Rusiya paytaxtının ən iri kinoteatrlarından birində - hər bir azərbaycanlı üçün çox əziz adı olan "Bakı" kinoteatrında "Qanlı Yanvar" filminin nümayişi keçirilib.
Filmin başlamasına 40 dəqiqə qalmış aydın oldu ki, 600 nəfərlik kinoteatrda hamıya yer çatmır. Əlavə stullara ehtiyac yarandı. Məsələ bundadır ki, Moskvadakı Azərbaycan icması ANS telekanalına baxır və sevir. Telekanal isə mütəmadi olaraq ssenarist və rejissor Vahid Mustafa Yevin yeni filmindən, filmdə rol almış xarici aktyorlardan və təbii ki, filmin Bakıda və İstanbulda keçirilmiş premyerasından söhbət açıb.
Beləliklə, filmin Moskva premyerasına çox sayda adam gəlmişdi, çoxları ailəlikcə gəlmişdilər. Moskvada yaşayan azərbaycanlılardan biri bildirdi ki, Vahid Mustafayevin yeni işi Azərbaycanın ən yeni tarixinin bitkin bir hissəsidir: "Mən istəyirəm ki, bizim uşaqlar onların tarixi vətəni olan müstəqil Azərbaycanın hansı zülmlər çəkdiyini görsünlər. Azərbaycanın Rusiyadakı səfirliyi premyeraya moskvalı jürnalistləri, kinoşünasları, yaradıcı intelligensiyanın təmsilçilərini də dəvət etmişdi. Onların çoxu Vahid Mustafa Yevi 2013-cü ildə Moskvada nümayiş etdirilmiş "Xoca" filmindən tanıyırlar.
"Qanlı Yanvar" Vahid Mustafa Yevin ilk kinolenti deyil, amma onun işi bu dəfəki kimi ağır getmədi. Anası Naxış xanım ağır xəstələndi. Vahidin anasına həsr etdiyi film isə mütləq yanvarın 19-da Bakının böyük faciəsinin 25 illiyi ərəfəsində nümayiş etdirilməliydi.
Kinolent dəqiq vaxtında göstərildi, amma, təəssüf, ananı xilas etmək mümkün olmadı. Mustafayevlər ailəsi və bütün ANS kollektivi Naxış xanımı, bu möhtərəm ananı itirdi.
Amma onun obrazı ekranda yaşamaqdadır. Onun rolunu tanınmış türk aktrisası Nebahat Çehre canlandırır. Filmdə o, əsas rollardan birini - taleyin hökmü ilə barrikadanın müxtəlif tərəflərində yer almış iki qardaşın anasını canlandırır.
Film izləyicilərin çox xoşuna gəldi. Filmin müəllifi Vahid Mustafa Yevə, baş prodüseri Mir Şahin Ağayevə, filmdə oynamış aktyorlara ünvanlanmış sürəkli alqışlar bunu sübut edir.
Moskva sakinlərinin qısa müsahibələri:
"Dəhşətdir! O vaxt mənim 20 yaşım olub. Mən gördüm ki, mənim yaşıdlarımı Bakıda öldürürlər, insanları başqa cür yaşamaq istədiklərinə görə tankların altında əzirlər".
"Film sovet imperiyasının və kommunist rejiminin məhvinin başlanğıcını bariz göstərir. Həlak olanların xatirəsi önündə baş əyirəm".
"Bu, lazımlı filmdir, xüsusilə gənclər üçün. O bilməlidir ki, azadlıq və müstəqillik yuxarının göstərişi ilə verilmir. Azadlıq və müstəqillik sizin Bakıda etdiyiniz kimi əldə edilir".
İzləyicilər Vahid Mustafa Yevi dövrəyə alaraq hansı yeni filmi çəkməsi və yeni filmin mövzusu barədə uzun-uzadı suallar verməyə başladılar.
"Qanlı Yanvar" dünya şəhərlərinə öz səyahətini davam edir və hələ çox beynəlxalq kinofestivallarda iştirak edəcək.
Necə deyərlər, böyük iş böyük uğurlar gətirir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
İki ulduz eyni rol üçün mübarizə apardı-FOTO
Gülüş-3
Berkayın saatının qiyməti dodaq uçuqladır_FOTO
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
Düşmən Ağdam və Ağcabədini atəşə tutur - RƏSMİ
Öskürəyə qarşı ballı qəhvə
Mixail Qorbaçov 20 Yanvar qırğını haqda: "Bu mənə dərs oldu"
Ac olanda bədəninizdə nə baş verir?-AÇIQLAMA
Abşeronda kəndlilər şəhərliləri üstələyirlər
Bakıda ilk dəfə
Ramazanın altıncı gününün duası
Dünyaca məşhur aktrisa ərə gedir-FOTO
İsrail koronavirus peyvəndi hazırlayır
Günün qoroskopu: Uğurlu gündür!
Güclü külək əsəcək, temperatur enəcək
Başda və dəridə olan piy vəziləri (lipoma)
"Ananas" salatı (foto-resept)
TQDK-dan müraciət
"Xəstə bina" sindromu
Bakıda aprelin 25-dən bu yollar bağlanacaq - SİYAHI
Qırışların yaranmasının qarşısını alan maska
Mənsum İbrahimov və Təyyar Bayramov Ağdamda “Qarabağ” mahnısını oxudular - VİDEO
Ulduzlar ziyafət donları ilə diqqət çəkdilər-FOTO
Braziliya 8 dəqiqəyə 3 qol vurdu, yaponlar hollandlara qulaqburması verdi
Azərbaycan ombudsmanı mükafat aldı
Avropada koronavirusun yeni dalğası gözlənilir
Məşhur aktyoru oğruya oxşatdılar-FOTO
Sevgiyə həsrət
10 oğuldan sonra qız anası oldu-FOTO
Mursilər qəbiləsinin qadınları-FOTO
Pakistanın baş naziri ABŞ-ı pilotsuz təyyarələrin iştirakı ilə hücumu dayandırmağa çağırıb
Serenay Sarıkaya rol üçün dəyişir-FOTO
Qədim Misirdə istifadə olunan gözəllik üsulları
Gimnastikası üzrə qaliblər müəyyən edilib
Müəllimlərə daha bir şad xəbər
Kirayə mənzillərin qiyməti aşağı düşüb
Belinizin formasına görə necə geyinməlisiniz?
Məşhur restoranlar şəbəkəsi bağlandı-SƏBƏB
Yaz-yay ayaqqabı modelləri
Pendirli poğaça (video-resept)
Yenə sızıntı? Yeni iPhone 5S-in press-fotosu internetdə dərc edilib
Yeni trend: Saç sırğaları
Məşhur verilişə Kenan aparıcılıq edəcək-FOTO
Səfirlik: ""Versace"nin Dağlıq Qarabağda öz istehsalatının açılmasına dair planları yoxdur və olmayıb"
Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb
Valideynlərə bayram xəbərdarlığı
Serdar Ortaç Boşanmasından danışdı-FOTO
62 yaşında ana olmağa hazırlaşan qadın
Azərbaycan üçün "Korona" qorxusu varmı?
Yel Çərşənbəniz Mübarək!
- ŞƏRHLƏR