Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
19:46Ayla Ayla Bazar günü baxarsan Kader Panoramaya ya da Ekstraya gələcək 19:45Ayla Ayla Surayyə canım Ekstraya baxdın?Nagihan deyir Kader ona yazıb 19:44Ayla Ayla Axsamınız xeyir Necesiz? 15:12Surayye Qizlarim qizillarimmm necesizjQuery16204825811035589793_1550229134348?Men geldim! 12:10GÜLÇİN Xoşgəlmisiz FİDAN HÜSEYNOVA 11:54FİDAN HÜSEYNOVA Salam olsun doğma saytin eziz ve gozel xanimlarina💙
39938

Anamın gündəliyi (son)

- Atam məni görüb hər şeyi anlamışdı.

- Ağlama, mənim balaca qızım, biz səninləyik.

Anam dəfələrlə Almazla danışmağa çalışdı ancaq o, məni qovduğu kimi anamı da qovmuşdu. Anama demədiyi acı söz qalmamışdı. Anam bunları mənə deməsə də, mən hər şeyi bilirdim. Almazı çox yaxşı tanıyırdım.

Bir neçə il keçmişdi. Bir gün anam məni dilə tutaraq hava almağa çıxartdı. Anamla razılaşdım. Başqa çarəm yox idi. Yolda Almazı gördük. İçində yığdığı bütün sözləri üzümüzə dedi.

- Qardaşımı öldürdün, indi ananla qol-qola verib gəzirsən? Canını belə asan qurtara bilməyəcəksən.

Həmin günü gözümə yuxu getməmişdi. Anam da çox narahat idi. Otağıma gələrək mənim necə olduğumu bilmək istəyirdi.

Anamın gündəliyi (son)

- Qızım yatmamısan? Canım qızım. Bu cavan yaşında nələr yaşamadın. Əli ilə saçımı sığallayarkən birdən dayandı. Qızım, sənin qızdırman var. Tez qaçaraq atamı çağırdı. Atam həkimə zəng etdi. Həmin gün anamla atam səhərə qədər mənim yanımdan ayrılmadılar. Artıq özümü yaxşı hiss edirdim. Qızdırmam da düşmüşdü. Həyətə çıxıb hava almaq istədim. Atamın kimləsə danışdığını eşitdim. Yaxınlaşanda Almazla danışdığını gördüm. Atam sakit idi. Almaz isə həmişəki kimi qışqıraraq danışırdı. Sonra məni görüb yanıma gəldi.

- Salam, qardaşımın qatili! Bu gün Bakıdan ayrılıram. Sənə son sözümü deməyə gəlmişəm. Dediyim sözü unutma. Unutmağa çalışsan da, bu səndə alınmayacaq. Sən qardaşımı məndən ayırdın, mən isə sənin qızını səndən ayırdım. Qızın sağdır. Zaur qəza günü sənin üçün xüsusi hazırlanan boyunbağını götürməyə gedirdi. Boyunbağıda sənin adını yazdırmışdı. Ancaq sənə verə bilmədi. İndi qızındadı boyunbağı. Bəlkə bu məlumat nə vaxtsa sənə kömək edər. Görürsən ki, çox da qəddar deyiləm. Nə isə salamat qal.

- Nə?! Yerimdə donub qalmışdım. Qızım sağdır? Atam halımın yaxşı olmadığını görüb, Almazın üstünə qışqırmağa başladı.

- Sən mənim qızımdan nə istəyirsən? Mənim qızım günahsızdır.

- Mən heç nə istəmirəm, sözümü dedim indi isə gedirəm. Sağ ol, babacan.

Bunu deyib, maşına mindi və anındaca maşın gözdən itdi.

- Babacan?! Atam təəccüblə dedi.

- Ata, mən qızımı tapmalıyam.

- Qızım, sakit ol, qızdırman təzə düşüb. Sakitləş, mənim balam.

Anamla atam nə qədər məni sakit etməyə çalışsalar da, mən eyni sözü təkrarlayırdım.”Qızımı tapmalıyam”. Ancaq necə tapacaqdım? Sənin harada olduğunu bilmirdim.

Sona gündəliyi oxuya-oxuya göz yaşlarına hakim ola bilmirdi. Birdən qapıya kiminsə yaxınlaşdığını eşidib göz yaşlarını sildi. Bu Cəmil idi. Qapını yavaşca döyüb içəri girmək üçün icazə aldı.

