ANS PRESS-in məlumatına görə, məlumdur ki, Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan bu təşkilatın üzvləridir. Tutduğu coğrafi mövqeyi və apardığı tərəfsiz siyasətlə dünyada özünəməxsus imic yaradan İran bu təşkilata müşahidəçi statusu ilə dəvət olunub və İran prezidenti burada rusiyalı həmkarı ilə təkbətək söhbət etmək şansı qazanacaq. (Həsən Ruhani və Vladimir Putin) İndi həm Moskvanın, həm də Tehranın bir sıra mühüm regional və beynəlxalq məsələlərlə bağlı mövqeyi maraq doğurur. Qərbə qarşı ən yaxşı müttəfiq hesab olunan bu iki ölkə lideri narahatlıq doğuran siyasi-iqtisadi məsələlərin həllinə fayda verə biləcəklərmi, ümumiyyətlə, Putin-Ruhani görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparıla bilərmi?
İndi gündəmdə olan İŞİD-in Suriyada və İraqdakı fəaliyyəti, İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar, Ukraynanın şərqində yaranmış vəziyyət, Rusiya-Avropa, ABŞ-İran qarşıdurması ilə bağlı mühüm məsələlər əsas müzakirə mövzusu olacaq. Həmçinin həm İranın. həm də Rusiyanın sərhədi daxilində qaynar nöqtələr və münaqişəılər, o cümlədən Dağlıq Qarabağ probleminin həlli ilə bağlı da ciddi müzakirə gözlənilir. İşğal altında olan Azərbaycan rayonları
Politoloq Qabil Hüseynli hər iki liderin Qarabağ məsələsi ilə bağlı aparılacaq müzakirələrdə müsbət nəticələrin əldə olunacağı ilə bağlı fikir söyləməkdə çətinlik çəkdiyini söylədi. Onun fikrincə, İran tərəfi indiyədək Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe Azərbaycan üçün qaneedici olmayıb. İran daim Ermənistana iqtisadi yardım pəncərəsi, yolu açıb və bununla bir növ onu xilas edir, yaşadır.
O deyib: "Hətta İranın Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan bizim üçün tolerant, dost ölkədir. Belə şəraitdə Dağlıq Qarabağ münaqişəsinin İranla Rusiya arasında müsakirəsindən müsbət nəsə gözləmək inandırıcı görünmür. Hər iki ölkə Ermənistana daha yaxın münasibət göstərir. Ona görə də Azərbaycanın xeyrinə addımlar atılacağı qənaətində deyiləm.
Q.Hüseynli son vaxtlar Qarabağın həlli ilə bağlı Rusiya tərəfindən qəti addımların atılacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, Rusiyanın şərtləri və tələbləri müzakirə mərhələsindədir. Son siyasi qərar yoxdur və bunların hamısı söz-söhbətlərdir. Ona görə konkret nəsə demək olmur.
Politoloq sülh danışıqları müsbət nəticələnməyəcəyi təqdirdə nə baş verə bilər" sualına isə belə cavab verib ki, təbii, yeganə çıxış yolu hərb yoludur. Azərbaycan öz üzərinə düşən sülhpərvər missiyasını yerinə yetirir. Amma hər şeyin sonu olmalıdır. Milli Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün hər zaman qəti addımlar atmağa qadirdir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir?-26 dekabr
Merve Özbeyin xına gecəsinə ulduzlar axın etdi-FOTO
Günəş dəhşət saçır
Beyonse arıqladı - FOTO
"Xallı" geyimləri nə ilə geyməli?
Dünyada ən az danışılan dillər
Çəhrayı rəngli fil balası - VİDEO
Məktəb çantası seçərkən nəyə diqqət etməli?
Məktəb bufetlərində bu ərzaqların satışı qadağan olundu - SİYAHI
Ayaqlarınız xasiyyətdən danışır
Keyfiyyətsiz və istifadə müddəti keçmiş kosmetikalardan istifadə xəstəliklərə yol açır
HAVA necə olacaq?
İlham Əliyevdən komendant rejimi ilə bağlı SƏRƏNCAM
Burma kartof (foto resept)
"Papito" ifaçısı Azərbaycan filminə çəkilib
19 yaşlı qız həyatının şokunu yaşadı-FOTO
Bitkilər və təbabət (5)
Çörək haqqında gələn xəbərlər
Bakıda uzun müddətdən sonra kafe və restoranlar açılışa hazırlaşır - VİDEOREPORTAJ
Yataq otağı rəngləri
Kəklikotunun faydaları
35 yaş böyük kişini sevmək...
Gürcüstanda ən çox yayılmış soyadlar
Rusiya sülhməramlılarından ibarət daha bir karvan Qarabağa gəldi - VİDEO
Arıqlamaq üçün qızıl qaydalar
Ermənilər Cocuq Mərcanlını atəşə tutdu: Yeniyetmə yaralandı - RƏSMİ
Dubaya getməyə hazırlaşanlara bəd xəbər
"Survivor" iştirakçısı haqqında xəbər yayıldı
"Ramo" möhtəşəm ssenari ilə qayıdır
Görüşə gedərkən nə geyməli
Bu qidaları ac mədəyə yesəniz, daha sağlam olarsınız
Əlamətlərinə görə uşağınızın cinsini müəyyən edin
Əliyevə hərbi salam verən Çunayev dünya çempionu oldu
Dənizdə üzən oyuncaq ördəklər
Finlandiyada 16 yaşlı qız bir günlük baş nazir olub
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
Rosalianın sevimli kostyumları
ÜST rəsmisindən Azərbaycanda koronavirusla bağlı proqnozu
Qırışlar üçün maska
Azərbaycanda koronavirusa yoluxanların sayı 700-dən aşağı düşdü
İnstagram fenomeni akula qurbanı oldu-ŞOK FOTO
Havanı təmizləmək üçün məsləhətlər
Keti Perri ölümdən döndü - FOTO
Kəbədə qəza
Ağıllı fincan hazırlanır
Hotmail tarix olacaq
2015-ci ilin Ford Mustang-ı satıldı
Pinqvin balaları Şaxta baba oldular
Braziliyada həbsxanadan 470 məhbus qaçıb
Maşınlar (Pazl)