Bakıda hava 19°
USD 1.7008 AZN
EUR 2.0296 AZN
18:36Xəyalə Murad Axşamınız xeyir olsun! 10:01Iceberg Salam, hər vaxtınız xeyir olsun)) 09:34Xəyalə Murad Sabahınız xeyir olsun, Əziz Qadin.Netlilər!
37722

Şəkərə xeyirli olan qidalar

 

Şəkərə xeyirli olan qidalar

 

Sarımsaq

Təbii bir antioksidan olan sarımsağın faydaları saymaqla bitmir. Qanın təmizləməsi və qaraciyərə dost bir qida olmaqla bərabər təzyiqi də normallaşdırır. Sarımsaq qan şəkərini aşağı salır və mədəaltı vəzi insulin miqdarını artırır. Buna görə, xüsusilə, şəkər xəstələrinə gündə 3 diş çiy sarımsaq istehlakı məsləhətdir.

 

 

Şəkərə xeyirli olan qidalar

 

Süd

Süddə olan yağ turşuları qan şəkərini azaldan xüsusiyyətə sahibdir. Hər sabah və axşam içilən bir stəkan süd qan şəkərini salmaqda ən yaxşı köməkçidir.

 

 

Şəkərə xeyirli olan qidalar

 

Ənginar

Qanda olan şəkərin yüksəlməsinin qarşısını aldığı kimi, həm də tarazlaşdırır. Buna görə ənginar şəkər xəstələrinin mətbəxində olmalıdır. Bundan əlavə, xərçəngə qarşı qorunmağa da kömək edir. 

 

 

Şəkərə xeyirli olan qidalar

 

Darçın

Darçın şəkəri saldığı kimi insulin miqdarını artırır. Şəkər xəstələrinə təbii bir dərman kimidir. Ümumiyyətlə, qabıqlı darçını dəmlədiyiniz çaya qatarsınızsa, ehtiyacınız olduğu qədərini alırsınız.

 

 

Şəkərə xeyirli olan qidalar

 

Paxla

Paxla qlisemik indeksi ən aşağı tərəvəzdir. Buna görə paxla yeyilərkən qan şəkəri yüksəlməz, hətta şəkəri normada saxlayar. Buna görə də paxla şəkər xəstələri üçün ən əhəmiyyətli qida maddələrindən biridir. 

 

 

Şəkərə xeyirli olan qidalar

 

Yer fıstığı

Yer fıstığı qan şəkərinə qarşı təsirlidir. Xüsusilə, yer fıstığı əzməsi qan şəkərini salıcı təsirə malikdir. Bu təbii ki, qaşıq-qaşıq yeməlisiniz mənasını vermir. Bir xörək qaşığı yer fıstığı əzməsi bir gün üçün kifayətdir.

 

 

Şəkərə xeyirli olan qidalar

 

Çay

Aparılan tədqiqatlar qara çayın qan şəkərini saldığını ortaya çıxarmışdır. Ancaq gündə üç fincan qara çay istifadə etmək lazımdır.

Səslərin sayı: 2
10
3938
Loading...
loading...
Şərhlər
Offline
Pərvanə
Bu paxlanı biz atama yedizdirə bilmirik özzüdə şəkər xəstəsidi ha deyirik xeyirlidi yoxxx yemərəm deyir nə olsunki xeyirlidi.
16 mart 2016 17:33
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Qəribə
Allah bele xestelere şefa versin.
10 iyun 2015 15:15
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Sema Abbasova
Pərvanə,
Dəniz84, Allah şəfa versin hər birinə. Amin..
4 iyun 2015 19:39
Offline
Pərvanə
Menim atamda şeker xestesidi Allah hamiya şefa versin.
4 iyun 2015 07:54
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Tərlan Əliyev
cox sag olun minnetdaram
3 iyun 2015 14:53
Offline
Aysel İ.
Nənəm şəkər xəstəliyindən əziyyət çəkir. Ona da istifdə edirik bunlardan. Darçınlı çay həqiqətən də çox xeyiridir.
3 iyun 2015 12:52
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Sema Abbasova
Ellada Babayeva,
Allah şəfa versin ananıza.. Amin..
3 iyun 2015 12:50
Offline
nigar dadasova
xebere gore tewekurler
3 iyun 2015 12:44
Offline
Ellada Babayeva
Ənginardan başqa hər birini istifadə edirik. Anam ikinci dərəcəli şəkər xəstəsidir. Allaha şükür hər şey yaxşıdır. Sadəcə özünü qorumalıdır bu cür xəstələr. İnsulin istifadə edən üçün çox çətindi.
3 iyun 2015 12:28
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Gultekin
Allah uzaq elesin bu xesteliyi olanlarada komek olsun.Faydalana bilerler
3 iyun 2015 11:44
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır