Bakıda hava 33°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
15:54Ayla Ayla Surayye istide eriyib elememisen? 15:53Ayla Ayla salam canim sen necesen? 14:54PERI her vaxtiz xeyir necesiz millet 09:54Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40647

Bir çin işgəncəsi: Lotus ayaqlar

Ayaq bağlanması (başqa adla Lotus ayaqlar, qız uşaqlarının ayaqlarının müəyyən bir ölçünün üstündə boyüməməsi üçün edilən"estetik" əməliyyat) ənənəsi,10-cu əsrin ortalarından 20-ci əsrin əvvəllərinə qədər təxminən min il boyunca milyonlarla Çinli qadının məruz qaldığı "işgəncədir" əslində.

Bir çin işgəncəsi: Lotus ayaqlar

Ənənənin mənşəyi

Ənənənin mənşəyi 10-cu əsrin ikinci yarısında Çində hökm sürən Tan sülələsindən başladı. İmperator Li Yu'nun çox sevdiyi bir kölə qızın kiçik ayaqları ilə lotus şəklindəki platformanın etdiyi rəqs bütün Çində bir "moda" başlatdı. Saray içindəki və xaricdəki qadınlar bu gözəl qızın imperatorun gözünə girməsinin səbəbinin ayaqlarının kiçikliyi olduğu qənaətinə gələrək öz qızlarının ayaqlarının böyüməməsi üçün bir çarə axtarışına başladılar. Nəhayət 3-5 yaş arasındakı qızların ayaq barmaqları qırılıb ipəkdən sarğılarla yaxşıca, olduqca bərk bağlanması şəklində bir metod kəşf edildi və yüzlərlə il ərzində milyonlarla aristokrat Çinli qadın bu işgəncəyə məruz qaldı. Bu şəkildə ayaqların 7,62 santimetrdə qalmasıyla birlikdə, dabandaki əyilmə də ortadan qalxdı. Bu görüntü o zamanlar gözə çox gözəl göründüyü halda, indi anormal, şikəst bir ayaq görüntüsünü verir.

Buna niyə razı olurdular?

Kiçik ayaqlı qadınlar, özlərini imtiyazlı hiss edirdilər, çünki bütün həyatları boyunca müstəqil hərəkət etmələri əngəllənirdi. Bəs buna nə üçün sevinirdilər ki? Ayaqlarının barmaqlarının qırıq olması, elə də buraxılıb, bərk-bərk bağlanması (ağrını təsəvvür edin) nələrinə lazım idi? Niyə bu cür ağrıya dözürdülər? Çünki Çin şəhərlərində qadınların küçələrdə gəzmələri, kişilərlə eyni mühitlərdə olmaları, xüsusilə aristokrat qadınlardısa, xoş qarşilanmırdı. Ayaq bağlama əməliyyatı qadının tək başına gəzməsinə maneə törətdiyindən onların tək şəhərə çıxmaması, tək gəzə bilməməsi namusuna bir zərər gəlməməsi demək idi. Geydikləri xüsusi ayaqqabılara "qızıl lotus" deyilirdi.

Əməlliyyatdan sonrakı mərhələlər

Kiçik ayaq yaxşı bir evliliyə atılan ilk addım idi. Kiçik ayaqlı qız uşaqlarına əməliyyatın reallaşması anından etibarən bir də kölə verilirdi. Kölə və bu "işgəncəyə"məruz qalmış qadın bütün həyatlarını birlikdə keçirir, bir növ asılılıq əlaqəsi qururdular. Lotus ayaqlı qızların evliliklərindən sonra məsuliyyətləri qaynanasına keçir, ona bir şey olarsa da, ərlərinin bacılarınının (baldızı) məsuliyyəti altına girirdilər. Onların bir çoxu bu prosesdən şikayət etmirdilər. Çünki ömür boyu bir şikəstliyin, güclü ağrının qarşılığı yüksək status, zənginlik, möhtərəmlik və yaxşı bir evlilik idi. Eyni zamanda bir qız uşağının ayaqlarının bağlanması, onun imperatorun arvadı olmağa namizəd olması demək idi.

