini bilmirsinizsə...
Fitneslə düzgün məşğul olmaq
Bütün dünya müsəlman olacaq?
Ən bahalı yataq dəsti
"Məqsəd yaxşı oxumaq yox, stress atmaqdır"
Şüşədə buzlu naxışlar
217 min dollarlıq çanta satıldı-FOTO
Dünyada qızıl dəyərə minir
Rusiyaya giriş çətinləşdi
Məşhur müğənni koronavirusdan öldü - FOTO
Uşaqlara MANNA və DÜYÜ sıyığı
Gündəlik həyatımızda istifadə etdiyimiz Atalar Sözləri!
"Oskar" mərasimində qalmaqal
Kliniki ölüm
Paint tutorial
Körpə haqqında doğru bildiyimiz 10 yanlış
Bizim fotomodellər
Ted Kruz ABŞ prezidenti postu uğrunda mübarizəni dayandırıb
Saçlarımıza qulluq edək
Günün qorodskopu:Əhvalınızı yüksək tutun!
Hava haqqında
Harison Ford yenidən “İndiana Cons” rolunu oynayacaq - VİDEO
Günün qoroskopu: səmimi, nikbin və gülərüz olmağa çalışın
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Azərbaycan ombudsmanı beynəlxalq təşkilatlara bəyanat göndərdi
Qadın.Net-i necə tapmısınız?
Troya muzeyi dünyanın diqqətində
Merve yenə İMİCİNİ DƏYİŞDİ-FOTO
Dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı tapşırıqlar verildi
Koronavirusa qalib gələn Pink: "Dəhşət idi"
Günün ulduz falı
Kök xanımların nifrət etdiyi 22 cümlə
Gürcü salatı (foto resept)
"Sigara böreyi" (foto-resept)
Körpələrin ideal boy və çəkiləri
Cərcis Peyğember (ə) ziyarətgahından görüntülər
ABŞ-da 40 milyon üçün dilənən ermənilər
Aspirin maskaları ilə təmiz, parlaq dəriyə sahib olun!
Günün qoroskopu: təşəbbüskar olun
Qaçqın ailələri üçün problem: necə etməli?
Meyvə-tərəvəz buketləri
Çikaqoda iki qatar toqquşub, yaralılar var
İstirahət gününün HAVAsı
Dənizdə böyük faciə; 400 ölü
Qadınlıq haqqında 10 mif (2)
Ağdamın azad olunması kadrları “Haber Global”da - VİDEO
Foqtsla bağlı qərar verildi
Ingilis Dili-XV Dərs
- ŞƏRHLƏR