İsveçin paytaxtı Stokholmda Ukrayna-Avropa İttifaqı Assosiasiyası çərçivəsində beynəlxalq forum keçirilib. Avropa Komissiyasının Avropanın Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzi (ECDC) ilə birgə təşkil etdiyi forum Ukraynada səhiyyənin vəziyyətinın, inkişaf potensialının, epidemioloji nəzarətin və ölkənin yoluxucu xəstəliklərə qarşı mübarizəyə hazırlığının qiymətləndirilməsi məsələlərinə həsr olunub.
Forum çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın nurlu xatirəsinə həsr edilən “İnfeksion nəzarətə dair elmi əsərlər məcmuəsi” kitabının 5-ci cildinin təqdimatı olub.
Nəşrin müəllifi həmvətənimiz, Kiyevdə fəaliyyət göstərən akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, P.L.Şupik adına Ukrayna Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyasının mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, Dünya Səhiyyə Təşkilatının Avropa Bürosunda Ukraynanın milli əlaqələndiricisi, professor Aydın Salmanovdur.
A.Salmanov forumda Ukraynanın elm, təhsil və təbabət sahəsində milli eksperti və bu ölkənin Dünya Səhiyyə Təşkilatının Avropa Bürosundakı milli əlaqələndiricisi qismində iştirak edib.
A.Salmanov AZƏRTAC-a müsahibəsində deyib ki, o, “İnfeksion nəzarətə dair elmi əsərlər məcmuəsi” kitabının nüsxələrini Avropa Komissiyasının nümayəndələrinə, Avropa İttifaqına üzv ölkələrin ekspertlərinə və ECDC-in kitabxanasına bağışlayıb. Avropa İttifaqı qrupunun rəhbəri, Qara dəniz regionu ölkələrinin əlaqələndiricisi Vintsan Sizeyr də bu kitabı minnətdarlıq hissi ilə qəbul edib və onun çox aktual olduğunu bildirib.
Qeyd edək ki, kitabda pasientlərin infeksion təhlükəsizliyi və onlara keyfiyyətli tibbi yardım göstərilməsi üçün optimal şəraitin təmin edilməsi yolları, habelə müalicə-diaqnostika prosedurlarının həyata keçirilməsi prosesində risklərin idarə olunması barədə əhəmiyyətli elmi-praktik informasiya toplanıb. Nəşr müxtəlif ixtisaslı həkimlər, mikrobioloqlar, əczaçılar, epidemioloqlar, habelə I-IV səviyyəli ali tibb məktəblərinin müəllim və tələbələri üçün nəzərdə tutulub.
Professor A.Salmanov 240-dan çox elmi işin, o cümlədən 15 monoqrafiyanın, üç dərsliyin və ali tibb məktəblərinin tələbələri üçün bir dərs vəsaitinin müəllifidir. O, həmçinin Ukraynanın səhiyyə sahəsi ilə bağlı üç qanunun və bu ölkədə xəstəxana daxilində infeksiyalara fəal epidemioloji nəzarət konsepsiyasının müəllifidir. Ona görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın rəhbərliyi ilə həkimlik peşəsini təkmilləşdirmək səadəti nəsib olub.
A.Salmanov akademik Zərifə Əliyevanın nurlu xatirəsinə həsr olunan 9 kitabın, o cümlədən “Cərrahiyyədə risklərin idarə olunması”, “İnfeksion nəzarət standartları”, “Tibbi təyinatlı məmulatın sterilizasiyası” və 5 cilddə “İnfeksion nəzarətə dair elmi əsərlər məcmuəsi” kitablarının müəllifidir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Azərbaycan gölləri
Paxıllıq etməmək mümkün deyil: belə də polis olar?
YALAN DANIŞIRSIZ?
Şəkillə yaş müəyyənləşəcək
Arda Turanın xanımı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Belə getsə, Azərbaycanda bir neçə ilə evlənməyə qız tapılmayacaq
Dəbli divar kağızları(2)
Smartfon işlədənlərin nəzərinə!
İnamsızlıq, yalan, ən yaxın dostun xəyanəti və...
Günün ulduz falı
Fransanın “Le Monde” qəzeti: “Ermənistan hərbiçiləri Şuşanı tərk edərək Xankəndiyə qaçıblar”
Dəri çatlaqları
BÜRCLƏR bizə nə vəd edir?-25 dekabr
Xanımlar üçün: gözəl sinəyə sahib olmaq istəyirsiniz?
Hollivudun ən çox gəlir gətirən aktyoru məlum oldu
Mədəndə FACİƏ: 150 nəfər dağıntılar altında qaldı - Rusiyada
“Kuruluş Osman” final edir?
Dünyadakı 10 müqəddəs yer
Azərbaycanda tikinti işlərində qiymətlər ucuzlaşıb
Ən gözəl göllər
Ezo Gəlin şorbası (foto resept)
Çörək pəhrizi ilə 3 gündə 2 kilo arıqla
Yeni ildə sakitlik olacaq?
Gözəl dırnaqlar
Azərbaycanda ilaxır çərşənbəsi qeyd edilir
Jan-Klod Vandam Azərbaycan haqqında paylaşım etdi-FOTO
Azərbaycanda yeni animasiya filminin 1-ci hissəsi çəkilib
5G zəif inkişaf edir
Castin Biber xanımı ilə FOTOsessiya etdirdi
Günün qoroskopu: çətin işin qeyri-standart həllinə başlamaq olar
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
İki institut birləşdirildi
Salığında kor Fatı, öləndə Ağca xanım
Saçlar üçün hansı vitaminləri qəbul etməli?
Zeynəb Xanlarova İlham Əliyevi BELƏ TƏBRİK ETDİ - VİDEO
Qrip ilə koronavirusun fərqi nədir?
Məşhur aktrisa yıxıldı-FOTO
NASA-dan GÖZLƏNİLMƏZ QƏRAR
Şəhriyarın məqbərəsi qəzalı vəziyyətdədir
Udduğu 6 milyonu belə xərcləyir-FOTO
Ərdoğan vəzifəsindən getməyə hazırdır
İlon Mask dünyanın ən varlı adamı oldu
Bakıda yeni yol nişanları və yeni qadağalar
Erkən qırışların səbəbləri
Mariya Şarapova şahzadə Harrinin dostuna ərə gedir - FOTO
Sevdiyiniz insan sizi sevmirsə, nə etməli?
65 saat sonra dağıntılar altından çıxarılan Elifin anası ilə görüşü - VİDEO
Azərbaycanda sürət qatarı görəcəyikmi?
Fitness məşqləri
“Eurovision-2014” biletləri satışda
- ŞƏRHLƏR