Bu ilin may ayında Rusiyadan Ermənistana daxil olan fərdi transfertlərin həcmi əvvəlki ilin müvafiq dövprü ilə müqayisədə 38 milyon dollar, yaxud 37 faiz azalaraq 66 milyon dollara düşüb.
ANS PRESS-in məlumatına görə, bu xəbəri yayan Ermənistan Mərkəzi Bankı bildirib ki, 2014 il may ayında bu ölkəyə Rusiyadan daxil olan fərdi transfertlər 104 milyon dollar olmuşdu.
Mərkəzi Bankın məlumatına görə, Rusiya transferlərində baş vermiş azalma bütövlükdə may ayında Ermənistana daxil olan fərdi transfertlərin azalması ilə nəticələnib. 2015-ci ilin may ayında bu ölkəyə bütün dünyadan daxil olan fərdi transfertlər 34,4 milyon dollar, yaxud 29% azalaraq 84,3 milyon dollar təşkil edib. Göründüyü kimi, əsas azalma Rusiyanın hesabına olub. Çünki Ermənistana fərdi transfertlərin 85%-i məhz Rusiyadan daxil olur.
Bütünlüklə, rəqəmlər son illərdə Ermənistanda xərclənin hər iki dollardan birinin, bəlkə də daha artığının birbaşa Rusiyadan gəldiyini söyləməyə imkan verir. Məsələn, 2013-cü ildə Rusiyadan bu ölkəyə 1,6 milyard dollar daxil olub ki, həmin il Ermənistan büdcəsi təxminən 2,7 milyard dollar təşkil edib.
Məhz bu səbəbdəndir ki, Dünya Bankı Ermənistanı iqtisadiyyatı fərdi transfertlərdən ən çox asılı olan 10 ölkənin sırasına salıb. Fərdi transfertləri ümumi daxili məhsulun (ÜDM) 22%-nə bərabər olan ölkələr sırasında Ermənistan Haiti ilə birlikdə 7-ci yeri bölüşür. İlk onluğa Tacikistan (47.5%) , Qırğızstan (31.5%), Nepal (28.8%), Moldova (24.9) və Toqo (23,8) da daxildir.
Müqayisə üçün bildirmək olar ki, Ermənistanın yaxın qonşusu olan Gürcüstanda bu göstərici 12%-ə, Azərbaycanda isə 2,9 faizə bərabərdir.
2015-ci il üçün Ermənistan 2,7 milyard dollar büdcə gəlirləri planlaşdırır. Rusiyadan gələn transfertlərin azalması ticarət və xidmət kimi müxtəlif sahələrə də mənfi təsir göstərərək gəlirləri azaldacaq. Beləliklə, Rusiyadan daxil olan birbaşa pulları azalan erməni ailələrinə öz ölkəsinin iqtisadiyyatının verdiyi qəpik-quruş da azalacaq. Bu isə Ermənistandan yeni mühacirət dalğasını gücləndirəcək.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Reventador oyandı
İqor Korotçenko Putinin sözlərini izah etdi: “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”
Bu görüntülər "İnstaqram" silkələdi - FOTO
Artıq ana oldum...
Sabah bu yollar bağlanacaq
Məşhur cütlüyə reklama çəkilmələri üçün 3 milyon verəcəklər
Dünya mətbəxi - Rusiya
Twitter-də peyğəmbəri təhqir etdi, sonra isə...
Qadınla kişinin fərqi
Hava haqqında
Bakıda adalar turizm cənnətinə çeviriləcək - PLAN + FOTOLAR
Görmə qabiliyyətini yaxşılaşdıran üsullar
Qadınların imtina edə bilməyəcəyi hədiyyələr
Maaş artımı hansı müəllimlərə şamil edilir
Gözəl nitq üçün 5 tövsiyə
Bürclərin son 10 ildə keçirdiyi dəyişikliklər (2)
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (4)
Zəmzəm suyunun möcüzəsi
Ulduz aktyor öldü-FOTO
Kola içib komaya düşdü
Separatçıların rəhbərindən etiraf: “Azərbaycan Qarabağda cəbhə xəttini yarıb”
Bu ölkə NATO-nun üzvü oldu
2020 çimərlik geyimi dəbi
1/4 finalda "erkən final" ab-havası
Günün qoroskopu:Ailənizlə vaxt keçirin!
Pis fikirdən azad olmağın 5 gözəl üsulu
İllər Özcan Dənizi belə dəyişdi - FOTO
Ajda Pekkan ən böyük arzusunu dilə gətirdi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Alkoqola görə 226 sayt bloklandı
Namazın vaxtı dəyişə bilər
Prezidentdən qadınlara mükafat
Musiqi ürəyi gücləndirir
“Google”un qadınlara sürprizi
Dənizkənarı hasarlar, villalar SÖKÜLƏCƏK
Yaxşı yuxunun sirri
Gələn tədris ilində dərslər sentyabrın 15-də başlayacaq
Cənnət qonşusu
Məktəblilərin yaz tətili günləri açıqlandı
Dünya liderləri prezident İlham Əliyevi təbrik etdilər
Naftalanda qeyri-adi layihə
Qış gəldi, amma istilik yox
Dəyərli işçini necə saxlamaq olar?
Sehrli nağıldakı güzgünü psixologiya necə şərh edir?
Divardan axan maddənin nə olduğunu öyrənəndə şoka düşdü - VİDEO
Dünyanı ağladan transfer
90 yaşlı nənə şəkil çəkməyə başlayarsa...
İnanılmaz kadrlar: qatillə oyun
Qadınlar üçün faydalı məsləhətlər
Sərinlənmək üçün soyuq su içməyin!