“Son müddət ərzində, keçən bayramlardan sonra, görün, energetika sahəsində nə qədər əhəmiyyətli hadisə baş verib. Keçən il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyulub. O tarix də çox rəmzi məna daşıyır. Ondan sonra Bakıda “Cənub” qaz dəhlizinin Məşvərət Şurasının ilk toplantısı keçirilib”.
ANS PRESS-in məlumatına görə, bunu prezident İlham Əliyev mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zaman deyib.
Dövlət başçısı vurğulayıb ki, mart ayında isə Türkiyədə TANAP layihəsinin təməli qoyulub:“İndi bütün səylərimiz ona yönəlib ki, bizi Gürcüstanla birləşdirən Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini və TANAP-Trans-Anadolu layihəsinin inşasını vaxtında, bəlkə də vaxtından əvvəl təmin edək. Məncə, biz qarşımıza qoyduğumuz hədəflərə vaxtında, bəlkə də daha tez çatacağıq. Eyni zamanda, ümid edirəm ki, TAP-Trans-Adriatik layihəsinin qarşısında da heç bir süni əngəl meydana çıxmayacaq. Çünki əgər belə əngəl olarsa, o zaman əlbəttə ki, burada udan tərəf olmayacaq.
Onu da qeyd etməliyəm ki, Azərbaycanın zəngin qaz resursları bizi və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təmin edəcək. Əlbəttə ki, bizim bazarlara çıxışımızla bağlı konkret addımlar atılır. Əgər TAP layihəsində hər hansı bir problem yaranarsa, o zaman biz qazımızı daha çox Türkiyə bazarına ixrac edəcəyik. Hər halda, onu qeyd etməliyəm ki, bazarlarla bağlı bizim heç bir narahatlığımız yoxdur. Sadəcə olaraq, TAP iştirakçılarının hamısı gərək məsuliyyətli davransınlar və süni şəkildə problem yaratmasınlar. Gələcəkdə əlbəttə ki, “Cənub” qaz dəhlizinin tam şəkildə işə düşməsi “Şahdəniz” yatağının işlənməsi ilə bərabər bizim strateji hədəfimizdir”.
İlham Əliyev bildirib ki, əslində qarşıda duran vəzifələr daha da çoxdur, bir çıxışda onların hamısını qeyd etmək mümkün deyil:
“Sadəcə olaraq, bəziləri haqqında fikirlərimi bildirdim. Həm söylədiyim sözlər, həm aparılan təhlil, həm gələcəyə olan baxışlarımız bir daha bizi əmin edir ki, Azərbaycanın inkişafı davamlı olacaq. Biz bundan sonra da inkişaf yolu ilə gedəcəyik. Bu inkişafın əsası bizim müstəqilliyimizdir. Müstəqilliyimiz bizim ən böyük dəyərimizdir, ən böyük sərvətimizdir. Biz müstəqilliyi qoruyuruq və qoruyacağıq”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Səs gigiyenası üçün bilməli olduqlarınız
Siqaretin törətdiyi qorxulu bəla: XOAX xəstəliyi
Arzular gerçəkləşir
Tarix müəllimi 20 dəqiqəyə milyonçu oldu - VİDEO
ETİRAFLAR:-"Oyuncaqsız uşaq valideynə nifrət edər?"
Məktəb seçimi ilə bağlı RƏSMİ AÇIQLAMA
Tikinti bazarında vəziyyət necədir?
Gəlin saçı düzəltdirərkən nələrə diqqət yetirməli?
Məşhur filmdə Conni Deppi əvəz edəcək aktyorun adı açıqlandı - FOTO
Bədənə görə şalvar seçimi
Turistlər üçün ən təhlükəsiz 20 ÖLKƏ
2017-ci ildə hansı bürclərə ikinci yarını tapmaq qismət olacaq?
Keçmiş ərindən Hülya Avşara jest
Bürclərə görə peşə seçimi
Ərdoğanın yeni Bakı səfərinin vaxtı bilindi
Çindən inanılmaz uğur: 30 kosmik aparat...
Sabahın HAVAsı
Krevetkalı pomidor
Yeni il axşamı üçün makiyaj və saç
Azərbaycana yay gəlir
Aclıq hissi yaradan qidalar
Çöp şişdə fərqli kabab (foto resept)
Yayın əvəzedilməz trendi: İpək donlar
Uşaq papıcları
Oğuzhanla Demet Özdemir birlikdədir?-FOTO
Kağız halva (3)
Putindən Serjə yeni qadağa
“YouTube” təhlükəli videoları qadağan etdi - VİDEO
"Küçük" bilib aldı, böyüyüb ayı oldu-FOTO
"Türkmənlərin mövcudluğu təhlükə altındadır"
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Turist Azərbaycana 2 min dollar xərcləyəcək
Leyla Əliyeva sakinlərlə görüşdə - FOTO
Düşmənin yüksək rütbəli zabitləri məhv edildi: Xankəndidə hərbi hissə vuruldu - VİDEO
Xalçadakı heyvan tükləri və sabunlar haqda
"Təhlükəli" qadınların 10 möhtəşəm özəlliyi
"Hercai"nin məşhur ulduzu erməni imiş-FOTO
Uşaqlıq dövrü pozuntuları (2) (childhood disorder)
Bakı-Balakən sərnişin qatari yeni tərkibdə xəttə çıxacaq
Rəsm əsərlərim
Sual yaradan şəkillər
Bu ölkəyə bayram haram oldu
Düyü şorbası (foto resept)
Priyanka Çopranın toyundan yeni FOTOlar
Kiyevdə "Azərbaycan gecəsi" keçirilib
Yeyilməyən meyvələr
Whatsapp-da yeni funksiyalar
Mobil qurğularda zərər artacaq
İmtahanların vaxtı bilindi
Oruc tutanlar üçün qidalanma tövsiyələri
- ŞƏRHLƏR