1. Yanuş Korçak "Kral birinci Matiuş" - Balaca bir uşağın əziyyətlərindən bəhs edən bir romanda elə lap əvvəldən kral ölür və hakmiyyətə 5 yaşlı Matiuş gətirilir. DUƏ silsiləsindən olan bu roman uzun müddət məndə öz təsirini saxlamışdı. Hər kəsə dönə-dönə oxumağı məsləhət görürəm. Əsər bir insanın necə inkişaf etməyinin və gözəl bir insana çevrilə bilməyinin bariz nümunəsidir.
2. Jül Vern "Yerin mərkəzinə səyahət" - Jül Vern elmi fantastikanın hətta mən deyərdim atasıdı. Çox maraqlı əsərləri var və hər biri digərindən çox gözəldir. Sonradan bu əsərin əsasında çəkilmiş filmə belə baxanda əsəri təkrar-təkrar oxuyurmuş kimi hiss edirdim özümü. "Kapitan Qrantın uşaqları", "Sirli ada", "80 gün dünya ətrafında", "20 000 lye su altında" Vernin biri digərindən dəyərli olan romanlarıdı və hamıya bunları oxumağı məsləhət bilirəm.
3. Mark Tven "Şahzadə və dilənçi" - bu əsəri oxuyarkən özünü hadisələrin mərkəzində təsəvvür etməmək mümkün deyil. Axıcı və çox maraqlı bir əsərdir. Əsl uşaq təfəkkürü məhsuludur da deyə bilərəm. Tven uşaqsayağı düşünməyi çox gözəl bacarır.
4. Hans Xristian Andersen "Nağılları" - hamısı sırf uşaqlara aid olmasa da bir sıra maraqlı və gözəl nağılları vardır. Hər biri çox gözəl nağıllardır. "Çirkin ördək balası", "Düyməcik", "Qar kraliçası", "Kralın təzə libası", "Noxud üstündə yatan şahzadə", "Gic Hans", "Kibrit satan qız" və s. və i.a. Andersenin özünəməxsusyazı tərzi var ki, uşaqları nağıllara elə kilidləyir ki, təsiri uzun müddət qala bilir. Oxuyanlar bilir wink duyğusu .
5. Astrid Lindqren "Balaca və damda yaşayan Karlson" - "Uşaq və Karlson" trilogiyasının birinci hissəsidir və çoox maraqlıdır. Hadisələr Lindqrenin digər əsərlərində olduğu kimi Stokholmda baş verir. Yeddi yaşlı Svante Karlsonla tanış olur və bununla da onun maraqlı və sərgüzəştli günləri başlayır.
6. L.Lagin "Qoca Xəttabıç" - Lampadan çıxan cinlərlə aranız necədir? Əsərin əvvəlində çaydan bir uşağın tapdığı adi bir qabdan xəttabıç (cin) çıxır və beləcə sərgüzəştlər başlayır. Uşağın adı yadımda deyil, düzü, çünki əsəri uşaq vaxtı oxumuşam amma hadisələrin demək olar ki, hər biri yadımdadır. Yüz illər sonra azadlığa çıxan Xəttabıç bu uşaq üçün bir çox problemlər yaratsa da, çox şeydə ona kömək də edir. Əsərdə ibrətamiz hallar da yetərincədir və hər bir uşaq eləcə də hər bir böyük, zənnimcə, bu əsəri mütləq oxumalıdır.
XƏBƏR LENTİ
Azərbaycan üçün böyük qorxu
Günün qoroskopu: Uğurlu gündür!
Metro sərnişinlərinə şad xəbər
Qar uçqunları 250 nəfəri çıxılmaz vəziyyətdə qoydu
Say və əvəzliyə aid sınaq sualları
Yazda bədənə canlılıq
Baş nazirdən uşaq bağçaları ilə bağlı QƏRAR
Alimlərdən koronavirus haqqında maraqlı açıqlama
Diqqət! Diqqət! Danışır Bakı!
Qız olmaq asandır?
Makiyaj çantanızda nələr var?
Yelena görənləri heyrətləndirir-FOTO
Sevən şəxsin 8 davranışı
Dubayda polisləri robot patrullar əvəzləyəcək
Sevgi dünən və bu gün
Cennifer yenidən Diqqət Mərkəzindədir
Türkmənistanda "koronavirus" sözü qadağan edilib
İstanbulda əsrin kəşfi
Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb
Prezidentdən milli mətbuatın 145 illik yubileyi ilə bağlı SƏRƏNCAM
“İşsizlik terror problemi qədər ciddidir”
Evlilik sonrası kökəlmədən qorunun!
Günün ulduz falı
"Arıqlamaq istəyirəm" deyənlərə tövsiyələr
Məşhur cütlüyün Bodrum tətili-FOTO
Şakira AYRILIQ xəbərlərini bu cür Yalanladı-FOTO
Misirdə mağara məbədi
İnsanı kökəldən qidalar
Nobel mükafatçısı xərçəngin ən böyük sirrini açıqladı
Uşağın yuxusunu qoruyun
Kolleclərə qəbulun nəticələri - Açıqlandı
Qladiatorlar haqqında
Cəlilabad rayonu
Türksayağı tomat şorbası (foto resept)
Xoşbəxt olmaq istəyiriksə...
Cazibədar xanımlar üçün boyunbağılar
“WhatsApp”a yaşıl işıq
Küncütlü paxlava (foto resept)
Bu pendir və şor məhsullarının satışı qadağan edildi!
Yazmağa başlayıram - 4
Kukla sənəti
Leyla Əliyevanın əkizlərinə olan arzuları (FOTO)
Bəzi rayonlarda qaz olmayacaq
Bakıda bəy və gəlindən təzə ənənə (FOTO)
Mətbəx pərdələri
İranda boşanma halları artıb
Qadınlar ideal olmaq istəyir (2-ci hissə)
Zövqlü geyim nümunələri
Çay ağacı yağının dəriyə faydaları
Koçaryan yenidən hakim qarşısına çıxarılır
- ŞƏRHLƏR