Serjant Elvin Abışov Onu nəyinki bütün Azərbaycan? hətta dünya bir foto ilə tanıdı. Üzündə heç bir qoruyucu maskası olmayan polis yanan binadan xilas etdiyi körpəni həkimlərə çatdırmağa çalışır. Və bu şəkil dünya mediasında günün fotosu kimi dərc edilir. Elvin Abışov - “Qəhrəman Polis”. Qəhrəman, həm də ona görə ki, o həmin gün dumanların arasından bu körpə ilə yanaşı, Azərbaycan polisinin obrazını da xilas etdi.
“O anda iki körpə uşağım gözümün önünə gəldi. Bir nəfər mənə yaxınlaşıb dedi ki, mənim körpəm 6-cı mərtəbədə qalıb, uşaqlarım yanır, mənə kömək et. Bunu eşidən an sanki bir anlıq həyatım söndü. O an yaşayıb-yaşamadığım mənim üçün önəm daşımadı”, – deyə Elvin Abışov bildirir.
"Mən polis kimi, vətəndaş kimi, borcumu yerinə yetirdim", deyir serjant.
“Biz polis orqanlarına qəbul olarkən and içmişik. Mən o anda sadiq qalaraq vəzifə borcumu layiqincə yerinə yetirmişəm. Polis əməkdaşı kimi, vətəndaş kimi hər an bu vətənin uğrunda canımdan və qanımdan keçməyə hazıram. Çünki böyüklərimizdən belə görmüşük”, - deyə Elvin Abışov deyir.
Onun bu addımı dövlət tərəfindən qiymətləndirildi. Prezident Elvin Abışovu “İgidliyə görə” medalı ilə təltif etdi. Bu gün onunla yanaşı minlərlə polis əməkdaşı peşə bayramını qeyd edir.
Azərbaycan cəmiyyətində bu peşənin sahiblərinə münasibət heç də birmənalı deyil. Amma bu gün obrazlarında nə qədər mənfi çalar olur-olsun Azərbaycan cəmiyyətini, ümumilikdə ölkənin vəziyyətini polis olmadan təssəvvür belə etmək istəmir insan.
Təkcə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə daxili işlər orqanları və daxili qoşunların şəxsi heyətindən 931 nəfər şəhid olub.
Şərəfli tarixdən keçən Azərbaycan polisinin fəaliyyəti bu gün dünya standartlarına uyğunlaşdırılır. Onların peşəkarlığı ildən ilə artırılır. Bəzən narazı olduğumuz məqamlarsa, Elvinin timsalında müsbətə doğru dəyişir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
İspan dili 25-ci dərs
İlham Əliyev: “İrəvan konstruktiv danışıqlar apararsa, Bakı hərbi əməliyyatları dayandıracaq”
Məşhur verilişdə şok hadisə-VİDEO
6 addımda doğru bikini seçmə yolları
XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA
Modelyerlər deyir ki...
Şimal qütbünün təzə sahibi çıxdı
Hava haqqında - 31.01.2014
Hind yağının faydaları
Google rouminqsiz plana keçir
Həyat deyilən bir şey var...
Can Yamanın uşaqlıq şəklini heç kəs tanımadı-FOTO
Kəsiri olan tələbələrə müjdə!
NATO: Rusiya təyyarəsi Türkiyə sərhədlərini pozub
Dovğa (foto-resept)
Televiziya
Vanqanın Qarabağ haqqında ŞOK PROQNOZU
Təhsil Nazirliyi yanvarın sonuna kimi vaxt qoydu
Bunları edərək özünüzü bədbəxt etməyin!
Snapchat-da maraqlı yeniliklər var
"Ailə həkimi Azərbaycanda geniş vüsət alacaq"
Tez hazırlanan badımcan turşusu (foto-resept)
Azərbaycanda müəllimlərin işə qəbulu üçün növbəti müsabiqə elan edilib
Bu gündən I sinfə qəbul başlayır
Günün qoroskopu: Aldanmayın!
Piyadaların smartfondan istifadəsi qadağan edildi
Qadınlar üçün ən pis gün çərşəmbədir.
Ancelina Coli karantindən danışdı
Niyə kasıbsan?
Ermənilər Ağdamda yanğınlar törədiblər
Hörüklü saç modelləri
Bir ilə 200 kq arıqladı -FOTO
Kağızdan hazırlanmış aksesuarlar
Hava haqqında - 29.11.2013
"Koronavirusdan ölmək qadağandır" - Qeyri-adi qərar
Fahriye və Burakın oğlu doğuldu!
9 lotoreya aldı, hər biri qalib oldu
Azərbaycana Payız gəldi
Yatmadan əvvəl modemi söndürün
Polis Ece Erkenlə bağlı araşdırmaya başladı
700 manata da buket varmış - FOTO
Gəlinlik gül dəstələri
"Taxt oyunları"nda "Starbucks" fincanı
Rəsədxanadan Ramazan açıqlaması
Siz də xərçəng daşıyıcısı ola bilərsiniz
File dolması (foto resept)
Ailədə zorakılığın uşağa təsiri
Dünyanın maraqlı yerləri
Azərbaycanın iki milli parkında yetkin bəbirlər qeydə alınıb
Sezen Aksu atasını itirdi