- Buyur, Cəmil. Nə istəyirdin?

- Heç sadəcə telefonunu otaqda unutmuşdun, səhərdən zəng çalır. Cəmil telefonu Sonaya verərək otaqdan çıxdı. Sona telefona baxaraq Anarın ona üç dəfə zəng etdiyini gördü. Bir neçə dəqiqə keçdikdən sonra telefon yenə zəng çalmağa başlayır. Sona telefona baxaraq zəng edənin Anar olduğunu görür. Bir az fikirləşəndən sonra cavab vermək qərarına gəlir.

- Alo, eşidirəm.

- Salam, Sona necəsən?

- Salam, Anar. Nə istəyirdin?

- Sona, məni bağışla. Bilirsən mənim anam..

Sona Anarın sözünü kəsərək:

- Anar, mən sənə qulaq asdım, indi sən mənə qulaq as. Ananın məni sevmədiyini bilirəm. Hər şeyi ananın üstünə atma. Səndə də günah var. Məni sevsəydin, ananı dilə gətirməyi bacarardın. Bir də mən öz doğma ailəmi tapdım. Daha mənə zəng eləmə.

- Sona, xahiş edirəm mənə qulaq as. Alo, Sona.. Sona?

Sona artıq sözünü deyib telefonunu söndürmüşdü. Yenidən anasının gündəliyini əlinə alaraq oxumağa başladı.

“Bibinin hara getdiyini bilmirdim. Evlərinə gedəndə orada başqa adamların yaşadığını gördüm. Bibin evi satmışdı. Ona görə də sənin harada olduğunu bilmirdim. Səni tapmaq üçün əlimdən gələni etdim, ancaq hər şey boşuna idi. Atam da nə qədər çalışdısa da, axtarışlar heç bir nəticə vermədi. Bibin yerli-dibli yoxa çıxmışdı.

Səni heç vaxt unutmadım, qızım. Bilirdim, gec-tez məni tapacaqsan. Ümid edirəm bütün suallarına cavab tapa bildin. Səni çox istəyirəm, gözəl balam.

Sona gündəliyi möhkəm qucaqlayaraq göz yaşlarını sildi.

Artıq səhər açılmışdı. Sona evə getməyə hazırlaşırdı. Nənə ilə sağollaşmaq üçün yanına gəldi.

- Gözəl nəvəm, hara gedirsən? Gözlə, səni Cəmil öz maşını ilə aparacaq.

- Yox, nənə, lazım deyil. Məni sürücümüz aparacaq.

- Yox, səni sürücü ilə heç yerə qoyan deyiləm. Yolun uzundu.

- Narahat olma nənə. Sürücü əmi yad deyil. Atamın yaxın dostudur.

- Yox, səni Cəmil aparacaq. Zəng elə əmiyə, de gəlməsin.

- Yaxşı, nənə. Siz deyən olsun.

Sona nənə ilə sağollaşaraq Cəmil ilə birlikdə maşına mindi. Yol boyu heç danışmayan Cəmil birdən maşını kafenin yanında saxlayaraq dilləndi:

- Sona mən nənə qoyduğu yeməyi unutmuşam. Bəlkə burada yeyək?

- Yaxşı yeyək.

Yemək yedikdən sonra yollarına davam etdilər.

Sona artıq evinə yaxınlaşdığını gördü. Buradan sağa çön, sonra isə saxla. Maşından çıxaraq Cəmillə sağollaşdı.

- Dayan, Sona!

- Buyur, Cəmil.

- Mən sənə demək istəyirdim...

- Nə demək istəyirdin?

- Bunu unutmusan, nənə verdi mənə, dedi ki, sənə verim. Bunu deyib, bağlamanı Sonaya uzatdı.

- Çox sağ ol.

Bir neçə gün keçmişdi. Sona evə gələndən ancaq Zəhra nənədən danışırdı.

- Qızım, bəlkə Zəhra nənəni qonaq çağıraq? Səsini eşitmişik, özünü də görmək istəyirik.

- Çağıraq ana. İndi zəng edib deyərəm.

Sona Zəhra nənəyə zəng edərək onu qonaq çağırdı. Nənə Cəmillə gələcəyini bildirdi. Sona da nənəni səbirsizliklə gözləyəcəyini deyərək, danışığı sonlandırdı.

Sona pəncərədən baxaraq nənənin gəlməyini gözləyirdi. Çox narahat idi. Nənə gecikirdi.

