Bakıda hava
USD AZN
EUR AZN

Tükəzban İsmayılova

Tükəzban Məhərrəm qızı İsmayılova 1923-cü il dekabrın 21-də Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından özünü büruzə verən musiqi istedadı onu bütün həyatı boyu muğam sənətinə bağlamışdır. O, 1939-1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil almış və peşəkar xanəndə kimi çıxış etməyə başlamışdır.
Əmək fəaliyyətinə 1944-cü ildə Azərbaycan Radio Komitəsində müğənni kimi başlayan Tükəzban İsmayılova 1948-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.
Tükəzban İsmayılova
1956-cı ildə filarmoniyanın konsert şöbəsi “Azərbaycan Dövlət Estradası” təşkilatına çevrildikdən sonra o, 1962-ci ilə qədər burada çalışmışdır. Tükəzban İsmayılova 1962–1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1978-1993-cü illərdə “Azkonsert” Qastrol-Konsert Birliyinin solisti olmuş, 1994–2004-cü illərdə isə İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərmişdir.
Milli musiqimizin böyük sənətkarlar nəslinin görkəmli nümayəndəsi olmuş Tükəzban İsmayılova yüksək ifaçılıq qabiliyyəti və səhnə mədəniyyəti ilə fərqlənirdi. Ömrünün altmış ildən artıq bir dövrünü muğama həsr edən Tükəzban İsmayılova musiqimizin inkişafı naminə böyük əmək sərf etmişdir. Müğənninin oxuduğu klassik Azərbaycan muğamları və xalq mahnıları ifaçılıq sənəti tariximizə həmişəlik daxil olmuşdur.
Musiqimizin bütün incəliklərini dərindən mənimsəmiş Tükəzban İsmayılova Azərbaycan xanəndəlik sənətinə layiqli töhfələr vermişdir. Onun özünəməxsus üslubda oxuduğu “Qatar”, “Xaric segah”, “Şahnaz”, digər muğam və mahnılar milli musiqi xəzinəmizi zənginləşdirmişdir.
Tükəzban İsmayılova mədəniyyətimizdə öz dəst-xətti ilə seçilən sənətkar olmuşdur. Bir çox mahnı və təsnif məhz onun təkrarsız ifası ilə geniş yayılmışdır. 
Tükəzban İsmayılova dünyanın bir çox ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir. O, respublikamızda gənc xanəndələr nəslinin yetişdirilməsində də öz qüvvəsini əsirgəməmişdir.
Tükəzban İsmayılovanın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının ali mükafatlarından biri olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Tükəzban İsmayılova 24 mart 2008-ci ildə ömrünün 85-ci ilində Bakıda vəfat etmişdir.
Səslərin sayı: 1
12
10085
loading...
Şərhlər
Offline
Mələksima
Xanim_Xatun,
Qəribə,
S.S.N  M,
nigar dadasova,
Cavadova Xedice,
Çox sağ olun xanımlar rəyləriniz üçün give_ros
17 iyun 2015 21:06
Offline
Xanim_Xatun
O, Azərbaycan Respublikasının ali mükafatlarından biri olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
10 iyun 2015 16:38
Offline
Qəribə
Allah rəhmət eləsin.
6 iyun 2015 18:29
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
S U S E N _BACI
allah rehmet elesin cray ona
5 iyun 2015 20:12
Offline
nigar dadasova
Allah rəhmət eləsin.
1 iyun 2015 13:15
Offline
Cavadova Xedice
Allah rəhmət eləsin.
31 may 2015 20:36
Offline
Mələksima
Çox gözəl səsi olan müğənni idi

Bəli səsi gözəl olub.
31 may 2015 20:23
Offline
Fatma xanım
Çox gözəl səsi olan müğənni idi
31 may 2015 19:32
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Mələksima
Allah rəhmət eləsin.Özü yaxı insan olub ammaki qızı İlhamə Quliyeva

Amin.Qızı heç də o primadonnadı biggrin
31 may 2015 14:55
Offline
Pərvanə
Allah rəhmət eləsin.Özü yaxı insan olub ammaki qızı İlhamə Quliyeva am
31 may 2015 13:55
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Mələksima
Allah rəhmət eləsin.
31 may 2015 13:25
Offline
Aysel İ.
Musiqimizin bütün incəliklərini dərindən mənimsəmiş Tükəzban İsmayılova Azərbaycan xanəndəlik sənətinə layiqli töhfələr vermişdir. Onun özünəməxsus üslubda oxuduğu “Qatar”, “Xaric segah”, “Şahnaz”, digər muğam və mahnılar milli musiqi xəzinəmizi zənginləşdirmişdir.
31 may 2015 12:45
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış