Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir ))
37970

İştah azaldan qidalar

Pəhriz saxladığınız dövrlərdə uzun müddət tox qalmaq bəzən həqiqətən də çox çətin ola bilir. Qidalanma siyahınıza əlavə edəcəyiniz bəzi qidalarla həm tox qala bilər, həm də arıqlama müddətini sürətləndirə bilərsiniz.

İştah azaldan qidalar

Xiyar

Tərkibi yüksək su və sellüloz nisbəti ilə iştahı azaldır. Kalorisi aşağı bir qida olduğu üçün yeməklərdən dərhal sonra şirniyyat yemək istəyiniz olduqda, istədiyiniz miqdarda sərhədsiz seçim edə bilərsiniz.

İştah azaldan qidalar

Ayran

Süd qrupu bir qida olduğu üçün tərkibindəki zülal toxluq hissinizi artırır. Səhər, günorta və şam yeməklərində 1 stəkan ayran qan şəkəri səviyyəsinin qorunmasına kömək olur. Ayranın içinə əlavə olunacaq təzə göyərti və ədviyyat (nanə, cəfəri, kəklikotu, reyhan kimi) tortu miqdarını artıraraq iştahı azaldır.

İştah azaldan qidalar

Qabaq

Sellüloz nisbəti yüksək bir tərəvəzdir. İştahınıza nəzarəti təmin etməkdə çətinlik çəkirsinizsə, hər gün 1 qab qatıqlı qaynadılmış qabaq, qabaq şorbası və ya qabaq salatı seçim edərək toxluq hissinizi artıra bilərsiniz.

İştah azaldan qidalar

Qəhvə

Yeməklərdən 1 saat sonra seçəcəyiniz 1 fincan türk qəhvəsi və ya filtr qəhvə çox yemək istəyinizi azaldır. Toxluq hissinizin artmasına köməkçi olur. Yuxu problemi yaşamamaq üçün gündə 2 -3 fincan qəhvə içməniz lazım olduğunu unutmayın.

İştah azaldan qidalar

Yulaf

Taxıl qrupu içərisində sellüloz nisbəti yüksək və həzm müddəti uzun olması səbəbi ilə iştahınızın nəzarətinə köməkçi olur. Nahar və şam yeməklərinizi 2 xörək qaşığı yulafı 1 dilim çörək əvəzinə yesəniz, iştahınızı azalda bilərsiniz. 

İştah azaldan qidalar

Noxud

Mədə turşusunu azaldır. Aclıq hissinizin nəzarət altında olmasına köməkçi olur. Quru paxlalılardan noxud olduğu üçün sellüloz nisbəti yüksəkdir. Axşam yeməyindən sonra çox aclıq və şirniyyat yemək  istəsəniz, 1 fincan noxudu 1 dilim çörək yerinə yeyə bilərsiniz.

İştah azaldan qidalar

Yumurta

Keyfiyyətli zülal tarazlığı ilə iştahın balanslı olmasını təmin edən əhəmiyyətli bir qidadır. Allergiya və səhhətinizlə bağlı risk yoxdursa, günorta və əsas yeməklərdə ehtiyacınız olan miqdarda yumurtanı həftədə 2-3 dəfə seçməklə toxluq hissinizi artıra bilərsiniz.

İştah azaldan qidalar

Mərcimək

Paxlalılar fəsiləsi qidaları arasında zülal tərkibi ən yüksək olanıdır. Iştahın azalmasını təmin edir və toxluq hissinizi artırır. Salatlarınıza 4 yemək qaşığı qaynadılmış mərciməyi 1 dilim çörək yerinə əlavə etsəniz, iştahınızı nəzarət altına ala bilərsiniz.

Qaysı

Təzə ərik və quru tərkibində olan sellüloz miqdarı toxluq hissinizi artırır. Çox qida qəbul etmə istəyinizi tarazlar. 1 boşqab meyvə yerinə 4-5 ədəd təzə əriyi iştaha nəzarət edə bilərsiniz.

Səslərin sayı: 3
20
4303
loading...
Şərhlər
Offline
Mamedova
Maraqlı məlumatdı və lazımlı təşəkkürlər.
30 yanvar 2016 18:46
Offline
●♥ Səma ♥●
İstifadə edirəm bu qidalardan.Faydalı məlumatlardır.Təşəkkürlər.
19 sentyabr 2015 11:46
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
°elif •.°
Buların hamısını yeyirem ama merciçek sevmirem heç.....
14 iyun 2015 08:14
Offline
ssssssss
Bu qidalardan istifade edirem,qabaqdan basqa.Faydali xebere gore tesekkur edirem. give_ros
11 iyun 2015 12:24
Offline
Qəribə
Çox faydalı xəbərdir. Təşəkkürlər.
10 iyun 2015 14:00
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Sabrina Mamedova
Hamısı sevdiyim qidalardı yedikcə yemək istəyir insan.
8 iyun 2015 15:38
Offline
nigar dadasova
xebere gore sagolun
7 iyun 2015 14:00
Offline
Şəri Babayeva
Hamısını xoşlayıram. Təşəkkür.
6 iyun 2015 21:14
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Fatma xanım
Hamısını da istiadə edirəm
6 iyun 2015 19:35
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Sema Abbasova
Terane Allahverdiyeva,
Bu xəbərdəki qidalardan yeyin ki, tez acmıyasınız. Əgər yenə də çəkiniz artırsa, o zaman çörəkdən az istifadə edin. Yesəniz də köhnə çörək yeyin.. smile
6 iyun 2015 19:04
Offline
Terane Allahverdiyeva
Dawdan yumwaq ne var basiram.Bir tek yemediyim wey balqabaqdi.Oda duyuyle biwende plov yeyirem.bele sevmirem onu.Gel ariqla 82kq cekim var.neyniyim bilmirem.aj qalanda vitaminsiz yem basanda doze bilmirem.
6 iyun 2015 17:17
Offline
Duygu N-va
Mmmmmmmmm ayran nyam Hamısı sevdiyim qidalardır.
6 iyun 2015 13:39
Offline
S U S E N _BACI
HEE MENE LAP LAZIMDI O QEDER YEMEK YEYIREMKI smile
6 iyun 2015 09:18
Offline
Aysel İ.
Son günlər ən çox yediyim Yulaf, yumurta, xiyar))
6 iyun 2015 08:07
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ellada Babayeva
Yulaf, mərci xoşlamıram. Qalanını yeyirəm.
6 iyun 2015 01:12
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Sema Abbasova
Gultekin,
Mənim də kabak və yulaf istisna olmaqla, digərləri ilə aram yaxşıdı :)

Ramilya )),
Ayran yayın əvəzedilməzidir smile
5 iyun 2015 22:23
Offline
Ramilya ))
En cox istfade etdiyim qatiq ayrandi ) yes Qehve dogurdanda ishtahi azaldir
5 iyun 2015 21:43
Offline
Gultekin
Melumatlara gore sagolun xiyar; cox yeyirem
5 iyun 2015 21:13
Offline
Sema Abbasova
Mələksima,
Mən təşəkkür edirəm oxuduğunuz və rəy bildirdiyiniz üçün.
5 iyun 2015 19:54
Offline
Mələksima
Təşəkkürlər xəbər üçün xiyarı çox sevirəm onu yedikcə yemək istəyir insan.
5 iyun 2015 17:22
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır