Bu barədə ANS PRESS-ə hərbi ekspert Üzeyir Cəfərov bəzi elektron KİV-lərin guya Azərbaycan - Ermənistan sərhədinin qərb istiqamətində intensiv döyüşlər getməsi barədə yaydıqları dezinformasiyaları şərh edərkən bildirib.
“Ötən ilin avqust ayında olduğu kimi bu ildə mətbuat orqanları ermənilərin xeyrinə deszinformasiyaları yaydılar. Erməni KİV-ləri onların yazdıqlarına istinad edərək Azərbaycan əleyhinə bol-bol materiallar verdilər. Belə saytlar istər-istəməz düşmənin dəyirmanına su tökdülər. Halbuki, bu KİV-lərin əksəriyyətinin rəhbərləri ötən ilin avqust hadisələrindən sonra söz vermişdilər ki, Müdafiə Nazirliyinin təsdiqləmədiyi heç bir xəbəri verməyəcəklər. Dezinformasiya yayan saytlar cəzalandırılmalıdır. Görəsən, Mətbuat Şurası, Milli Tele-Radio Şurası hara baxır?” - deyə Üzeyir Cəfərov vurğulayıb. Hərbi ekspert dediklərində haqlıdır. Son günlər bəzi KİV-lər guya 40 nəfər Azərbaycan hərbi qulluqçusunun mühasirəyə düşməsi, bir neçə saatlıq atışmadan sonra mühasirədən çıxmağa nail olması və 8 nəfər hərbçimizin yaralanması barədə xəbərlər yaymağa başlamışdı. Daha sonra Müdafiə Nazirliyi çıxış edərək yazılanların yalan və təxribat xarakterli məlumatlar olduğunu bildirdi. Bəzi saytlar isə guya aparıcı qərb dövlətlərinin Azərbaycana öz ərazi bütövlüyünü təmin etmək üçün müharibəyə başlamağı qadağan etdiyini iddia edirdilər. Yaxud hansısa saytlar Rusiyanın hansısa önəmli hərbçisinin Ermənistana səfəri, həmin rus generalın Krımı bir göz qırpımında alması, indi də Ermənistan-Azərbaycan toqquşmasını müzakirə etməsi barədə xəbərlər yayırdılar. Bəzi saytlar isə Azərbaycanın hərbi texnikasının hərəkətini çəkib düşmənə göstərirdilər. Bütün bunlar milli əhval-ruhiyyəyə pozucu təsir edirdi. “Allaha şükür ki, indi sakitlikdir. Əgər intensiv döyüşlər getsə, necə olacaq? Belə KİV-lər əhalini böyük xaosa sürükləyə bilərlər”,- deyə Üzeyir Cəfərov vurğulayır.
Hərbi ekspert erməni KİV-lərində fərqli mənzərə olduğunu söyləyir: “Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyan gecənin ortalarına qədər sosial şəbəkələrdə oturur və yayılan hər bir xəbəri öz mövqelərinə uyğun şərh edir. Erməni KİV-ləri də yalnız bu mövqeni dərc etdirdilər”.
Üzeyir Cəfərov Azərbaycan Müdafiə Nazirliyinin də növbətçi sistem keçməsini vacib sayır: “Nazirliyin mətbuat xidmətinin işçiləri növbətçi sistemlə sutka ərzində yayılan xəbərləri şərhş etməlidirlər. Bu, dezinformasiyaların qarşısını ciddi şəkildə alar”.
Bütün bunlar öz yerində. Amma dövlət sirrini yayan mətbuat işçiləri də öz məsuliyyətlərini dərk etməlidirdlər. Axı keçən ilin avqust hadisələrindən sonra ölkə başçısı İlham Əliyev 24 sentyabr 2014-ci il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında”sərəncamda Müdafiə Nazirliyinə tapşırıb: “Kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin etsin və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri müəyyən edib onların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasını təşkil etsin”.
Yəni cənablar, istər saytda yazın, istər sosial şəbəkədə - dövlət sirrini yayan hər kəs cəzasını alacaq.
Elə dövlət başçısının 24 sentyabr 2014-cü il tarixli sərəncamını yerinə yetirməyən dövlət qurumları da cəzasını almalıdır. Sərəncama görə, Nazirlər Kabineti dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyətin gücləndirilməsinə dair təkliflər hazırlamalı idi. Həmçinin jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin razılaşdırılması qaydasını müəyyən etməli idi. Göründüyü kimi, ortada heç nə yoxdur.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Yaşlarına rəğmən cavan nənələr
Bakıda çörək daşınmasında qadağa olacaq?
Koronavirus soyuducuda 1 ay yaşayır, onu məhv etməyin yeganə çarəsi
Nişan üzükləri
Azərbaycan insan kapitalı indeksinə görə MDB ölkələri arasında üçüncü yeri tutdu
Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-1
TQDK-dan xəbərdarlıq: 1 gün qaldı
"WhatsApp" bombanı partlatdı
Dünyanın ən qorxulu bazarı
"Facebook" serverlərinin müdafiəsini gücləndirir
Şeyma Subaşı Acun haqqında İLK DƏFƏ danışdı
Heyva şirniyyatı (foto resept)
Yunan salatı (foto resept)
HAVA necə olacaq? 18 MAY
Silahlı Qüvvələrin Hospitalında uğurlu əməliyyat
Rusiyada selfi çubuqlarına QADAДћA
Facebook insan həyatını qurtardı
Mikayıl Cabbarovdan "Son zəng"lə bağlı YENİ ƏMR
Doğum evinə götürüləcək ən əhəmiyyətli şeylər
"Qarabağ"ın daha bir potensial rəqibi müəyyənləşdi
Nə istədiyini bilirsənmi?
Gələn həftə “WhatsApp”da pul köçürmək mümkün olacaq
Qanunsuz tikililərlə bağlı müvafiq qərar qəbul olunacaq
Döyüş təyyarələrimiz səmaya qaldırıldı.
İlon Maksın var-dövləti 1 gündə 8 milyard artdı
"Çokoprens" qurabiyyə (foto resept)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın xalq rəssamı Tahir Salahovun sərgisinin açılışında iştirak edib
Su içmək üçün 7 səbəb
Hollivudun ən güclü ulduz cütlükləri - FOTO
Cool olmaq əslində nə deməkdir?
Onlar lobbiçiliyə pulu sel kimi ayırır
Reyhanlı badımcan dolması (foto resept)
Mayli Sayrusdan QALMQALAlı paylaşım
1 həftəyə 5 kiloqram arıqladan qarışım
2017-nin dəbi olacaq rənglər
Mütəxəssislər: Bu oyuncaqlar uşaqlar üçün ZİYANLIDIR
Azərbaycanda daha 2 televiziya açılır
Dövrümüzün "onurğa sütunu" problemi
Azərbaycan elminə ağır itki üz verdi
Ermənistan məhsullarını alardınızmı?
Sosial şəbəkələrdə təhlükəyə çevrilən tendensiyalar - Gündəmi kim dəyişir?
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Koray Avcı yeni İMİCDƏ-FOTO
Sabahın HAVAsı
Fahriye Evcen qalmaqallı FOTOsu haqqında
Sılanın döyülməsi yalan çıxdı-FOTO
Gülməli şəkillər
Zander (foto resept)
Avropa Liqası: hansı oyun hansı kanalda?
Günün qoroskopu: Büdcənizə nəzarət edin!
- ŞƏRHLƏR