Möcüzələrin bir xüsusiyyəti də ondan ibarətdir ki, hamısı, demək olar ki, zamanın tələbinə uyğun olaraq verilmişdir. Yəni həmin dövrdə yaşayan insanlar daha çox nəyə meyil edirdilərsə, təbii ki, görmək istədikləri şeyləri də məhz həmin sahə ilə bağlı təsəvvür edirdilər. Allah-Təala məhz onların öz təsəvvürləri ilə özlərini heyrətə salırdı.Məsələn, Hz. Musa (ə.s.) zamanında sehr-cadu elmi çox inkişaf etmişdi. Hz. Musanın möcüzəsi də bütün sehrbazların bacarmadığı, hər kəsin heyrət etdiyi bir hadisə olmuşdur. Firon bütün sehrbazları bir meydana toplamış və onları Hz. Musaya qarşı savaşa çağırmışdı. Sehrbazlar iplərini yerə atdılar, iplər insanların gözündə ilan kimi göründü. Hz. Musa isə əsasını yerə atanda əsa böyük bir əjdahaya çevrildi və sehrbazların ilan kimi görünən iplərini uddu. İnsanlar bu hadisəni sehr zənn etdilər. Amma sehrbazlar bu hadisənin sehr olmadığını, daha doğrusu, sehr elminin o səviyyəyə yüksələ bilmədiyini anladılar, bu işin İlahi bir hadisə olduğunu dərk etdilər və Hz. Musanın söylədiklərini qəbul edərək, Allaha iman gətirdilər. Onlar bu qənaətlərini Firona açıq söylədilər və haqq yoldan dönməyərək şəhidliyi qəbul etdilər.Hz. İsanın (ə.s.) dövründə isə tibb elmi yüksəliş dövrünü yaşayırdı. Ona görə də Hz. İsanın möcüzələrinin böyük bir hissəsi məhz bu sahə ilə bağlıdır. O, dövrünün çarəsiz hesab olunan dəri xəstəliyini müalicə etmiş, dəridəki ləkəni təbii rəngə çevirmiş, hətta ölüləri məzardan qaldırmaq kimi möcüzələr göstərmişdir.Möcüzə ilə əlaqədar kifayət qədər misal gətirmək mümkündür. Hz. Salehin (ə.s.) qayadan çıxmış və onun peyğəmbərliyini təsdiq etmiş dəvəsini, Hz. Yunusun (ə.s.) balığın qarnında günlərlə qalmasını xatırlatmaq kifayətdir.Ancaq bu rubrikada bizim məqsədimiz sevimli Peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.s.) möcüzələrindən bəhs etməkdir. Əvvəlki peyğəmbərlərdən fərqli olaraq, Rəsulullah bütün bəşəriyyətə və cinlərə peyğəmbər olaraq göndərildiyi üçün onun möcüzə sahəsi də, heç şübhəsiz, daha geniş və daha zəngin olmuşdur. Əslində peyğəmbərimizin ilk möcüzəsi onun doğuşu ilə başlayır. Ən böyük möcüzəsi isə qiyamətə qədər insanlara Haqq yolunu göstərən Qurani-Kərimdir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Ümumdünya Solaxaylar Günüdür
HAVA necə olacaq? 10 İyul
Kişilərin futbol sevgisinin səbəbləri
Tramp dini azadlıqlar haqqında fərman imzaladı
Ali məktəblərin boş plan yerlərinə və kolleclərə qəbul olmaq üçün sənəd verənlərin sayı açıqlandı
Dünyanın ən yüksək Laləsi tikiləcək-FOTO
190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO
Tarkanın xanımı görünüşü ilə diqqət çəkdi-FOTO
Evdə idman hərəkələri
Qışda qabaran saçlar...
İnsanı viruslar qarşısında güclü edən qan qrupu açıqlandı
Qlükoza
Bakı-Sumqayıt yolunun dərdinə çarə tapılır
Erməni analar: “Bizə yalnız İlham Əliyev kömək edə bilər” - VİDEO
Sürətli gəzişi sınayın
Yaz fəsli üçün maskalar
Bakıda dollar və rubl əməliyyatları məhdudlaşdı
Keçmişdən bu günə - 1 May
500 illik məscid məhv olmaq üzrədir
Koronavirusla bağlı son STATİSTİKA
Azərbaycan bu siyahıda liderdir
Bu ayaqqabının qiyməti dodaq ucuqladır - FOTO
FHN-dən nazirlikdəki yanğınla bağlı AÇIQLAMA
Avtomobillərin dövlət texniki baxışına təqdim olunma qaydaları dəyişib
Yoldaşınızı yenidən sevməyin 4 yolu
Həkim Bəhram Bağırzadə ilə bağlı şad xəbər verdi
Sürücülərə xəbərdarlıq
Bakıda Quran Gecəsi keçiriləcək
Jurnalistlər üçün tikilən 3-cü binanın təhvil vaxtı açıqlandı
Ötən il neçə şagird attestatsız qalıb?
Məşhur cütlüyün toyu haqqında detallar məlum oldu-FOTO
Təyyarədə utandı, 76 kq arıqladı - FOTO
Dünya əhalisinin üçdə biri oyun oynayır - ARAŞDIRMA
Tom Kruz və İlon Mask kosmosda film çəkəcəklər
ADA Beynəlxalq Münasibətlər üzrə Universitetlər Assosiasiyasının üzvü seçildi
2015 bürclərə nə vəd edir?
Portağallı limonad (foto-resept)
Cennifer Lopez hamam xalatında küçəyə çıxdı-FOTO
Yeni il gecəsi üçün ayaqqabı və çanta seçimi
"WhatsApp"ın bu yeniliyi narazılıqlara səbəb oldu
Girovlarımıza ağır cəza
Bananlı yulaf əzməsi (foto resept)
Messiyə 500 milyon avroluq təklif gəldi
Tez qırılan saçlara necə qulluq etməli?
ABŞ təyyarəsi 16 əfqan öldürüldü
Ermənilər Bakıya gəlməkdən imtina etdilər
Gil maskasının faydaları
Qarabağın Azərbaycana qaytarılması xəbərinə rəsmi reaksiya
Azərbaycanda doğum səviyyəsi artıb
Naməlum canlı hər kəsi qorxutdu-FOTO