Bir çin işgəncəsi: Lotus ayaqlar

Etirazlar

Bu ənənəyə qarşı 17-ci əsrin başlarından etibarən etiraz başladı. Tzin sülaləsinin 1645-ci ildə ayaq bağlamanı qadağan etdi, amma bunda müvəffəqiyyət qazana bilmədi. 1911-ci ildə Çinlilərin və Qərblilərin də köməyiylə bu əməliyyat cinayət sayılmağa başlandı. Bəzi qadınların bu qadağaya qəti etiraz etdi. Bunun üzərinə gənc Çin Xalq Respublikası Hökuməti, üç mərhələli bir program başlatdı. Proqramın ilk mərhələsi bütün təhsil mərkəzlərində bu əməliyyatın fəsadları haqda məlumat verilməsi idi. Digər 2-si isə təhsil almayanların müxtəlif yollarla məlamatlandırması və lotus ayaqlara sahib olanların bundan sonra evlənə bilməyəcəyi idi. Qısacası kiçik ayaqlı qadınları bu dəfə də "evdə qalma" təhlükəsi gözləyirdi.

Bütün bunlar işə yaradı və qısa zamanda Çinin çox böyük bir qismində bu ənənə sona çatdı. Çindən qaçan ailələr arasında isə davam etdi. Xüsusilə ABŞ-da bu ənənənin 1950-lərə qədər davam etdiyi deyilir.

Səslərin sayı: 3
13
6696
loading...
Şərhlər
Offline
Aysel
vayyy vayyy dəhşət
19 fevral 2016 12:04
Offline
Iceberg
Allah agil versin
18 fevral 2016 21:50
imza: shafaabdulla.blogspot.com
Offline
Xəyalə Murad
Bütün bunlar dəhşətdir!
27 avqust 2015 17:11
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Tərlan Əliyev
. : . Santa_Xatun . : .,
Oz ozlerine işkəncə ediblər . nədi-nədi ayaqları balaca gorünüb kiminsə xoşuna gələcək cray

MÜSƏLMANKA,
Tamami ilə doğrudur good
15 iyul 2015 17:18
Offline
. : . Sonta_Xatun . : .
Bu ne mentiqsiz enenedir bele...bele de sey olarmi hec
14 iyul 2015 19:45
imza: 2 ildən çox olan bir fasilədən sonra,mən yenə aranızdayam əziz Qadın.netlilər)))
Offline
S U S E N _BACI
vaayyyy vaàayyyy
14 iyul 2015 18:41
Offline
MÜSƏLMANKA
Bunlar hamisi insanlarin o vaxtki cahilliyinin subutudur
13 iyul 2015 03:49
Offline
Tərlan Əliyev
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑,
Bu linke Nezer yetir ne dediyimi Anlayacaqsan , Birde ki onlarin oz gunahindan olub. Oz aileleri ve oz raziliqlari ile edibler. Onlari demirem Amma Allah sizi yeni Azerbaycanimizin Gozel Xanimlarini Bawimizdan eskiy etmesin. give_ros
7 iyul 2015 01:35
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
SARISIN_ESMER, give_ros
Gultekin, give_ros
Tərlan Əliyev, give_ros
Fatma xanım, give_ros
Xanımlar,hal-hazırda bu adət davam etməsə belə,illər əvvəl bu əziyyəti yaşamış bəzi qadınlar hələ də yaşayır.Çalışacağam ki bu haqda da xəbər hazırlayım. smile

OfflineTərlan Əliyev
gitayiskilee olar Amma bizim orginal qadinlarimizin teline bele zerer vereni mefv ederem

Məncə belə ayrıseçkilik etməyiniz qətiyyən düzgün deyil.Görün yazıq qadınlar necə ağrılar çəkiblər,siz şükr edin ki sizin ulu ulu nənələrinizin başına belə bir şey gəlməyib.Çinlilərin sizə nə zərəri toxunub ki,"onlara olar"deyirsiniz?Bizim tək fərqimiz millətimizdir.Bu qədər.color]
6 iyul 2015 23:31
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
SARISIN_ESMER
aydaa ne pisdir bu

COX SAQOL XEBERBUCUN
6 iyul 2015 14:58
Offline
Gultekin
Ayda bu nedi bele bu ne isgencedii
5 iyul 2015 23:08
Offline
Tərlan Əliyev
gitayiskilee olar Amma bizim orginal qadinlarimizin teline bele zerer vereni mefv ederem give_ros
5 iyul 2015 20:38
Offline
Fatma xanım
Yenə bu dəhşət bu işgəncə yazıq qadınlara olub
5 iyul 2015 18:43
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!