Dayanacaqsız yol....
Bu yol o yoldan deyil,
Hara bizi aparır?
Getsən də, getməsən də,
Səni özü aparır.
***
Əlindən çəkib gedir,
Hayana da bilmirsən.
Nəfəsin yansa belə,
Dayanada bilmirsən.
***
Bənzəmir başqasına,
Bu yol çox qəribədir.
Bilmirsən ki qarşında,
Səni gözləyən nədir.
***
Küçə deyil, tin deyil,
Gəzəsən, dolanasan.
Qayıtmaq mümkün deyil,
Bircə addım çaşasan.
***
Nə geciksən, gecikə,
Nə tələsə bilərsən.
Nə bir qarış uzada,
Nə də kəsə bilirsən.
***
Bilmirsən ki azalıb,
Oyanıb səhər erkən.
Donuram çaş-baş qalıb,
Bu yolu düşünərkən.
***
Belə də yol olarmı,
Haqqın yox dincəlməyə.
Barı heç olmasaydı ,
Onu getməyə dəyə.
***
Bircə başlanğıcı var,
Bircə də dayanacaq.
Bir gün gəlir çatırsan,
Xəbərin olmur ancaq.
Uzaq sənnən
Gəl quş olaq, qanadlanaq,
Bu dağlarda azaq sənnən.
Hər daşına, qayasına,
Min xatirə yazaq sənnən.
***
Bir arzuyuq, bir diləyik,
Ayrı düşsək ah-naləyik.,
İnanmıram əl-ələyik,
Bir yuxudur, yozaq sənnən.
***
Getsən Vaqif ağlar-ağlar,
Kövrək qəlbin həsrət dağlar,
Miras qalar sənsiz dağlar,
Uzaq sənnən, uzaq sənnən.
Ana
İlk məhəbbət ələ düşməz deyirlər,
Yüz axtarıb, soraq salsam hayana.
Gözəllərin ən gözəlin sevsəm də,
İlk sevdiyim yenə sənsən, ay Ana.
***
O qədərdir, mənə qurban deyənlər,
Gözlərimdən getmə bir an deyənlər,
Yana bilməz mənə can-can deyənlər,
Sən yananın yüzdə birin , ha yana.
***
Kimsə məni səncə duya bilmədi,
Gözlərindən gözüm doya bilmədi,
Yanaqların bəzək, boya bilmədi,
Qurban olum ismətinə, hayana,
Ilk sevdiyim vallah sənsən, ay Ana.
Vaqif Hüseyn oğlu Səlimov.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Koronavirusdan ölənlərin sayı 9 minə çatdı
Xəstəliklərin dəf olunması (1)
Zəncirli və daşlı bilərziklər
Paltaryuyan maşının ömrünü qısaldan xətalar
Sabahın HAVAsı
Sağlam olmağın alternativ yolları
Gündən qoruyan kremlər... heç nədən qorumur - ARAŞDIRMA
Şakiranın yeni FOTOları
Dolu xanımlar üçün donlar
Sadə geyim modelləri
Fərqli əlcəklər
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
Emin Ağalarov Leyla Əliyevanı təbrik etdi - FOTO
İlin ən yaxşı 10 filmi açıqlandı - SİYAHI
Məndən imtina etmə, ana!
Bu qız heç vaxt böyüməyəcək və qocalmayacaq
"Qalatasaray" Bakıya gəldi
Seçimlərdən ən çətini…
Hamam dekorasiyasını rəngləndirmək üçün nümunələr
Azərbaycanda yeni tipli məktəblər yaradılır
Pavel Antipovdan fəlsəfi rəsm əsərləri
Çaynikdə qalan çayı atmayın
Mağaza - şirniyyatlar
Azərbaycanda I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələrini açıqlandı
Azərbaycan peyki Livan telekanallarının yayımına başladı
Azərbaycanda Tibbi Genetik laboratoriyalar yaradılacaq
Günün qoroskopu:Səbrli olun!
Kəndirin köməyilə artıq çəkini təyin edin- TEST
BÜRCLƏR bizə nə vəd edir?-13 İyul
Hərbçimiz 27 il sonra Füzulidəki doğma evini ziyarət edib - VİDEO
Ərdoğan peyvənddən sonra: “Burda çətin heç nə yoxdur”
Sabahın HAVAsı
Hansı valideynlərin uşaqları ağıllı olur?
Gəlin gülləri(2)
Gərəyiniz olar: smartfonlar üçün GİZLİ KODLAR
Qarğıdalı çörəyi (foto-resept)
Mətbəx əşyaları
Ebunun konset bileti neçəyədir?
Kişilər nə istəyirlər? 2-ci hissə
Çiyələk yağının dəriyə faydası
Gəncə parkları abadlaşdırılır
Ələddinin sehrli çırağı
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
Bakıda pulsuz çörək paylanır
Outlook yeniləndi
Tələbələrin təqaüdləri artırıldı
Bakıda yaşlı qadın çinli zənn etdiyi əcnəbini qovmağa çalışdı - VİDEO
Toyda bəylə gəlini cansız manekenlər əvəz etdi
Benzinin qiyməti ilə bağlı rəsmi açıqlama
- ŞƏRHLƏR