Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
23 fevral 20:18Ayla Ayla Dalaka gəldi amma Sabriye yoxdu gören Sude nu udacag?! 23 fevral 20:18Ayla Ayla Surayyə canım Survivora baxıram,Özetdi.Sən də bax
39991

Ata, məni bağışla!

Ata, məni bağışla!

Evləndiyindən bəri evində qalan atası üstündə arvadıyla daim mübahisə edirdi. Arvadı atasını istəmir və onun evdə bir "artıq" olduğunu düşünürdü. Müzakirələr bəzən inanılmaz dərəcədə böyüyürdü. Bir gün yenə bu məsələ üstündə dava düşdükdə; həyat yoldaşı, "Ya mən gedərəm, ya da atan bu evdə qalmayacaq!", dedi... Arvadını itirməyi gözə ala bilməzdi. Onu sevirdi.

Atası üstündə çıxan mübahisələr xaricində xoşbəxt bir ailəsi, sevdiyi və özünü sevən bir yoldaşı və bir də uşaqları vardı. Həyat yoldaşı üçün çox mübarizə etmişdi evliliyi əsnasında. Ailəsini razı salmaq üçün çox problemlərlə qarşılaşmışdı. Hələ də onu dəlicəsinə sevirdi.

Çarəsizlik içərisində nə edəcəyini düşündü və axırda bir həll yolu tapdı. İllər əvvəl ovçuluq marağı üçün özü üçün tikdirtdiyi daxma tipli dağ evinə aparacaqdı atasını. Həftədə bir bir dəfə yanına gedəcək və ehtiyacı nəysə, qarşılayacaq, beləliklə yoldaşıyla da bu cür problemlər yaşamayacaqdı.

Atasına lazım olacaq bütün əşyaları hazırladıqdan sonra yataq şəraitində olan atasını yatağından qaldırdı və  avtomobilə apardı. Oğlu Nihad, "Ata, mən də səninlə gəlmək istəyirəm", deyə təkid etdiyi üçün onu da götürdü və birlikdə yola qoyuldular.

Qışın tam ortaları idi və qorxunc, şaxtalı bir soyuq var idi. Qar çox olduğu üçün yolu çətin seçirdilər. Balaca Nihad davamlı olaraq atasına "Ata hara gedirik?", deyə sual verir, amma cavab ala bilmirdi. Digər tərəfdən; hara aparıldığını anlayan yaşlı adam gizli-gizli gözyaşı tökür, amma, oğluna və nəvəsinə bildirməməyə çalışırdı.

Saatlarca getdikləri çətin yoldan sonra dağ evinə çatdılar. Nə zamandır buralara gəlməmişdi. Dağ evi artıq çürüməyə başlamışdı. O, komanın bir küncünü təmizlədi, hazırladı və avtomobildən gətirdiyi yatağı oraya sərdi. Sonra digər əşyaları daşıdı. Ən sonda da atasını kürəyinə alaraq yatağa yerləşdirdi.

Şaxta, sanki evin içində hiss edilirdi. Daxmanın içində fırtına vardı sanki. Çarəsizlik içində yaşlı atasına baxdı. İndidən üşüməyə başlamışdı. "Sabah yenə gələr, bir yorğan və bir neçə ədyal gətirərəm", deyə düşündü.

Ata, məni bağışla!

Elə kədərliydi ki, dünya başına yıxılırdı sanki. O, bu duyğular içindəykən yaşlı atasının ürəyinə sanki bir bıçaq batmışdı. İllərcə əmək verdiyi oğlu tərəfindən bir daxmaya tərk edilirdi. İçi yanırdı, amma bildirməməyə çalışırdı. Balaca Nihad isə olanlara heç bir məna verə bilmirdi. Çox sevdiyi babasından ayrılacaq olmanın vermiş olduğu kədər ilə olanları seyr edirdi.
Artıq getmə zamanı idi. Atasının yatağına əyildi, yanaqlarını və əllərini dəfələrlə öpdü. Məni bağışla deyər kimi qucaqladı yaşlı atasını. Artıq ikisi də özünə hakim ola bilmir və hıçqıra-hıçqıra ağlayırdı. "Buna məcburam", deyər kimi  atasının üzünə baxdı və Nihadın əlindən tutub  komanı tərk etdi. Avtomobilə mindilər.

