Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
09:56Xəyalə Murad Sabahınız xeyirli,Cüməniz mübarək olsun,Əziz Qadin.Netlilər!
39980

Anamın gündəliyi

Anamın gündəliyi

Sona dəniz qırağında gəzməyi çox sevərdi. Suallarına cavab tapa bilməyəndə, çətinliyi olanda dəniz qırağına gələr, düşünərdi. Bu gün də cavab tapa bilmədiyi sualları var idi və o, yenə də dəniz qırağına gələrək dərin düşüncələrə qərq olmuşdu. Çox sevdiyi Anardan gözləmədiyi zərbəni almışdı. Sona ilə Anar bir-birilərini sevirdilər. Valideynləri də bundan xəbərdar idi. Ancaq Anarın anası Xalidə xanım heç cürə oğlunun Sona ilə ailə həyatı qurmasını istəmirdi. Öz bacısı qızı Həcəri gəlini kimi görmək istəyirdi. Anarla Sonanı ayıracağını özünə söz vermişdi.

İki gün əvvəl:

Anar Sonaya zəng edərək təcili görüşmək istədiyini bildirdi və zəngi sonlandırdı. Sona razılaşaraq görüş yerinə getdi. Sonanın içində qəribə bir hiss var idi. Ancaq bu hissin nə olduğunu anlaya bilmirdi, çox qorxurdu. Artıq görüş yerinə çatan Sona həyəcanla Anarın ona nə deyəcəyini gözləyirdi. 

- Anar, artıq 5 dəqiqədir susursan. Məni niyə təcili çağırdın? Nə olub?

- Mənə diqqətlə qulaq asmağını istəyirəm. Məni dinlə və heç nə demə, xahiş edirəm. Bu qərarı vermək mənə çətin oldu. Artıq bacarmıram, Sona. Bilirəm sənə də çətindi. Anam sənin ailən haqqında maraqlanıb. Səni öz gəlini kimi görmək istəmir. Məni bağışla, ancaq mən bunu deməliyəm. Kübra xala ilə Qalib əmi sənin doğma valideynlərin deyillər. Anamla danışmağa çalışdım ancaq mənə qulaq asmadı. Bağışla məni, Sona!

- Anar, sən nə danışırsan? Necə yəni mənim doğma valideynlərim deyillər? Mən.. mən. İnanmıram. Bu yalandı.

- İnanmırsansa soruş, Sona. Anam yalançı deyil. Heç nəyi uydurmur. Bu bizim son görüşümüzdü, indi isə mən getməliyəm, işdən icazə almışdım.

Bütün yolu düşünərək Sona evə çatmışdı. Otağında ağlayırdı və ağlaya-ağlaya yuxuya getmişdi. Telefonuna gələn zəng onu oyadır. Gözlərini ovuşduraraq telefona cavab verir:

- Alo, eşidirəm.

- Sən elə bilirdin mənim gəlinim olacaqsan? Bilinmir anan kimdi, atan kimdi. Oğlumu aldada bilmədin. Bir də səni oğlumla görməyim. Nişanınız da artıq olmayacaq. Unut hər şeyi!

- Alo, Xalidə xala, alo..

- Kim idi qızım? Sonanın anası soruşdu.

- Heç, ana. Səhv düşmüşdülər.

- Yaxşı, gəl yeməyini ye. Atan da gələcək bir azdan.

- Bəs Səbinə yemək yeyib?

- Yeməyib, səni gözləyir. Bilirsən axı, sənsiz yemək yeməz. Ona görə də gəl yemək yeməyə, yoxsa balaca bacın ac qalacaq.

Hamı süfrə başında yemək yeyirdi. Sona isə yenə düşünürdü. Xalidə xanımın dediklərini unuda bilmirdi. Sonanın narahat olduğunu görən atası soruşdu:

- Gözəl qızım, sənə nə olub? Yeməyin qabağında qalıb. Xəstələnməmisənki?

- Yaxşıyam ata. Narahat olma.

Artıq hava qaralmışdı. Səbinə yatmışdı. Sona isə valideynləri ilə danışmaq istəyirdi. Ancaq, bilmirdi necə başlasın. Hər şeyi bilmək istəyirdi. Anarın dediklərinin yalan olduğunu valideynlərindən eşitmək istəyirdi. Özünü toplayaraq qonaq otağına keçdi və sözə başladı.

- Ana, ata, mən sizinlə danışmaq istəyirəm. Ancaq xahiş edirəm mənə düzünü deyin.

-  “Nə olub, qızım?” deyə Kübra xanım soruşdu.

- Anacan, bilmirəm eşitdiklərim doğrudur, ya yox. Doğru da olsa, bilin ki, mən sizi çox istəyirəm. Birinci onu deyim ki, Anarla nişanımız olmayacaq. Biz ayrıldıq. Bu onun qərarı idi.

- Necə yəni ayrıldız? Axı nişana az qalmışdı. Mən onunla danışaram.

- Yox ata lazım deyil.

- Sonra nə demək istəyirdin, qızım?

- Sizə yalan deməyəcəm. Anar mənə dedi ki, siz mənim həqiqi valideynlərim deyilsiniz. Xalidə xala hər şeyi araşdırıb. Anarla ayrılmağımızı istəyirdi. Məni gəlini kimi görmək istəmirdi. Bunun üçün də əlindən gələni əsirgəmədi (dərindən ah çəkir). Xalidə xalanın dediyi doğrudurmu? Mənə düzünü deyin, xahiş edirəm.

Uzun səssizilikdən sonra Qalib bəy dilləndi.

- Doğrudur, qızım. Sən bizim doğma qızımız deyilsən. Ancaq biz səni həmişə öz doğma övladımız kimi çox sevmişik. Sən bizim ailəyə xoşbəxtlik gətirdin.

- Bəs mənim doğma valideynlərim kimdir?

Bilmirik, qızım. Bizim arzumuz idi, qızımız olsun. Ancaq heç cürə alınmırdı. Səni uşaq evindən götürmüşük. Anan ilk dəfə səni görəndə “- bu mənim qızım Sonadır” demişdi. Sənə çox bağlanmışdı. Səni övladlığa götürdük, çox xoşbəxt idik. 5 il sonra isə Səbinə dünyaya gəldi. Anan və atan haqqında isə heç bir məlumatımız yoxdur. Bircə bax, bu boyunbağı (Kübra xanım Sonaya boyunbağını uzadaraq dedi) körpə olanda sənin boynunda idi.

Sona boyunbağını anasından alaraq ona baxmağa başladı. Boyunbağının üzərində Gülsüm yazılmışdı. Çox maraqlıdır, ana, bəs Gülsüm kimdir?

- Bilmirik, mənim balam.

Sona doğma valideynlərini tapmaq istəyirdi. Atası ona kömək edəcəyinə söz vermişdi. Bir neçə gün keçmişdi. Sonanın həyacanı gündən-günə artırdı. Ancaq atası hələ də qızının doğma valideynlərinin ünvanını tapa bilmirdi.

Nəhayət ki, axtarışlar müsbət nəticə verdi. Qalib kişi qızına xoş xəbəri çatdırmaq üçün evə tələsirdi.

- Qızım, ünvanı tapdım. Əlindəki vərəqi Sonaya verərək gülümsündü.

Sona ünvana baxaraq valideynlərindən icazə alıb sabah tezdən ora gedəcəyini bildirdi. Yol uzaq idi, ona görə də tez yola düşmək istəyirdi. Ancaq Qalib kişi və Kübra xanım onu tək buraxmaq istəmirdilər. Sonanı dilə tutmaq isə çox çətin idi. Ona görə də sonda valideynləri Sona ilə razılaşmışdılar. Atası öz yaxın dostu Azərə zəng edərək Sonanı aparmağı xahiş etdi. Dostu sürücü idi. O, da razılaşaraq gələcəyini bildirmişdi.

Hava çox gözəl idi. Sona valideynləri ilə vidalaşıb taksiyə mindi və ünvanı sürücüyə göstərdi.

Bir neçə saat sonra Sona artıq ünvana gəlib çata bilmişdi.

- Deməli mənzil 31. Deyəsən budur.

Öz-özünə danışaraq qapının zəngini basdı. Qapını yaşlı bir xanım açdı. Sonaya baxaraq eynəyini gözünə taxdı və həyəcanla :

- “Gülsüm qızım” 

Ardı var..

Səslərin sayı: 5
13
2541
loading...
Şərhlər
Offline
Şəri Babayeva
Qəribə,
Fatma xanım,
Senden sonra ,
Təşəkkür edirəm xanımlar. give_ros give_ros give_ros
1 iyul 2015 16:30
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
#
Tesekkurler seri xanim maraqli idi.
24 iyun 2015 20:27
Offline
Fatma xanım
Çox maraqlı gəldi
22 iyun 2015 20:34
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Qəribə
Təşəkkürler, maraqli idi.
20 iyun 2015 17:46
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Şəri Babayeva
Sevil Babayeva,
Təşəkkür edirəm. give_ros
19 iyun 2015 19:40
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Sevil Babayeva
Çox maraqla oxudum ardini gözleyirem.
19 iyun 2015 18:30
Offline
Şəri Babayeva
Sabrina Mamedova,
Göndərmişəm artıq, iki üç günə olar yəqinki. give_ros
19 iyun 2015 18:20
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Sabrina Mamedova
Maraqla oxudum ardı nə vaxt olacaq?
19 iyun 2015 18:19
Offline
Şəri Babayeva
Azadə Həbibzadə,
Bəli vacib qızın özüdü. Helə bu harasıdı.. give_ros
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑,
Pərvanə,
Ellada Babayeva,
Təşəkkür edirəm. Bəyəndiyinizə sevindim. give_ros give_ros give_ros
19 iyun 2015 17:58
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Azadə Həbibzadə
Anarin anasini hec sevmedim.Esas qizin ozu deyil vacib?pis cixma ehtimali anasi atasi dogma olan insanlardada var.Ardini gozleyirem
19 iyun 2015 15:18
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Maraqlı hekayəyə oxşayır.Ardını gözləyəcəyəm. give_ros
19 iyun 2015 14:45
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Pərvanə
Yene gozel ve maraqli yerinde kesildi ardini gozleyirem.
19 iyun 2015 13:35
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Ellada Babayeva
Yeni bir hekayə yeni bir həyacan. give_ros
19 iyun 2015 13:10
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış