Bunu Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin Tehrana səfəri (3-4 avqust) öncəsi Trend-ə müsahibə verən İran-Azərbaycan hökumətlərarası komissiyanın katibliyinin rəhbəri Mehdi Möhtəşəmi bildirib.Onun sözlərinə görə, İran tərəfi istərdi ki, "Bank Melli İran"ın Azərbaycanda fəaliyyəti bütün istiqamətlərdə olsun: "Və Azərbaycan tərəfinin bunun üçün kömək edəcəyinə ümidimiz var. Biz "Bank Melli İran"ın kapitalını da artırmışıq. Azərbaycanda olan vəsaitlərimizin bir hissəsini bu bankın kapitalının artırılmasına yönəltmişik. Eləcə də İranın "Parsian" və "Pasargad" bankları Azərbaycanda filiallar açmaqla fəaliyyət göstərməkdə maraqlıdırlar. Bu iki bank İranın özəl bankıdır və Azərbaycanda öz filiallarını açmaq üçün zəruri şərtlərə əməl etməyə hazır olduqlarını elan ediblər".M.Möhtəşəmi qeyd edib ki, bundan başqa, Azərbaycan və İran müştərək bankın təsis edilməsində maraqlıdırlar: "Biz istərdik ki, Azərbaycan banklarından biri və ya bir neçəsi İranda öz filialını açsın və fəaliyyət göstərsin. İki ölkə arasındakı ticarət dövriyyəsi artarsa, hər iki ölkədə bank filiallarının təsis edilməsinə ehtiyac yaranacaq. Xüsusilə də Azərbaycan bankları ilə broker əlaqələrinin qurulması önəmlidir. Yaranmış problemlərin bir hissəsi Azərbaycanın sanksiyalarla bağlı narahatlığından irəli gəlirdi. Bilirsiniz ki, sanksiyaların ləğvində ən önəmli məsələlərdən biri maliyyə və bank sanksiyalarının ləğvidir ki, bu da tezliklə ləğv olunacaq".O, sanksiyaların ləğvindən sonra Azərbaycan bank sisteminin əməkdaşlıq üçün geniş imkanları olacağını düşünür: "Əlbəttə, bizim bir sıra problemlərimiz də var. Azərbaycan banklarında iranlıların müəyyən miqdarda vəsaiti bloklaşdırılıb. Məlumdur ki, Azərbaycanda fəaliyyət göstərən bir bank - Royal Bank iflas edib. Həmin bankda İranın İxracat İnkişaf Bankının və hüquqi şəxslərinin vəsaitləri var idi ki, biz Azərbaycanın Mərkəzi Bankı və hökumətindən bu problemi həll etməyi istəmişik. Ümid edirik, problem tezliklə öz həllini tapacaq. Həmçinin Azərbaycan hökumətinin, xüsusilə də Bakı Şəhər İcra Hakimiyyətinin "Bank Melli İran"ın binası ilə bağlı ölçü götürməsi üçün əməkdaşlığa ehtiyac var. Bu kimi məsələlər Azərbaycan və İran arasında bank sahəsində aparılan müzakirələrin bir hissəsidir ki, bunlarla bağlı yaxşı nəticələr də əldə olunub. İki ölkənin bank sisteminin fəal və etibarlı olması digər sahələrdə də əməkdaşlığın inkişafına təsir göstərəcək".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Dünyanın gözəlliyini əks etdirən şəkillər
Dərini canlandıran maska
Xoşbəxt olmaq istəyirsiniz?
Obama müharibədən danışdı: "Nəhayət bitəcək"
Bakı metrosuna könüllülər lazımdır
Koronavirusla bağlı son STATİSTİKA
Bəzi tarixi yerlərə səyahət
Əmlakınıza qiymət qoyulacaq!
Rusiyanın xalq artistləri Bakıya gəlir
Hərbi xidmətdə yenilik
Zəmanə dəyişilib yoxsa insanlar?
Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO
İqor Morskinin xəyal gücü
İlon Mask bir həftəyə sərvətini 13.5 milyard dollar artırdı
Ebru Gündeş Bakıya gəlir-FOTO
17 illik serialda "Haluk" olmayacaq?
Əliyevdən mesaj: Hərəkətə keçin
HAVA necə olacaq?
"Supermen" 0,05 saniyəyə klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir
İsrail raketləri Suriyanı vurdu
Qadın.Netlilərin körpələri- 4
HAVA necə olacaq?
İstilik sistemləri niyə işə salınmır?
Moskvada Malıy Teatrın səhnəsində “Yeddi gözəl” tamaşası səhnəyə qoyulub
Məşhur müğənni itinin ayı balası olduğunu öyrəndi-FOTO/VİDEO
Dadlı tort
Gəlin buketləri
Mədə-bağırsaq xəstəlikləri üçün
İrandan daha çox nə alırıq?
Düşmən 26 hərbiçsini itirib
Dekabrda neçə gün dincələcəyik?
Yemək yeyərək sərvət qazanır - FOTO
Maqnezium çatışmazlığı nəyə səbəb olur?
İş həyatında insanlara təsir etmək üçün...
ÜST nümayəndəsi kollektiv immunitetlə bağlı şübhələrini bölüşdü
Qarderobunuza əlavə etməli olduğunuz geyimlər
Rusiyadan gözlənilməz addım - "WhatsApp"a qadağa
200 kaloridən az olan 2 sağlam smoothie
Ramazan ayının 29-cu gününün duası
İlham Əliyev prezidentləri bir araya topladı
Braziliyalı Azərbaycan klubunda
Leyla Əliyeva Heydər Əliyevin 95 illiyinə həsr edilən tədbirdə iştirak edib - FOTO
Alimlərdən yeni rekord
Tkemali sousu (Gürcü mətbəxindən )
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Elm ilk uşaqların daha ağıllı olduğunu deyir
Günün qoroskopu: Bədxərclik etməyin!
Simeoneyə da bir təklif
"Ufak Tefek Cinayetler"in aktrisası çəkilişlərə gələ bilmir-SƏBƏB
Azərbaycanda ilk