Nihad avtomobilə minməmiş ağlamaya başladı, səbəb isə babasını o soyuqda buraxmaları idi. Atasına dəfələrlə etiraz etdi, "babam üşüyür axı ata, gedək gətirək", dedi. Verəcək heç bir cavab tapa bilmirdi, "anan belə istəyir", deyə bilmirdi.

Nihad: "Ata, sən qocalanda mən də səni buraya gətirəcəyəm?", deyə soruşanda sanki dünya başına yıxıldı. Avtomobili geriyə sürdü, dayandı. Komaya çatdığında "Məni bağışla, ata", deyərək atasının boynuna atıldı. Ata-oğul möhkəm-möhkəm qucaqlaşıb uşaqlar kimi hıçqıra-hıçqıra ağlayırdılar.

Oğlu: "Ata, məni bağışla! Sənə bunu etdiyim üçün məni bağışla!", deyirdi. Atası: "Geri gələcəyini bilirdim balam. Mən atamı dağ başına atmamışdım ki, sən də məni atasan. Məni bu dağda buraxa bilməyəcəyini çox yaxşı bilirdim".

Səslərin sayı: 5
9
3776
loading...
Şərhlər
Offline
ilhame ibrahimova
boyuksuz evde bereket olmaz deyirler amma gerek boyuk de boyukluk ede bilsin.lakin yaslilara hormet borcumuzdur
5 iyul 2015 15:56
Offline
Asi
Kovreldici hekayedi esitmisdim coxdan sayenizde birde oxudum cox sagolun
5 iyul 2015 00:40
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
איסון ממדוב.
Deysetdi cox kovreldim menim qaynatamda 1 aydi bakidan bize gelib qonaq inanin Allaha sevincimin heddi hududu yoxdu cunki gerek esla unutmayaq boyuk olan evde hem ruzu hem bereket hemde mehribanciliq olar/Allah bu cur gelinlerden?usaqlardan tumu valideynleri qorusun insallah Amin Allah
4 iyul 2015 23:17
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Şəri Babayeva
Oğlu: "Ata, məni bağışla! Sənə bunu etdiyim üçün məni bağışla!", deyirdi. Atası: "Geri gələcəyini bilirdim balam. Mən atamı dağ başına atmamışdım ki, sən də məni atasan. Məni bu dağda buraxa bilməyəcəyini çox yaxşı bilirdim".

Kövrəldim. Təşəkkür edirəm.
4 iyul 2015 16:31
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Gultekin, give_ros
Fatma xanım, give_ros
Dəniz84, give_ros
Ellada Babayeva, give_ros
3 iyul 2015 03:07
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Ellada Babayeva
Bu hekayəni oxumuşam. Yenidən oxumaq xoş oldu. Heç bir şeyə görə ata-anadan vaz kçmək olmaz..
2 iyul 2015 23:49
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aysel İ.
Çox təsirli və ibrətamiz hekayədir. Gəlin bilməyə bilər sənin atanın dəyərini sən dəmi bilmirsən namırd oğul. Kiminsə sözünə görə insan ata-anasından vaz keçər heç? Təəssüf ki belə övladlar çoxdur.
2 iyul 2015 22:17
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fatma xanım
Allah heç kimə elə haram süd əmmiş gəlin qismət eləməsin
Oğullarda bu qədər arvaddan qorxmasalar nə gözəl olardı
2 iyul 2015 22:09
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Gultekin
Ayda cox kovreldici hekayedir.Burdan bele basa dusulurki ne edirsense qarsina mutleq cixir
2 iyul 2015 22:08
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )