Təşkilat siyahını 2012-ci ilin avqustundan 2014-cü ilin avqustuna qədər olan dövrdə dünyanın 198 ölkəsinin iqtisadiyyatını araşdırma apararaq tərtib edib. Araşdrımalar"Transparency International", "Freedom House" və ABŞ Dövlət Departamentinin hesabatları əsasında aparılıb. Təşkilat təhlillər zamanı xüsusilə beş amilə diqqət edib:
1. korrupsiyanın tezliyi;
2. korrupsiyanın davamlılığı;
3. korrupsiyanın əhatəliliyi;
4. korrupsiyanın ağırlığı;
5. rüşvətxorların cəzalandırılmaması.
Verisk Maplecroft"un analitikləri bu amilləri 10 ballıq şkala ilə qiymətləndiriblər. Burada "0" korrupsiya riskinin ən yüksək həddi, "10" isə ən aşağı həddi kimi müəyyən edilib.
Məlum olub ki, korrupsiyadan ən çox əziyyət çəkən ölkələr Afrikada Sahara səhrasının cənubunda yerləşən və Yaxın Şərq ölkələridir. Belə ki, ən yüksək korrupsiya səviyyəsinin müəyyən edildiyi ölkələrin 45 faizi məhz Afrikada - Saharadan cənubda yerləşir.
Bundan başqa, araşdırmalar neft, qaz və dağ-mədən sənayesi müəssisələrində də rüşvət hallarının geniş yayıldığını göstərib. Buna görə siyahının aşağı yerlərində bir neçə Yaxın Şərq ölkələri və Rusiya qərarlaşıb.
"Verisk Maplecroft" hesabatında 198 ölkədən 73-də korrupsiya riskinin son həddə, 64-də yüksək, 38-də orta, 23-də aşağı həddə olduğunu bildirib. Siyahıda adları qeyd edilən bəzi ölkələri təqdim edirik.
Cənubi Sudan. Əl-Cəzirə televiziyasının bu ölkə haqqında hazırladığı film - "Cənubi Sudan: arzular ölkəsi" dünyanın ən gənc ölkəsinin vətəndaş müharibəsinə sürüklənməsi haqqındadır. Bildirilir ki, ölkədə neft ehtiyatının kifayət qədər olmasına baxmayaraq, ölkə korrupsiyadan əziyyət çəkir. "Müstəqillik əldə edəndən cəmi 3 il sonra ölkə vətəndaş müharibəsi girdabına boğulub. Nəticədə minlərlə insan ölüb, təxminən 2 milyon əhali isə ölkədən qaçmağa məcbur olub."
Şimal qonşumuz Rusiya 2018-ci il futbol üzrə Dünya Çempionatını ölkədə keçirmək üçün FİFA-ya rüşvət verməkdə ittiham edilir. Bundan başqa, ölkə hakimiyyətinin bəzi tikinti şirkətləri ilə gizli əlaqələrinin olduğu bildirilir. Məhz həmin şirkətlər 2014-cü ildə Soçidə Qış Olimpiya Oyunlarına hazırlıqla məşğul idi.Ekvatorial Qvineya da korrupsiyanın yayıldığı ölkələr siyahısındadır. "Human Rights Watch"2014-cü il hesabatında bildirib ki, böyük həcmdə neft gəlirləri ölkə prezidentini əhatə edən bir qrup insanın dəbdəbəli həyatına xərclənir. Hərçənd ki, ölkə əhalisinin böyük bir hissəsi səfalət içərisində yaşayır. Ölkədə əsassız və gizli həbslərin, ədalətsiz məhkəmə proseslərinin də geniş yayıldığı bildirilir.Somalidə xüsusilə bank sisteminin korrupsiyanın əlində bir vasitəyə çevrildiyi bildirilir. BMT2013-cü il hesabatında yazır: "Somali Mərkəzi Bankı əslində rüşvət götürülməsi üçün şəxsi fonda çevrilib. Bankdan müxtəlif adlarla və yollarla verilən vəsaitin 80 faizi dövlət proqramlarına deyil, şəxsi ehtiyaclara xərclənir. Bundan başqa, bankdan keçən vəsaitin böyük bir hissəsini izləmək mümkün olmur."Konqo Demokratik Respublikasında korrupsiya o qədər geniş yayılıb və dərinə nüfuz edib ki, "Transparency International" 2014-cü il hesabatında bu ölkədə vəziyyətin düzəlməsinə ümidin olmadığını qeyd edib. Hesabatda bildirilir: "Prezident Kabila dəfələrlə korrupsiya ilə mübarizəyə sadiq qaldığını desə də, heç vaxt bunun üçün siyasi iradə nümayiş etdirməyib. Onun gördüyü tək iş bu haqda qanunlar verməsi olub. Lakin bu qanunlar da çox nadir hallarda reallıqda tətbiq edilib."Adı siyahıda olmasa da, Azərbaycanda da korrupsiya dövlətin inkişafına mane olan əsas problemlərdən biridir. Doğrudur, ölkədə buna qarşı mübarizə aparılır. 2004-cü ildə"Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qəbul olunub, korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlar fəaliyyətə başlayıb. İlham Əliyev də öz çıxışlarında dəfələrlə bu məsələyə toxunub. Prezident 2013-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib. O, 2014-cü ildə Nazirlər Kabinetinin müşavirəsində çıxış edərək "ASAN xidmət"in bu sahədə xüsusi əhəmiyyətinin olduğunu, lakin bunun kifayət etmədiyini qeyd edib. "Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır. Yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işləri açılmalıdır", - deyən prezident korrupsiyaya qarşı daim mübarizə aparılacağını bildirib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Makiyaj məhsullarını daha səmərəli istifadə etməyin yolları
Çinlilərin gözü qıyıq olmağının səbəbləri
Bulvarda 15 gün "Lazer şou" olacaq
Toy xəbəri yalan çıxdı
Xərçəngi məhv edən lazer hazırlandı
Yunan salatı (foto resept)
2015-ci il dəbli çantaları
Müasir dizaynlı vanna otaqları
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
Manat ajoitajına düşənlər, "qiyamət" hələ qabaqdadır!
Mənim əl işlərim
Bakıda şaxtalı havalara son
Test ləğvində köhnə nazirdən təzəyə dəstək
BÜRCLƏR bizə nə vəd edir?-29 Yanvar
Leyla Əliyevadan qızına ad günü təbriki - FOTO
Bədəni təmizləyən 4 qida
Dərsə gedənlər üçün asan saç modelləri
Epilepsiya ilə autizm arasında əlaqə varmış
Bakıda uşaq oxutduran valideynlərə xoş xəbər
Sağlam uşaq xəstələnməlidir - ÜST
Dolu xanımlar üçün donlar
Azərbaycanda distant təhsilin mexanizmləri hazırlanır
Məşhur müğənni deportasiya olundu
Acı bibərli isti şokolad
Evdə hazırlaya biləcəyiniz 3 üz maskası
Əl işlərim
Ölümcül xəstəliyin sonu
Qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası açıqlandı
Köhnə geyimlərdən yeni don tikdi
Quşların cəhənnəmi
Dırnaq boyasının ömrünü uzadan məsləhətlər
Uşaqlarınıza dərs deyən SAXTA müəllimlər
Alimlər açıqladı: İstilərin koronavirusa təsiri... – Yeni xəbər var
Banklara xəbərdarlıq etdi
Günün ulduz falı
Məşhur rejissor koronavirusdan öldü
DÇ-2014: Yarımfinal oyunlarının başlama vaxtı
Dünya ölkələri haqqında maraqlı faktlar
İlin ən möhtəşəm şousu başlandı
"Rembo"nun tanıtım çarxı təqdim edildi-VİDEO
Təkrar istifadə olunan maskaların təhlükəsi - VİDEO
Ermənilərin torpaqlarımıza sonradan gəlmə olduğunu sübut edən daha bir FOTOFAKT
Gündəlik geyim kombinasiyaları (2)
Həcc ziyarətinə yollanan zəvvarlara ciddi xəbərdarlıq
Günün qoroskopu: yaxınlarınızla fikir ayrılıqları yaranacaq
Hakerlər Azərbaycanın qaz kəmərinə hücum edib?
Mənim arıqlama sirrim
Sabahın HAVAsı
Azərbaycanda daha 67 nəfərin koronavirusa yoluxdu- RƏSMİ
HAVA necə olacaq?-27 FEVRAL
- ŞƏRHLƏR