- Ana, mən narahatam. Nənə evdən çıxanda zəng etmişdi. İndi artıq burada olmalı idi. Niyə gec gəlir axı?

- Qızım narahat olma, tək deyil. Sən dedin axı, Cəmillə gəlir. Zəng etmisən indilərdə?

- Yığıram ana, zəng çatmır.

- Narahat olma, mənim balam harada olsa gələr. Bax, telefonun zəng çalır, bəlkə nənədi.

- Alo, eşidirəm.

- Salam, Sona, mənəm, Cəmil.

- Haradasız, Cəmil? Çox narahat idim sizə görə. Nənə yanındadı?

- Narahat olma nənə buradadı. Telefonunun enerjisi qurtarıb. Bildi ki, narahat olacaqsan, nömrəni mənə verdi ki, sənə yığım. Çatırıq artıq, bir azdan sizdəyik.

- Yaxşı, gözləyirik sizi.

Nənə və Cəmil artıq gəlib çatmışdılar. Ailəlikcə süfrə başında oturub söhbət edirdilər. Cəmil isə gözünü Sonadan çəkmirdi. Bu baxışlar Zəhra nənənin gözündən qaçmamışdı. Birdən Cəmil nənənin ona baxdığını hiss etdi və tez başqa səmtə baxmağa başladı.

Hava qaralırdı. Nənə artıq gec olduğunu görüb:

- Biz artıq gedək. Hər şey üçün çox sağ olun. Sizi tanımağıma şad oldum. Sona, nənəni unutma. Yanıma gəlmək istəsən, Cəmilə zəng et, gəlib səni götürsün.

- Narahat olma, nənəcan. Özünü qoru.

Nənə və Cəmil artıq yola düşmüşdülər. Cəmil yenə susurdu. Nənə bilirdi ki, Cəmil heç nə deyən deyil. Ona görə də sözə başladı

- Deməli, belə. Sənin Sonaya necə baxdığını gördüm. Bəlkə, danışasan.

- Yox nənə, mən Sonaya baxmırdım.

- Nənəni aldadırsan?

- Mən nə vaxt sizi aldatmışam?

- Yalan deyəndə qızarırsan. Düzünü de.

Cəmil dərindən nəfəs salaraq sözə başladı:

- Mənim Sonadan xoşum gəlir. Ancaq hisslərimi heç cürə açıb ona deyə bilmirəm. Fikrim ciddidir nənə. Valideylərimə də demişəm. Mənə kömək et.

- Yaxşı. Mən razı. Sən heç narahat olma. Hər şeyi özüm həll edəcəyəm.

Sabahısı gün nənə Sonaya zəng edərək Cəmilin hissləri haqda ona danışdı.

- Sona, gözəl nəvəm, Cəmil yaxşı uşaqdır. Gözümün qabağında böyüyüb. Sənin haqqında valideynlərinə də danışıb. Fikri ciddidir. Razı olsan elçi gəlmək istəyir.

- Yaxşı nənə. Razıyam.

- Sevindirdin məni, Sona.

Bir neçə gün sonra Cəmilin ailəsi Sona gilə elçi gəldilər. Bir neçə ay sonra Cəmillə Sonanın nişanı da baş tutdu. Sona çox xoşbəxt idi.

Bu arada Anar anasının istəyi ilə Həcərlə ailə həyatı qurmuşdu. Ancaq Xalidə xanım yenə nədənsə narazı idi. Hər dəfə Anar işdən gələndə Həcəri ona şikayət edərdi. Anar artıq yorulmuşdu.

- Oğlum, qonşuluqda yaxşı bir qız var xoşum gəlir, yaman tərbiyəlidi.

- Ana, sən nə danışırsan?! Mən artıq evliyəm.

- Nə olsun? Boşanarsan.

- Bir dəfə etdiyim səhvi ikinci dəfə təkrar etməyəcəm. Sona ilə ayrılmağımı istəyirdin. Ayrıldıq. Ancaq Həcəri atıb getməyəcəm.

- Bura mənim evimdir. Mən nə istədim o da olmalıdı. Boşanacaqsan!

Bu sözə əsəbləşən Anar Həcərin yanına gələrək:

- Hazırlaş, Həcər, gedirik.

- Hara gedirik?

