Bakıda hava 18°
USD AZN
EUR AZN
07:52Xəyalə Murad Hər birinizə xoş istirahət diləyirəm! 07:52Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41076

Kabaklı toyuq kababı (foto resept)

Kabaklı toyuq kababı (foto resept)

Tərkibi:

Toyuq filesi-500 q

Kabak-2-3 ədəd

"Möcüzə" duru yağı( qarğıdalı)

Soya sousu

Alma və ya üzüm sirkəsi

Sarımsaq- 1 diş

Bal- 1 çay qaşığı

Ədviyyat zövqə görə.

Duz-istiot.

Hazırlanması:

İlk öncə toyuq filesini xırda-xırda doğrayıb əvvəlcədən hazırladığımız sousda saxlayırıq.

Kabaklı toyuq kababı (foto resept)

Sousu hazırlamaq üçün 1 xörək qaşığı duru yağın üzərinə 1 xörək qaşığı soya sousu və 1 çay qaşığı sirkə əlavə edib qarışdırırıq. Sarımsağı və balı da üzərinə əlavə edirik. Zövqə görə ədviyyatları da əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Minimum 20-30 dəqiqə saxlamaq lazımdır. Lakin 3-4 saat ərzində də saxlamaq olar. Bu zaman ətimizi soyuducuda saxlamalıyıq.

Kabaklı toyuq kababı (foto resept)

Kabakları yuyub qurutduqdan sonra nazik-nazik uzunsov kəsirik. Duzlayıb, isitiotlayıb 10-15 dəqiqə saxlamaq lazımdır.

Kabaklı toyuq kababı (foto resept)

Sonra kabakları şəkildə gördüyünüz kimi rulet formasında şiş çöplərə keçirmək lazımdır. 1 file, 1 kabak sıra ilə çöplərə keçiririk. Tavaya duru yağ əlavə edib yaxşıca qızmağını gözləyirik.

Kabaklı toyuq kababı (foto resept)

Sonra şişləri tavaya düzüb hər tərəfini 5 dəqiqə qızardırıq. Süfrəyə isti-isti vermək lazımdır. 

Kabaklı toyuq kababı (foto resept)

Nuş olsun!

Səslərin sayı: 1
6
2756
loading...
Şərhlər
Offline
♥NiLuFeR♥
Kabak qızardılanda dadlı olur.Bu resepti atdım seçilmişlərə
21 dekabr 2017 19:59
Offline
HeyaT GozelmisH
Maraqli reseptir...
1 sentyabr 2015 01:25
Offline
Fatma xanım
Görünüşü gəl məni ye deyir
12 avqust 2015 13:56
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aysel İ.
Maraqlı reseptdi, hem dietik, hem dadlı...
Mence bunu badımcannan da eləmək olar
give_ros
Ac vaxtimda bu neydi Beh beh ne dadli gorunur ellerinize saglig her defe gelende bura ac insan isdahi artir men eleyem qizlar eladi yeyin kokelin
give_ros
11 avqust 2015 16:18
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
°elif •.°
Ac vaxtimda bu neydi Beh beh ne dadli gorunur ellerinize saglig crazy her defe gelende bura ac insan isdahi artir men eleyem qizlar eladi yeyin kokelin dance1
10 avqust 2015 23:29
Offline
Aytekin Alizadeh
Maraqlı reseptdi, hem dietik, hem dadlı...
Mence bunu badımcannan da eləmək olar good
10 avqust 2015 16:02
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış