Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
2015-ci ildə Azərbaycan milli mətbuatının yaranmasının 140 ili tamam olur.
XIX əsrin ortalarında ölkəmizdə gedən siyasi, iqtisadi və mədəni proseslər maarifçilik hərəkatının inkişafına, ictimai fikrin yeni ifadə vasitəsi olan mətbuatın meydana gəlməsinə şərait yaratmışdır. 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmış, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərmişdir. “Əkinçi”nin bəyan etdiyi prinsipləri rəhbər tutan və onun ənənələrini davam etdirən Azərbaycan mətbuatı sonrakı illərdə dövrün mütərəqqi fikirlərini əks etdirmiş, cəmiyyəti düşündürən məsələləri ictimai müzakirəyə çıxarmış, milli mənəvi dəyərlərin təbliğində, insanların maariflənməsi və milli şüurun formalaşmasında, xalqımızın müstəqillik arzularının gerçəkləşməsində mühüm rol oynamışdır.
Ötən yüzilliyin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, milli mətbuatın inkişafında da əsaslı dönüş yaranmışdır. 1993-cü ildə yenidən hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edərək, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri, o cümlədən senzuranı aradan qaldırmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, mətbuatın kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəlməsinə şərait yaratmışdır. Azərbaycan milli jurnalistikası həmin dövrdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Hazırda Azərbaycanda 200-dən artıq qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. İnternetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olmuş, ölkə əhalisi arasında internet yayımı 75 faizə çatmış, sosial şəbəkə istifadəçilərinin sayı 2 milyona yaxınlaşmışdır. 2008-ci ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycan Respublikası regionun siyasi, iqtisadi və humanitar mərkəzi statusunu qazanaraq beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuşdur. Mövcud inkişaf dinamikası Azərbaycanın milli informasiya resurslarından da yan keçməmiş, onların ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırmış, rəqabət qabiliyyətini yüksəltmişdir. Qlobal informasiya məkanının gündən-günə genişləndiyi, beynəlxalq təbliğat fəaliyyətinin ayrı-ayrı ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi müasir dövrdə kütləvi informasiya vasitələrimiz daha peşəkar, obyektiv və prinsipial olmalı, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutmalıdırlar. Mətbuatımız ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və təbliğində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etsin; jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Xoşbəxt cütlüklərin sirri
Koronavirusa yoluxmuş şəxslə eyni binada qalanlar müayinədən keçməlidir? - AÇIQLAMA
HAVA necə olacaq?
Qeyri-adi milyonçular
Bu günün hava proqnozu
Maksim Şevçenko onu öldürməklə hədələyən ermənilərin adlarını açıqladı - VİDEO
Ən gözəl üzə sahib olan qadınlar
"Dünyanın ən ləziz yeməyi" -XAÇAPURİ oldu
Dollar yenə bahalaşdı
Türkiyə yığması millimizə qarşı bu heyətlə oynayacaq
Blinçik tortu (foto resept)
İdman görmə qabiliyyətini qoruyur
Aviabiletlər ucuzlaşaq - AZAL-dan reaksiya
Rayondan Bakıya gələnlər belə saxlanılır
Dondurmaya vurulan bu qatqıdan xəbəriniz var?
Nəfəs kəsən istilər qayıdacaq?
Qarpızı alanda kəsdirməyin! - ZİYANLARI
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
Xəzəri Bakıda böləcəklər
İrem Dericidən gözlənilməz etiraf
Uşaqlarınıza dərs deyən SAXTA müəllimlər
"Hercai"dən yeni Rekord
İŞİD Türkiyəyə müharibə elan etdi
Noutbuk satışları artacaq
Üzdə mimik qırışları təmizləyən maskalar
Bu sezon makiyajda minimalizm dəbi
Ekranın mavi işığı korluğa səbəb ola bilər
Finlandiya futbolunda tarixi qərar
Meymun sərnişin avtobusu sürdü – VİDEO
Sellofan torbalar sağlamlığımıza ziyandır
Gəlin buketləri-2
Cəbhə xəttində təxribat
Ürəyi xəstə olanlar, yayda diqqətli olun!
Bu zalım dünyada doğulma...
Baş Nazirdən ŞAD XƏBƏR: Rüsum ləğv edildi
Çavuşoğlu: “Ermənistan başqa ölkənin torpaqlarına göz qoymağa davam edərsə...” - VİDEO
Mehriban Əliyeva Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib - FOTO
Damla şokoladlı türk paxlavası (foto resept)
Sirli pilləkən
Pensiya xərcləri artıb
Bu şəhərlərdə hər şey var, insan yoxdur-FOTO
Britaniyada türk əsilli koronavirus xəstəsi 222 gün xəstəliklə mübarizə apararaq “qəhrəman” oldu
Yaponiya kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb
Kişilər aşiq olarsa
Bakıya giriş-çıxış bağlanır? -AÇIQLAMA
Məşhur serialda azərbaycanlı obrazı olacaq-FOTO
Sürücülər bu xəbəri mütləq izləsin
Google Chrome-da səslə axtarmaq mümkün olacaq
Evlilikdə maddiyyat
Göz laynerini asan çəkmə üsulları
- ŞƏRHLƏR