- Öz evimizə. Sənə sürpriz edəcəkdim. Anam hər şeyi korladı. Düzdü ev tam hazır deyil. Xırda işlər qalıb. Ancaq getməliyik, mən bu evdə qalmaq istəmirəm. Anarla Həcərin qapıdan çıxdıqlarını görən Xalidə xanım onlara yaxınlaşaraq soruşdu:

- Hara gedirsiniz?

- “Öz evimizə gedirik, ana. Axı bura sənin evindir. Anamsan, səni çox istəyirəm. Ancaq mən burada yaşayan deyiləm” deyərək, evdən ayrıldı. Bir müddət sonra Xalidə xanım səhv etdiyini anlayaraq Həcərdən üzr istədi. Həcər də onu bağışladı.

Sona da Cəmillə ailə həyatı qurur. İki il sonra onların qızları dünyaya gəlir. Adını Gülsüm qoyurlar.

Səslərin sayı: 4
15
2898
loading...
Şərhlər
Offline
Şəri Babayeva
deniz elekberzade,
Özümdən yazmışam. Real həyatla heç bir əlaqəsi yoxdur. Bəlkədə kiminsə həyatında baş verib. Amma mən özümdən yazmışam.
Bəyəndiyinizə sevindim. Təşəkkür edirəm. give_ros blush
11 may 2016 20:13
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
deniz elekberzade
Çox beyendim bu nagildi yoxsa heqiqeten bas verib?
8 may 2016 21:59
Offline
Şəri Babayeva
Gultekin,
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑,
QWEN,
Senden sonra ,
Sevil Babayeva,
Qəribə,
●♥ Səma ♥●,
Təşəkkür edirəm. Bəyəndiyinizə sevindim. Xoşbəxt sonluqları sevirəm. Amma yeni hekayə yazsam dəyişiklik edəcəm. give_ros give_ros give_ros give_ros give_ros give_ros give_ros
1 iyul 2015 16:27
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
●♥ Səma ♥●
Şəricim,çox sevindim hekayənin sonuna görə.İnan,həyatda o qədər bəd şeylər olur ki,hekayələrin sonunun belə bitməsi bir az insanı dünyaya qaytarır.Xəyallar bütün şeylrin yolunda getdiyi tək yerdir...
26 iyun 2015 14:08
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Qəribə
Tesekkurler, maraqla oxudum. give_ros
24 iyun 2015 20:39
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Sevil Babayeva
Axırının gözel sonlanmasına sevindim.
24 iyun 2015 20:33
Offline
#
Hec olmasa Anar axirda da olsa oz heyat yoldasini qoruya bilib. Yoxsa evlenib bosanmaq onun anasinin elinde maqazinden produkt almaq kimi bir sey imiski. yende oglan oz agli ile hereket edib yoldasinida goturub cixdi. Sonaninda Cemille evlendiyine sevindim. Seri xanim hekayeniz maraqli idi, davamli olsun.
24 iyun 2015 20:31
Offline
QWEN
əsl hind kinosuna oxşadı, nə olur , olsun sonu yaxşı olsun
24 iyun 2015 15:53
imza: Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə dost olma.
(Hz. Məhəmməd)
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Sonunun gözəl bitdiyinə çox sevindim. give_ros
23 iyun 2015 23:33
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Gultekin
1-ci,2-cini oxumusam.Bunuda vaxt tapib mutleq oxuyacam.Yeni paylasimlar gozleyirem sizden tesekkurler
23 iyun 2015 23:17
Offline
Şəri Babayeva
Fatma xanım,
Həmişə sevinəsiz. Təşəkkür edirəm. give_ros
Pərvanə,
Xoşbəxt sonluqları sevirəm ona görə give_ros blush
Ellada Babayeva,
Bəs nə bilmişdün crazy give_ros
Sevil Babayeva,
Təşəkkür edirəm. give_ros
23 iyun 2015 17:08
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Sevil Babayeva
Çox maraqla oxudum çox sağ olun.Allah hər ikisinidə xoşbəxt eləsin.
23 iyun 2015 16:53
Offline
Ellada Babayeva
Maraqla oxudum. Bacı yazıre.. blum
23 iyun 2015 16:00
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Pərvanə
Şüjürki axırı xoşbextlikle bitir.
23 iyun 2015 14:49
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Fatma xanım
Sonu çox əla qurtadığına sevindim
Mən bu Xalidələri başa düşmürəm də niyə övladlarının taleyi ilə bu qədər oynayırlar yaxşı ki sonunda Anar kişi olduğunu bildi
23 iyun 2015 14:25
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!