Respublika Baş Dövlət Yol Polisi İdarəsi havaların isti keçməsilə əlaqədar sürücülərə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə açıqlamasında bildirdi ki, sürücülərdən soyuducu sistemi olmayan avtomobillərdən günün isti vaxtlarında mümkün qədər istifadə etməmək tövsiyə olunur. İdarə rəsmisinin sözlərinə görə, yayda qeydə alınan yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verib.
“Günorta vaxtlarında qeydə alınan yol nəqliyyat hadisələri məhz günün qızmar vaxtlarına təsadüf edir. İsti hava və havada olan müxtəlif qazlar sürücüyə həm psixoloji, həm də fizioloji təsir edir. Kondisioneri olmayan avtomobil sürücülərindən saat 13.00-dan 18.00-dək mümükün qədər az istifadə etmələri və soyuducu sistemlə təchiz olunmuş ictimai nəqliyyat vasitələrinə üstünlük vermələti xahiş olunur”.
K.Əliyev bu problemin ictimai nəqliyyatda da rast gəlindiyini bildirdi. Onun sözlərinə görə, avtobus sürücüləri daha diqqətli olmalıdırlar. “Avtobus sürücüləri təkcə özlərinin deyil, sərnişinlərin həyatları ilə də risk edirlər. Düzdür, rayon istiqamətində hərəkət edən avtobuslarda soyuducu sistem var, amma şəhərdaxili nəqliyyatın əksəriyyətində bu yoxdur”.
Həkimlər də isti havada avtomobil idarə edənlərə tövsiyyə edir ki, bacardıqları qədər su içsinlər və tez-tez sükan arxasından qalxsınlar. Həkim Tamilla Kərimova ANS PRESS-ə açıqlamasında bildirib ki, sürücülər bacardıqları qədər isti havada sükan arxasında az otursunlar, ya soyuducu sistemdən istifadə etsinlər, vintelyasiya sistemini işlək saxlasınlar.
“Sürücülər bilməlidirlər ki, günvurmadan da pis isti vurmadır. İnsan istiyə düşəndə, onun bədənindəki fizioloji proses dəyişir. Qan qatılaşması zamanı tromb yaranır. Bu da insanda infark, insult və digər xəstəliklərə yol açır. Bu da sürücünün idarəetmə qabiliyyətini itirməsinə səbəb olur. İstidən insanın görməsi də pisləşir”, - deyə Tamilla Kərimov bildirib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Uşaq ensiklopediyası(2)
Filip Kirkorov Bakıda solo konsert verəcək-FOTO
Meksika naxışları tortlarda
Hərəsi bir rəngdə bacılar doğuldu
Hansı meyvənın şirəsi nəyə xeyirlidir?
“Xaç atası” filmindəki ev satılır-FOTO
Təəccübləndirən məlumatlar
BAFTA: Britaniya ən yaxşıları seçdi -SİYAHI
1 həftəyə saç uzadan üsul
Dünyanın ən görməmiş boksçusu
Nazirlik isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ etdi
"Formula 1"ə görə Bakıda bu yollar bağlanır
Yuxunun dini izahı
İsrail və Qəzza atəşkəsi beş gün müddətinə uzatdılar
İstirahət günü hava qovuracaq
Aktyor 45 kq arıqladı, kimsə tanımadı-FOTO
Ermənistan işğalından azad edilən ərazilər açıqlandı
Günün ulduz falı
Sabah bağlı olacaq yollar məlum oldu
Dəniz qaraçıları: suda yaşayan xalq
Qohumla ailə qurmaq düzgündürmü?
Rihannanın bu GÖRÜNTÜLƏRİ diqqət çəkdi-FOTO
Ətraf mühiti çirkləndirən vərdişlər
Arıqladan ballı alma sirkəsi
Xoşbəxt bir həyat yaşamağın 30 yolu
Avropa benzinə əlvida deyir
Siqaretin qiyməti bahalaşacaq
Maskadan istifadə üçün minimal yaş həddi AÇIQLANDI
Susamasaydınız, nə baş verərdi?
Yataq otağı dizaynı
Hava dəyişir - XƏBƏRDARLIQ
Saçları sürətli uzadan 3 üsul
Güllərim
Uşaqlara hər gün süd içirək
Aparıcı 4 milyonluq evini partlatdı-FOTO
Məşhur reper 4-cü dəfə ata olacaq
Yeni il üçün quzu piroqu(foto resept)
Pişiklər haqda bilmədiklərimiz
Türkiyədə daha bir erməninin adı əbədiləşdirilir
Cənub Dəhlizindən hansı ölkələr və necə faydalanacaq
Zahanın Qətərdə stadionu
İşğaldan azad olunan Hadrut qəsəbəsindən yeni görüntülər – VİDEO
Ermənistanın hərbi əməliyyatlarda yeniyetmələrdən istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi
Kim Çen In həyat yoldaşını edam edib?
I Avropa Oyunları tarixə qızıl hərflərlə yazılacaq
Həyatı səhv düşən adamın faciəsi
Cəbhədə gərgin gecə
Məryəm Uzərli uşaqlıq şəklini paylaşdı - FOTO
Musiqi işçilərin məhsuldarlığını artırırmı?
Facebook videoreklamlara başlayır
- ŞƏRHLƏR