Hazırkı dövrdə elm adamları kimyəvi maddələrə qarşı həyəcan təbili çalırlar. Sənayedə istehsal olunan məhsulların çoxunun tərkibində bir sıra kimyəvi maddələr mövcuddur ki, onların zərərli təsiri əvvələr məlum deyildi. Sağlamlıq və yüksək əhval-ruhiyyə təkcə pəhriz və fiziki məşqlər sayəsində deyil, həm də orqanizmə toksiki maddələrin təisri nəticəsində formalaşır, biz sonuncu haqqında daha çox öyrənməyi tövsiyə edirik. Bu toksiki vastələrdən uzaq durmaqda və onların neqativ təsirindən azad olmaqda sizə kömək edə bilər.
1. Toksiki parfimeriya
Ətraf mühüti mühafizə agentlərinin birinin apardığı müşahidələr zamanı məlum olub ki, potensial təhlükə mənbəyi hesab olunan kimyəvi maddələrə parfimeriyaların tərkibində rast gəəlmək olar. Toksiki kimyəvi maddələrə benzaldehid, kamfora, etilasetat, benzilovin, asetat, linalool, aseton və metilen xlorid bu və ya başqa şəkildə müasir parfümeriyanın tərkibində mövcuddur.
Bu cür toksiki vastələr nəfəs yollarına düşən zaman:
- başgicəllənməsi
- ürəkbulanma
- yuxululuq
- boğazda qıcıqlanma
- gözdə qıcıqlanma
- ağciyərlərin qıcıqlanması
- dərinin qıcıqlanması
- baş ağrısı
- böyrək çatışmamazlığı
Alternativləri: Hazırki vaxta neft-kimya məhsullarında mümkün qədər az istifadə etmək və ya parfümeriyanı tamamilə təbii olanlarını seçmək və ya ondan tamamilə imtina etmək lazımdır.
2. Toksiki döşəklər
Bir çox döşəklərin üzündə potensial təhlükəli maddə PBDE (pentabromdifenilovin efiri) yüksək dərəcədə olur. PBDE beyin hüceyrələrini tıxayır, reproduktiv sistemin və tiroid hormonunun (maddələr mübadilərində iştirak edən daxili sekresiya hormonu) işini pozur. Bunlar xüsusi həyəcan yaradır. Belə ki, biz həyatımızın 1/3 hissəsini PBDE döşəklərində keçiririk. Kanada və ABŞ-ın bir sıra ştatlarında belə döşəklərdən istifadə qadağan olunub.
Alternativ: tövsiyyə olunur ki, döşək alarkən materialının hansı maddələrdən ibartə olmasına fikir verəsiniz.
3. Toksiki yuyucu vastələr
Çoxlarımız bilir ki, hər gün istifadə etdiyimiz təmizləyici vastələrin tərkibində zərəli kimyəvi maddələr mövcuddur. Amma yenə də düşünürük ki, başqa nə ilə təmizlik aparmaq olar? Gələn dəfə mağazadan yuyucu vastələr alan zaman etiketinə fikir verin. Ftalan və kimyəvi səthi aktiv maddələr kimi inqredientlər sizin orqaniziminiz üçün zərərlidir. Ona görə də yüksək göstəriciləri olan vasitələrdən imtina edin.
Alternativləri: Çay sodası və limon şirəsi ilə isti su qarışığı işinizə yarayar. Onunla həm təmizlik işləri görə, həm də qablarınızı yuya bilərsiniz. Həm də əmin olun ki, bu zaman heç bir kimyavi zərərli maddə olmayacaq.
4.Toksiki hava spreyləri
Təmizləyici vastələr kimi havanı təravətləndirən də vasitələr evdə rahatlıq yaradır. Amma Kaliforniyanın Berkli şəhərinədə yerləşən univeristeində aparılan tədqiqat zamanı məlum olub ki, hava təmizləyici spreylərdən həddən çox istifadə (bu ən çox havalanmayan məkanlara aiddir) havada toksiki vastələrin çoxalmasına səbəb olur. Hazırkı vəziyyətdə havada asanlıqla yayıla bilən orqanizim üçün təhlükəli maddələr kimi etilen və paradixlor benzol hesab olunur.
Alternativləri: Otağın havasının təravətləndirmənin ən gözəl üsulu məkanın tez-tez havalandırlmasıdır.
5. Toksiki qida kontinerləri
Bir çox plastik qida saxlama qabları kimyəvi maddələrdən hazırlanıb: ftalat-endokrin vəzilərin işinə təsir göstərir, ümumi sinir sisteminə neqativ təsir göstərir. Bekə ki, plastik materialda zaman-zaman parçalanma prosesləri gedir, ona görə də qidalara zəhərli maddə ftal keçə bilər.
Alternativləri: şüşə qablardan istifadə edin.
6. Toksiki plastik butulkalar
Hazırkı dövürdə butulkalar ətraf mühüt və insan üçün elə də ciddi təhlükə mənməyi hesab olunmur. Lakin onlarda saxlanılar içkilər kimyavi toksis maddələr saxlaya bilər. Əksəriyyət butulkalar BFA.dan (BisfenolA) azaddır. Bununla belə hər müəssə də ixracçının zağlamlığının qeydinə qalmır.
Alternativlər: Müasir butulkalarının təhlükəsizliyinə baxmayaraq yaxşı olar ki, şüşə məhsullardan istifadə edəsiniz.
7. Toksiki kosmetika
Orta stastistik hesablanmalara görə insan gün ərzində 6-12 kosmetik vasitədən istifadə edir. Problem ondadır ki, bu kosmetikaların əksəriyyətinin tərkibində insan orqanizmi üçün potensial təhlükə mənbəyi hesab olunan toksiki kimyəvi maddələr var.
Alternativlər: Tərkibində sintetik maddələr olmayan kosmetik vasitələrdən istifadə edin. Təbii komponetlərdən, təbii yağlardan və orqanik məhsullardan hazırlanmış kosmetik vastələrdən istifadə edin.
8. Toksiki antiperspirant
Əksər insanlar antiperspirantlardan xoşagəlməz qoxunu uzaqlaşdırmaq üçün istifadə edir. Belə ki, tərkibində alminium olan antiperspirantlar mövcuddur, bu süd vəzi xərçənginə səbəb ola bilir. Amma hələ bu fakt olaraq öz təsdiqini tapmayıb.
Alternativlər: Bir çox ölkələrdə ətraf mühiti və orqanizmi mühafizə təşkilatları istihsalçılara öz məhsulları üzərində alüminium olması ilə bağlı xəbəradarlıq nişanı qoymasının tələb edir. Əhaliyə bu məhsulları alan zaman ehtiyatlı olmaları məsləhət görülür.
9. Toksiki paltar yumuşaldıcıları
Paltar yumuşaldıcıların tərkibindəki kimyəvi toksiki maddə hesab olunan ammonium duzu paltarların üzərini nazik qatla örtərək ona yumuşaqlıq verir. Bu duz dəridə qıcıqlanmaya, tənəffüs çatışmamzlığına və baş ağrılarına səbəb ola bilər.
Alternativləri: sağlamlığı qorumaq məqsədi ilə bu cür vasitələrdən istifadə etmək tövsiyə olunmur.
10 Toksiki yanmayan təbəqə
Baxmayaraq ki, yanmayan təbəqəli qablardan (məs: tavalarda) istifadə etmək rahatdır, o təhlükəsiz olmaya bilər. Yüksək temperaturda politetraftoretilen (teflon) toksiki qaz buraxır, bu orqanizmin repraduktiv sisteminə pis təsir göstərir və sağlamlıqda başqa fəsadlar da yarada bilir.
Alternativlər: yaxşı olar ki, paslanmayan polad və ya dəmirdən hazırlanmış tavalardan istifadə olunsun.
11. Uşaqlar üçün toksiki qurğular
Uşaq avadanlıqlarında (stul, çarpayı və ya arabada) istifadə olunan yanğından mühafizə materialı kimyəvi toksiki maddə ola bilər. Onun kimyəvi tərkbi xlor və bromdur, bunlar cinsi və nevroloji pozğunluq yarada bilər.
Alternativ: Uşaq avadanlıqları alan zaman materialının nədən hazırlanmasının diqqətlə öyrənin.
12. Toksiki duş pərdələri
Düş pərdələri hazırlayan zaman plasması yumuşaltmaq məqsədi ilə bəzən ftalatdan istifadə olunur. Ftalat uşaqlar üçün ziyanlıdır, o beynin işini pozur, bu da yaddaşsızllığa gətirib çıxarır.
Alternativ: Düş pərdələri alan zaman tərkibini öyrənin. Xüsusuilə uşaqlarınız varsa, tərkibində ftalat olan pərdələri almayın.
13. Tarakan əleyhinə toksiki sprey
Tarakanlar əleyhinə sprey-insanlara ciddi təsir göstərməyən, lakin bu iyrənc məxluqları məhv edən zəhərli vasitədir. Amma bəzən insanlar da bundan zərər görə bilər, xüsusilə uşaqlarda nevroalergik reaksiyalar baş verə bilər.
Alternativ: evinizin təmizliyinə fikir verin. Yeməkdən azacıq da olsa iz saxlamayaraq həşəratların çoxalmasına şərait yaratmayın.
14. Toksiki konserviləşdirilmiş məhsullar
Konservləşdirilimiş məhsulların tərkibində aşkar olunan BisfenolA (BPA), kişilərdə sonsuzluq yaradan hormon hesab olunur, həm də ürək xəstəlikləri və şəkərli diabetin yaranmasına səbəb olur. Baxmayaraq ki, bir sıra müəssələr onu da istifadədən imtina ediblər, yenə də bu məhsulları alan zaman ehtiyatlı olmaq lazımdır.
Alternativ: imkan daxilində təzə və ya dondurulmuş qidalardan istifadə edin.
15. Toksiki qarğıdalı və soya
Qlifasad (ticarət adı Roundup) orqanizmdə bir başa immun sisteminə təsir göstərir. Qlifosat tərkibli kənd təsərüfatı məhsulları genetik modifikasiya olunmuş hesab olunur, onların DNT-i herbisidlərə dözümlü olsun deyə dəyişdirilib (lalaq otlarını məhv etmək üçün tətbiq olunan kimyəvi maddə). Qlifosat təsərüfatına-qarğıdalı və saya aiddir.
Alternativ: hazırkı vaxta bütün məhsulları DNT-i dəyişdirilmədən təbii olaraq əldə etmək məsləhət görülür.
16. Toksiki kimyəvi geyimlər
Sözsüz ki, geyimlərin kimyəvi təmizlənməsi bizim həyatımızı son dərəcə rahat edib. Belə ki, bütün sevinlərimiz boşa çıxır, əgər məlum olsa ki, təmizləyici məhlulun tərkibini perxloretan ilə qarışdırıblar. Bu kimyəvi maddə konserogen kimi qaraciyəri dağıdır, böyrəklərin və sinir sisteminin işini pozur. Bir çox ölkələrdə kimyəvi təmizləmə məntəqələrində perxloretilendən istifadə etmək qadağan olunub. Amma hələ də bu maddədən istifadə bütün dünyada davam edir.
Alternativ: imkan daxilində paltarları ev üsulu ilə təmizləmək və ya ekoloji təmiz təmizləyici vastələrdən istifadə etmək.
17. Toksiki oyun avadanlığı
Ftalat müxtəlif elektrik avadanlıqlarının üzərində o cümlədən oyun aparatlarındad ad təsadüf olunur. Çap platasaındakı və üzlüklərdəki yanğınəleyhinə vastələrin təsirinin xatırlayın, onlar beyin hüceyrələrinə pozucu təsir göstərir.
Alternativ: əsasən uşaqlar olmaqla, elektrik oyunlara çox alüdə olmaq tövsiyə olunmur.
18. Toksiki notbuklar
Bir çox bredlərdə belə istehsal zamanı toksiki maddələrdən istifadə olunsa da, insanlar ən çox ciddi sağlamlıq problemləri yaradan elektromaqnit sahəsinə və notbukun prosesoruna görə narahat olurlar. Amma hələ də bu barədə tutarlı faktlar mövcud deyil.
Alternativ: Notbuk qarşısında oturma saatlarını azaltmaq lazmıdır.
19. Toksiki mobil telefonlar
Son onillikdə mobil telefonların inkişafında çox böyük irəliləyişlər müşahidə olunur. İndi hər kəs ağıllı elefon isifadəcisidir, bu inkişaf hiperhəssaslıq və elektromaqnit sahəsəsi və radio şüalarının yarada biləcəyi xəstəlikərin sayını da artırdı. Xərçəng, immun sisteminin pozulması, sinir pozğunluğu, reproduktiv sistemin işinin pozulması kimi çox ciddi xəstəliklərə səbəb olur.
Baxmayaraq ki, sizin smarfonlarınız hələ də civə, arsen, kadium və qurğuşun tərkiblidir -bu da potensial zərərli maddələrdir. Ümümdünya sağlamlığı müdafiyə mərkəzi hələ də tutarlı sübütlar irəli sürə bilməmişdir.
Alernativ:
- İmkan daxilində danışıqların vaxtını azatmaq
- zəif dalğa olan yerlərdə mobil telefondan isifadə etməmək
- qapalı məkanlarda nə qədər az istifadə olunarsa, sağlamlığınız üçün bir o qədər müsbət təsiri olar
- imkan daxilində qulaqcıqdan istifadə etmək
- əgər telefon yanında olmaqla istirahət etməyə adət etmisinizsə, artıq bu adəti itirməyin vaxtıdır
- kişilərə şalvar cibində telefon gəzdirmək məsləhət görülmür, bu reproduktiv sistemə ciddi təsir göstərir
20. Tosiki söz
Sonuncu bənd bir qədər qəribə səslənir, amma aramızda çoxu hər gün "toksiki" sözlərdən istifadə edir. Məhz bu sözlər bütün cəmiyyəti korlayır və insanı psixoloji və fiziki cəhətdən yaralayır.
Alternativ: çalışın ki, "toksiki" sözlərdən istifadə etməyəsiniz. Əgər yuxarıda sadalananlarla bir yerdə bu bəndə də əməl etsəniz, o zaman sizin sağlamlığınızın səviyyəsi həmişə yüksəkdə olacaq.
XƏBƏR LENTİ
Məktəblilərin yay tətili ləğv olunacaq? (RƏSMİ AÇIQLAMA)
Ramazan ayının 20-ci gününün duası
Yeni doğulmuş körpələrə necə qulluq etməli (I hissə)
Sabahın HAVAsı
Havaların şaxtalı keçməsi onların işini asanlaşdırıb
Qara rəngli donlar (1)
Aksessuarlar
Gavalılı-almalı tart (foto resept)
Sarkisyan Vyana görüşündə öhdəlik götürüb?
BÜRCLƏR bizə nə vəd edir? -26 MAY
TƏBİB: “Qoruyucu maskalar həyat tərzimizə çevrilməlidir” - VİDEO
Aleyna Tilkinin adı AYRILIQ xəbərlərində hallanır
6 ölkənin lideri Dağlıq Qarabağ münaqişəsi barədə yekdil fikrə gəlib
Qadın xoşbəxtliyinin geni tapılıb
Gündəlik yemək - 5 səhv
Tarixdə bu gün
Bakıda qatı dumanın SƏBƏBLƏRİ
Bakıda illik inflyasiya səngidi
Azərbaycan ordusu Bərdənin qisasını aldı - VİDEO
Filmlərin dublyajından razısınız?
WhatsApp-da daha bir yenilik
Məşhur aktyor reklamdan 1,2 milyon qazandı
Nikah kağızı yoxdursa...
Üz üçün maskalar
Ən qeyri-adi geyimlər
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyində olub
Barselonada işıqlı kublu otel - FOTO
30 yaş böhranı
Saç düzləşdirilməsinin üsulları (1)
İdil və Mertin toyundan FOTOLAR
Azərbaycanda tibb təhsilli bəzi şəxslər üçün təyinat sistemi bərpa edilib
“Mübariz postu”na Azərbaycan Bayrağı sancan zabitimiz ata oldu - VİDEO
eBay-da satılan 9 bahalı məhsul
Milli toy ənənələrimiz
Picassonun 26 milyonluq rəsminə görə HƏBS OLUNDU
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Nokia Lumia 1320 satışa çıxarılır
Təhlükəli asteroidlər Yerə yaxınlaşır - Dekabrın 25-də... - VİDEO
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - RƏSMİ
Bakıda məktəbli yarmarkaları fəaliyyətə başladı
Cəhənnəmdən çıxanlar
Cəbhədə qızğın atışma
Xüsusi günlər üçün gözəllik baxımı
Azərbaycanda yeni televiziya yaradıldı
"Qarabağ" tarix yazdı
Qadın öz bacısını dünyaya gətirdi
7 qol vurulan oyunda "Neftçi" qazandı
İman edən alimlər-3
Dünyanın ən gözəl göbələkləri
Rusiyaya gedənlərə ŞAD XƏBƏR
- ŞƏRHLƏR