Bakıda hava 10°
USD AZN
EUR AZN

Dəniz suyunun faydaları

Hər birimiz yay fəslində çimərliyə bir dəfə də olsa gedirik. Kimi ailəsi, övladları ilə əylənmək, səmərəli zaman keçirmək məqsədilə, kimi qumdan və günəşdən yararlanmaq üçün çimərliklərə üz tutur. Bəs hər yay üz tutduğumuz çimərliklərin, dəniz suyunun faydaları haqda heç bilirikmi?! Bu dəfəki xəbərimdə sizə dəniz suyunun faydalarından danışacağam.

Dəniz suyunun faydaları

Yayın istisindən xilas olmağın və fərahlamağın ən yaxşı yollarından olan dəniz içində olan bir çox yararlı maddələr sayəsində çox xəstəliyin şəfasıdır. Dəniz suyu əvvəllərdən bəri tibb dünyasında geniş istifadə olunub. İnsan bədənində yer alan 84 maddəni bünyəsində daşıyan dəniz suyu vitamin ambarı hesab oluna bilər. Vitamin duzları amino asitlərdən və başqa maddələrdən ibarət dəniz suyu təbii müalicə üsuludur. Mütəxəssislər qeyd edir ki, tullantılar, kirlər və kanalizasiya suları tökülməyən hissələrdən bol-bol yararlanmaq lazımdır. Xüsusilə, uşaqlar dəniz suyundan bol-bol faydalanmalıdırlar. Dəniz suyu aparılan araşdırmalar nəticəsində insan qanına ən yaxın maddə hesab olunmuşdur. Kalsium  karbonat, sulfat və potasium xlor və sulfat maqnezium xlor şəfa  xüsusiyyəti qazandırmaqdadır.

Dəniz suyunun faydaları

Dəniz suyunun ən yaxşı xüsusiyyəti odur ki, bədəndəki yaraları və eyni zamanda alergiya reaksiyalarından yaranan izləri aradan qaldırır. Dəridə baş verən bir çox xəstəliyə də dəva hesab olunur. Bədəni toksinlərindən və zəhərli maddələrdən qorumaqla yanaşı hüceyrə yenilənməsinə də kömək edir. Saçların sağlamlığına da təsiri böyükdür dəniz suyunun. Ölü hüceyrələrin yox olmasında, orqanizmin güclənməsində dəniz suyunun böyük rolu vardır. Bunlarla yanaşı qandakı oksigenin miqdarının artmasında, infeksiyaların müalicəsində, parazitlərdən, mikroblardan qorunmaqda dəniz suyu əvəzsiz müalicə üsuludur. Dəniz suyu bədənin müqavimətini artırır və bədəni gücləndirir. Saçların kəpəklənməsinin və yağlanmasının qarşısını alır. Qan dövranını sürətləndirir və mədəni rahatladır. Göbələkdən də qoruyur. Ağrı və sancıları aradan qaldırır.

Dəniz suyunun faydaları

Dəniz suyu sadəcə fiziki xəstəliklərə dəva deyil, bir çox psixoloji xəstəliyə də çarədir. Aqresivlik, depressiya, əsəbilik kimi problemləri aradan qaldırır. Rahatladıcı tərkibi ilə insanı xoşbəxt edir. Sızanaqları və üzdəki qara nöqtələri aradan qaldırmaq üçün də geniş istifadə olunur.  Ən çox kişilərin ümumi problemi olan ayaq qoxusunu və tər qoxusunu aradan qaldırır. Son zamanlarda isə diş ağrılarına xeyri olduğu ortaya çıxmışdır. Diş ağrısı zamanı ağızda qarqara edildikdə ağrını aradan qaldırdığı müşahidə olunub. Dəniz suyu diş ağrıları ilə yanaşı ağızda olan yaraların da bir nömrəli çarəsi hesab olunur. Dəniz suyu yuxarıda da qeyd etdiyimiz kimi saça və dəriyə xeyirli olduğu üçün bir çox gözəllik mərkəzlərində istifadə olunur.

Səslərin sayı: 2
13
2196
loading...
Şərhlər
Offline
Qəribə
Dəniz suyu diş ağrıları ilə yanaşı ağızda olan yaraların da bir nömrəli çarəsi hesab olunur. Dəniz suyu yuxarıda da qeyd etdiyimiz kimi saça və dəriyə xeyirli olduğu üçün bir çox gözəllik mərkəzlərində istifadə olunur
.
25 iyun 2015 19:34
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Mələksima
Dəniz suyu sadəcə fiziki xəstəliklərə dəva deyil, bir çox psixoloji xəstəliyə də çarədir
25 iyun 2015 19:05
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Mütəxəssislər qeyd edir ki, tullantılar, kirlər və kanalizasiya suları tökülməyən hissələrdən bol-bol yararlanmaq lazımdır.

Bakıda belə dəniz suyu varmı? biggrin
25 iyun 2015 18:47
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Xanim_Xatun
Dəniz suyu yuxarıda da qeyd etdiyimiz kimi saça və dəriyə xeyirli olduğu üçün bir çox gözəllik mərkəzlərində istifadə olunur.
13 iyun 2015 09:36
Offline
Lale
faydali xebere gore tewekkurler
12 iyun 2015 08:56
Offline
Qəribə
Dəniz suyu sadəcə fiziki xəstəliklərə dəva deyil, bir çox psixoloji xəstəliyə də çarədir. Aqresivlik, depressiya, əsəbilik kimi problemləri aradan qaldırır. Rahatladıcı tərkibi ilə insanı xoşbəxt edir. Sızanaqları və üzdəki qara nöqtələri aradan qaldırmaq üçün də geniş istifadə olunur.

Cox sağ olun təşəkkür edirəm.
10 iyun 2015 16:28
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Fatma xanım
Mən sudan çox qorxuram faydalıda olsa istəmirəm.

Elə mən də
9 iyun 2015 22:19
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
GÜLÇİN
Yayda mütləq 10 gün davamlı olaraq dənizə gedib həm çimib,həm də günəş vannası qəbul edirik!Yayda qap-qara qız oluram biggrin
9 iyun 2015 21:01
Offline
Duygu N-va
Ellada Babayeva,
Gultekin,
nigar dadasova,
Pərvanə,
Dəyərli fikirləriniz üçün minnətdaram. give_ros
9 iyun 2015 14:32
Offline
Ellada Babayeva
Dəniz suyu sadəcə fiziki xəstəliklərə dəva deyil, bir çox psixoloji xəstəliyə də çarədir. Aqresivlik, depressiya, əsəbilik kimi problemləri aradan qaldırır.
Düzdür.
9 iyun 2015 13:31
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Gultekin
Her seyin xeyri var imis biggrin
9 iyun 2015 12:48
Offline
nigar dadasova
Vala bizim deniz suyu bir qramda xeyir deyil cunki iyrencdir.
9 iyun 2015 12:18
Offline
Pərvanə
Mən sudan çox qorxuram faydalıda olsa istəmirəm.
9 iyun 2015 01:20
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!