"Avropanın Liqasında I təsnifat mərhələsində "Qəbələ" (Azərbaycan) - "Dinamo" Tiflis (Gürcüstan) klubları arasındakı qarşılaşmadan sonra baş verən hadisə araşdırılacaq".
ANS PRESS-in məlumatına görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinə tapşırıq verib. Baş nazir bildirib ki, Azərbaycanla və onun xalqıyla strateji münasibətlər ölkəsi üçün çox əhəmiyyətlidir:
"Gürcü hökumətinin rəhbəri kimi qəti sürətdə bildirirəm ki, dövlət heç kəsə dost Azərbaycanla bizim münasibətlərimizə belə fitnəkar hiylələrlə kölgə salmağa icazə verməyəcək", - deyə o, söyləyib.
İrakli Qaribaşvili Daxili İşlər Nazirliyindən qanun tələb olunan tədbirlərin görülməsini tələb edib.
İyulun 2-si Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflisdə baş tutan "Dinamo-Qəbələ" oyunu zamanı insident yaşanıb. Yerli fanatlar Bakıdan matçı izləmək üçün Tiflisə gedən “Qəbələ” azarkeşlərinə hücum edib. Bunu saytımıza hücuma məruz qalan “Sector 11” fan klubunun rəhbəri Atanur Cəfərli təstiqləyib. Onun sözlərinə görə, stadiona giriş zamanı gürcü fanatlar onlara hücum edib: "Stadionun qarşısında bizə hücum etdilər. 4 nəfər idik, onlar isə çox idi. Nə baş verdiyini anlamadıq. Qarşıdurma baş verib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb".
Hadisədən sonra Tiflis "Dinamo"su "Qəbələ" ilə oyunda Azərbaycan bayrağının təhqir olunması ilə bağlı rəsmi açıqlama yayıb. Gürcüstan klubu bununla bağlı rəsmi saytında gürcü və Azərbaycan dillərində açıqlama yerləşdirib: "İlk növbədə qeyd etmək istəyirik ki, klub tam şəkildə dünən baş verən hadisədən peşmançılıq hissi keçirir və bu hadisə ilə razılaşmadığını bildirir. Dünənki hadisə zamanı fiziki təzyiq və daha sonra Gürcüstanın dostu olan ölkənin dövlət simvolunun təhqirinə yol verilib.
Hadisə oyundan sonra "Dinamo Arena"dan kənarda baş verib. "Dinamo" təşkilatçi kimi, bu fakt üzrə cavabdehliyi öz üzərinə götürə bilməz. Stadionda açılan banerə gəlincə, stadionun təhlükəsizlik xidməti operativ tədbirlər görüb və baner tribunadan uzaqlaşdırılıb.
Qeyd etmək istəyirik ki, oyunun rəsmi proqramında dəfələrlə qeyd etmişdik ki, "Dinamo" tarixində Azərbaycan futbolunun böyük yeri var və qonşu ölkənin komandası ilə rəqabət bizim üçün böyük şərəfdi. Ümid edirik ki, oxşar hadisələr iki dost ölkənin münasibətlərinə və onların idman keçmişinə, hazırki dövrünə və gələcəyinə maniəçilik törətməyəcək", - deyə açıqlamada qeyd edilir.
2014-cü iyulun 31-i Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda - “Bakcell Arena" stadionunda keçirilən “Neftçi” – “Çixura” (Gürcüstan) oyununda da buna bənzər insident yaşanmışdı. Əvvəlcə tribunada qonaq klubun azarkeşləri Zaqatala və Qax rayonlarını Gürcüstan ərazisi kimi təsvir edən pankart qaldırılmışdılar. Daha sonra stadion çıxışında da münaqişə davam edib.
Hətta Gürcüstan xarici işlər naziri Maya Pandjikidze “Neftçi” və “Çixura” oyununda baş verən insidentlə bağlı bəyanat vermişdi. O, bu insidentin iki ölkə arasındakı dostluq əlaqələrini korlamağa çalışan təxribatçılar tərəfindən təşkil edildiyini bildirmişdi.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Haydi bu dəfə də diqqəti üzərinə çəkdi-FOTO
Sənatkarın ailəsi mətbuata əsəbləşdi
Hava küləkli olacaq
Ronaldodan yeni rekord
Uşağı neçə yaşında idmana yazdırmalı?
Dahi azərbaycanlının əziz xatirəsinə
Türkiyə kuboku: "Qalatasaray" matçında 15 top vuruldu
Könüllü olaraq cəbhə bölgəsinə getmək istəyənlərin nəzərinə - RƏSMİ
"Darvanuel" fransız salatı
Qeyri-adi çantalar
Donlar (2)
Günün ulduz falı - 25.02.2014
Yerə böyük asteroid yaxınlaşır
Narlı-çuğundurlu salat (foto resept)
Saymon Kouel əməliyyat olunacaq
Gözəl ayaqlara sahib olmaq üçün 3 tövsiyə
Fidan bu gün çıxış edəcək!
Bakının "avtoş" avtobus sürücüsünə cəza verdilər
Qadın.netlilərin pis vərdişləri
Ramiz Fətəliyevin 70 illik yubiley gecəsi keçiriləcək
Gəlinlər üçün saç modelləri
Birinci xanımlarla bağlı maraqlı faktlar
Teymur Rəcəbov xanımı ilə
Bir az da əylənək
Və qəflətən Azərbaycana qış gəldi...
Gecə yatarkən qıvırcıq saçları qorumağın 3 yolu
Deniz Akkaya bu dəfə "qəssab" oldu-FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-56
Murad Dalkılıç Acun Ilıcalını dostluqdan çıxartdı
Ağ dişlər üçün ən sadə üsul
İnsan orqanizmində plastik kütlə aşkarlanıb
İsti qurbanlarının sayı 2000-i ötdü
Hollandiyanın adı dəyişdirildi
Pensiya, müavinət və maaşlar artırılacaq
Nazirliyin “Qaynar xətt”inə müraciətlər azaldı
Ermənistan Naxçıvanla sərhədboyu ərazilərdə genişmiqyaslı təlimlər keçirir
Özcanın keçmiş arvadı hamilədir?
Putin Qarabağda atəşkəsin pozulmasından danışdı
Nə yediyiniz deyil, nə qədər yediyiniz vacibdir
Azərbaycan elmində adlar dəyişir
Qubadlı-Laçın istiqamətində düşmən mövqelərindən qaçdı
Hamiləlik dövründə badam yeməyin faydası
Düşmən Goranboy və Tərtəri atəşə tutdu - RƏSMİ
Evdə hazırlaya biləcəyiniz saç boyaları
Telefonunuzu gecə rejiminə qoymayın – XƏBƏRDARLIQ
Ermənistan tərəfində döyüşən muzdluların vətəndaşı olduqları ölkələrin adları açıqlanıb
Baş nazirdən qərar: Yeni statusda kolleclər yaradılır - SİYAHI
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin (2)
“Taxt oyunları” -nın aktrisası serialdakı taxtı evinə apardı - FOTO
Çürümüş meyvədən “sərxoş olan” arılar Böyük Britaniyanı “istila” etdi - VİDEO
- ŞƏRHLƏR