"Rayonlardan gələn bütün növ avtomobillər Bakıya saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılacaq".
ANS PRESS-in məlumatına görə, bu barədə APA-ya açıqlamasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov deyib. O, rayonlardan Bakıya gələn ictimai nəqliyyatın şəhərə daxil olması ilə bağlı isə heç bir məhdudiyyətin olmadığını və olmayacağını söyləyib.
Bakı 2015 I Avropa Oyunlarında iştirak edən idmançıların, eləcə də tədbirə gəlmiş xarici qonaqların hələ də paytaxtda olmaları ilə əlaqədar Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin müraciətinə əsasən, Oyunlar ərəfəsində yol hərəkətinə tətbiq edilmiş müəyyən məhdudiyyətlərin vaxtı 10 gün müddətinə uzadılıb.
Oyunlar zamanı paytaxtda nəqliyyatın hərəkətinin təşkilindən, eləcə də nəqliyyat sıxlığının aradan qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən, habelə bunların şəhərin ekoloji durumuna da müsbət təsirindən məmnun qalan şəhər sakinlərinin çoxsaylı müraciəti əsasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən paytaxtda nəqliyyat problemlərinin həlli üzrə müvafiq Tədbirlər Planının hazırlanması üçün Komissiya üzvlərinin iştirakı ilə iclaslar keçirilir, müzakirələr aparılır.
A. Şərifov bildirib ki, 10 gün sonra Tədbirlər Planı qəbul ediləcək və bu sahədə digər məsələlər də tənzimlənəcək.
I Avropa Oyunları ilə əlaqədar rayon qeydiyyatında olan avtomobillər Bakıya buraxılmır. Yeni qərara görə, rayon maşınları üçün paytaxtın iki girişində xüsusi dayanacaqlar yaradılıb.
Dayanacaqlardan biri Bakı-Sumqayıt yolunda Ər-Riyad ticarət mərkəzinin həyətində yerləşir. Sürücülər avtomobillərini burada asanlıqla park edə biləcəklər. Dayanacaqda saxlanılan avtomobillərə isə yol polisi əməkdaşları və xüsusi mühafizə xidmətinin işçiləri nəzarət edir.
Şamaxı istiqamətindən gələn avtomobillər üçün isə Müşfiqabad postunun yaxınlığında xüsusi dayanacaq yaradılıb.
Kürdəmir-Bakı və Astara-Bakı istiqamətlərindən gələn sürücülər üçün Ələt yolunun 14-cü kilometrliyində xüsusi sahə ayrılıb. Burada da sürücülər və sərnişinlər avtomobillərini park etdikdən sonra yollarına taksi və ictimai nəqliyyat vasitələri ilə davam edirlər.
Yay mövsümündə rayonlardan Bakıya meyvə-tərəvəz və qida məhsulları daşıyan yük maşınlarına isə şəxsi avtomobillərdən fərqli olaraq, paytaxta giriş icazəsi verilir. Lakin belə avtomobillər yalnız gecə saatlarında paytaxtda hərəkət edə bilirlər. Qərara əsasən, gecə saat 22:00-dan səhər saat 5:00-a qədər qida, dərman və təcili gətirilməsi lazım olan məhsulları daşıyan yük maşınları Bakıda yerləşən müxtəlif bazar və dükanlarda mallarını təhvil verib geri qayıtmalıdırlar.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
İdmandan sonra nə yeməli?
Qəhrəman pilotların meyitləri qaytarıldı
Tibb aləmini təəccübləndirən faktlar
Sel Astaraya ziyan vurub
Bu gün Siyavuş Aslanın doğum günüdür
Whatsapp-dan unikal yenilik
Ən balaca kişi odur?
Yeni il qabağı avtomobillərə qadağa
Azərbaycanın balı, şərabı, narının fəth edəcəyi yeni ÖLKƏLƏR
5 günə şəkəri həyatınızdan çıxarın
HAVA necə olacaq?
Çikaqoda iki qatar toqquşub, yaralılar var
Evinizdəki boş yerlər üçün dekorasiya
Plastik cərrahiyyə qadını ictimailəşdirir
Unutmadı gözlərini gözlərim
Erməni qadının çantasından 12 il əvvəl ölən ərinin sümükləri tapıldı
Hava haqqında
İşğaldan azad edilən Cəbrayılın Məzrə kəndindən görüntülər - VİDEO
Təbii əl maskası
Bakıda yeni ölü dirildənlər
İrem Derici artıq çəkilərini belə gizlətdi-FOTO
Ebola barədə şad xəbər
Azərbaycanlı uşaq münsifləri heyran etdi
Azərbaycanda ardıcıl iki zəlzələ oldu
Obamanın qızı Harvardda oxumağa başladı
Bakıda daha bir hind toyu-FOTO
Dünyanın sonu-2 (son)
Emin sevgi mahnısına klip çəkdirdi - VİDEO/FOTO
Hazır qidaların zərərləri
Prezidentə məktublar: "Vətənimizi qorumaq hər birimizin müqəddəs borcudur"
Dağlıq Qarabağda atəşkəsə birgə nəzarət edəcək rusiyalı və türkiyəli personalın sayı bərabər olacaq - RƏSMİ
Livan mətbuatı 20 Yanvar faciəsindən yazdı
Monika Belluçi gözəllik sirlərini bölüşdü-FOTO
Neft yenə bahalaşır
Əli Həsənov ipotekadan danışdı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha iki səfərə yola düşür
Ulduz futbolçunun yoldaşı çempion oldu
Trampın qəbul etdiyi dərman virus xəstələrini öldürür - ŞOK AÇIQLAMA
12 noyabr-Konstitusiya günüdür!
Putin Mehriban Əliyevanı təbrik etdi
Koronavirus mutasiyaya uğradı
Havanın təmizlənməsi üçün süni ağaclar yaradıldı
Şabalıd təmizlənməsi qaydaları
Ana olmaq üçün ən təhlükəli varlı ölkə
Bakıda koronavirus xəstələri üçün açılan klinikada neçə xəstə var? - RƏSMİ
Qarabağ sentyabra qaytarıla bilər
Maraqlı dibçəklər
Bu uşaq "r" hərfini deyə bilmədi də...
Kartof Kroket (foto-resept)
Xorultunun səbəbləri nədir?
- ŞƏRHLƏR