Bu tədbirlərdə həmişə dövlət bayrağından istifadə olunur. Lakin bəzən dövlət bayrağından istifadə zamanı yanlışlıqlara yol verilir. Qarşıdan çox mühüm tədbir – “Bakı-2015” birinci Avropa Oyunları gəlir. İyunun 12-dən 28-dək Avropanın idman nəbzi Azərbaycanda döyünəcək. “Bakı-2015”in yarışlarını izləmək üçün paytaxtımıza dünyanın bir çox ölkələrindən on minlərlə qonaq səfər edəcək.
Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq görən Azərbaycanda qarşımızda duran ümdə vəzifələrdən biri də küçə və prospektlərimizdə, idman arenalarında, azarkeşlərin başları üzərində dalğalanacaq dövlət bayrağımızdan düzgün istifadə etməkdir.
Ölkəmizdə dövlət bayrağından istifadə qaydaları barədə mükəmməl qanunvericilik bazası yaradılıb. 2004-cü ildə “Azərbaycan Respublikası dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanun qəbul edilib. 2005-ci ildə Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları” təsdiq olunub. 2013-cü ildə isə Nazirlər Kabineti “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərar qəbul edib.
AZƏRTAC dövlət bayrağından düzgün istifadə variantlarını aşağıdakı rəngli fotoşəkillər vasitəsilə təqdim edir:
Mərasimlər və digər təntənəli tədbirlər zamanı dövlət bayrağımız digər dövlətlərin, beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxanda Azərbaycan Respublikasının dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır.
Dövlət bayrağı ya bayraq dirəyinin, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır. Bu zaman bayrağın mavi zolağı dirəyin uc tərəfi istiqamətində olmalıdır.
Dövlət bayrağı binanın divarına dirəksiz şaquli vəziyyətdə asıldıqda və ya xüsusi tutqaclara bərkidildikdə onun mavi zolağı qarşıdan baxarkən sol tərəfdə yerləşməli, ayla ulduz isə üzü aşağı olmalıdır.
Dövlət bayrağı binanın divarına dirəksiz üfüqi vəziyyətdə asıldıqda və ya xüsusi tutqaclara bərkidildikdə mavi zolaq qarşıdan baxarkən yuxarıda olmalı, ayla ulduz isə sağ tərəfə baxmalıdır. (Foto 4)
Kiçik ölçülü dövlət bayrağı masaların, kürsülərin üstündə xüsusi oturacağı olan şaquli milə bərkidildikdə və yaxud əldə tutulduqda da mavi zolaq yuxarıda yerləşməlidir. (Foto 5, 6)
Dövlət bayrağı tribunalarda tamaşaçıların, yürüşlərdə iştirakçıların və qalib idmançıların əllərində üfüqi vəziyyətdə dirəksiz tutularkən də mavi zolaq yuxarıda olmalıdır. (Foto 7,8)
Azərbaycan Respublikasının dövlət bayrağından düzgün istifadə edilməsi hər kəsin vətəndaşlıq borcudur.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Maraqlı İlluziyalar
2018-ci ilin unudulmaz tərz sahibi məşhurlar
Koalaların nəsli kəsilə bilər
Zibillikdəki avtomobildən "sənət əsəri" yaratdı - FOTO
Müğənniyə olan sevgisi onu bu hala saldı - FOTO
Azərbaycanda psixoloji xidmət haqqında qanun qəbul edilə bilər
Günün ulduz falı
Ön cəbhədə şiddətli atışma
"Bakıdakı qalmaqal qorxulu yuxu idi, onu unutmaq lazımdır"
QOZ peçenyesi 4 variantlı tərkibdə(foto resept)
Evdəki dekorasiyanı tamamlayan divar kağızları
Gözəl sırğalar
"Jozefina" tortu (foto resept)
Yeni növ avtomobil kreditləri: bəla, yoxsa rahatlıq?
8 May-Şuşanın işğalı günüdür!
Can Yamanın yeni serialının yayım tarixi bəlli oldu - VİDEO
Şəhid oğlu hər kəsi göz yaşına boğdu: “Atamı cəmi doqquz il qucaqlaya bildim” - VİDEOREPORTAJ
Lavrov: “Moskva BMT-nin Qarabağdakı fəaliyyətlərə qoşulmasını gözləyir”
Həzmi asanlaşdıran çaylar
Tülin Şahin
Rihanna yeni albomla geri qayıdır!
Mədəmizi döndərən DÖNƏRlər
Məşhur aktrisa koronavirusa yoluxdu
Gənc skeletə bənzəmək üçün əməliyyat olundu-FOTO
Bir ilə 90 kq arıqladı-FOTO
Telekanal qazisini böyük coşqu ilə qarşıladı - VİDEO
Ramazanın 25-ci günüС‚ duası
Xoşa gəlməz ağız qoxusunun qarşısını necə almalı?
Cəbhədə son durum
“Dərs vaxtı”nın bu günə olan cədvəli açıqlandı - FOTO
100 yaşlı məhbusa ölüm hökmü verildi-FOTO
Azərbaycan qatarlarında möhtəşəm yenilik
Evdə bəzənə biləcək tort formaları
İki yüzdən çox rolda səhnəyə çıxan sənətkar
Unikal əməliyyat: 2 yaşlı oğlanı zorla arıqlatdılar
Kişilər sosial şəbəkələrdə
İnternetdə davranış milyonlarla itki yaratdı
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Günün ulduz falı
"iPhone" istifadəçilərinə bəd xəbər: "xəstəlik" var
Koronavirusla bağlı son STATİSTİKA
Qeyri-adi ayaqqabılar
Bu ölkə Putinlə savaşa girir?
BÜRCLƏR bizə nə vəd edir?-13 Avqust
Dişləri ağartmağın təbii yolları
"Azerspace-1" 50 milyon dollar pul qazanıb
2011-ci ilin çılçıraq modelləri
İlanların sayı artıb
Daha bir ölkə birdəfəlik plastik torbalardan imtina etdi
2018/2019 Qış gözəllik trendləri
- ŞƏRHLƏR