M.Sadəddinov deyib ki, Avropa Oyunlarından fürsət kimi istifadə edərək Azərbaycanla bağlı tənqidi fikirlər səsləndirilir: "Bu torpaqda biz anadan olmuşuq, biz yaşayırıq və bu ölkənin bütün problemləri bizim problemlərimizdir. Bu gün şəxsən məni narahat edən bir məsələ var. Birinci Avropa Oyunları ilə bağlı tənqidi fikirlər söylənilir və bu tənqidi fikirlərin əksəriyyəti Azərbaycanda insan haqlarının pozulması ilə bağlıdır. Bu sahə bizim fəaliyyət sahəmizlə bağlı olduğu üçün məndə bir narahatlıq yaranıb. Əlbəttə, bu sahədə müəyyən problemlər var və biz də bu problemlərin üzərində daim işləyirik. Lazım gələndə beynəlxalq təşkilatların da imkanlarından istifadə etmişik, dövlət qurumları ilə münasibətlər qurmuşuq, müraciətlər etmişik, bu sahədə naliyyətlər əldə etmişik və edirik. Bəzən xaricdən olan müxtəlif tənqidlər bizim işimizə ziyan da gətirir".Hüquq müdafiəçisi deyib ki, ilk Avropa Oyunları ilə Azərbaycanda tarix yazılacaq: "Xristian Avropası öz ilk Avropa Oyunlarını müsəlman Azərbaycana həvalə edib. Bu gündən sonra Avropa Oyunları harada keçiriləcəksə, bu Oyunların məşəli bizim Atəşgahdan alovlandırılıb aparılacaq. Yəni bu, Azərbaycan üçün tarixi bir məsələdir".M.Sadəddinov Azərbaycana qarşı qarayaxma kampaniyasına cavab olaraq daha sonra deyib: "20 Yanvar hadisəsindən sonra Azərbaycanın ədalətli səsini dünyaya çatdıra bilmirdik. Biz heç kimə deyə bilmirdik ki, gəlib bizi tanklarla qırıb getdilər. Heç kəs buna inanmırdı. 92-ci ildə torpaqlarımız gedəndə biz öz ədalətli səsimizi heç kimə çatdıra bilmirdik. Onda biz əfəl olanda Azərbaycan yaxşı ölkə idi, heç kimin işi yox idi, amma Azərbaycan öz mövqeyini beynəlxalq aləmdə ortaya qoyanda, bir çox beynəlxalq güclərlə razılaşmayanda, artıq Azərbaycana qarşı müxtəlif yollardan istifadə etməyə başlayırlar".Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycan üçün yaxşı bir qlobal PR layihəsidir: "Bəzi adamlar ki bizim bədnam qonşularımızın köməyi ilə Azərbaycanı tənqid edirlər, azərbaycanlıları vəhşi insanlar kimi göstərirlər ki, Qarabağı bizdən ayırsınlar. Onlar buna kifayət qədər pul xərcləyiblər. Onlar istəmirlər ki, yaratdıqları mif dağılsın. Avropa Oyunları Azərbaycanla bağlı bir çox mifləri dağıdacaq. İnsanlar gəlib baxacaq, reallıqları görəcəklər".Qeyd edək ki, Azərbaycanın nüfuzlu hüquq müdafiəsi təşkilatlarının təşəbbüsü və Trend İnformasiya Agentliyinin informasiya dəstəyi ilə ilk Avropa Oyunları ilə bağlı "dəyirmi masa" keçirilib.Trend İnformasiya Agentliyinin konfrans zalında keçirilən "dəyirmi masa"da müxtəlif mövqedə olan hüquq müdafiəsi təşkilatlarının rəhbərləri, o cümlədən Azərbaycan Demokratiyanın İnkişafı və İnsan Haqları Müdafiəsi Fondu, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı, "Humanitar Tədqiqatlar" İctimai Birliyi, Azərbaycan İnsan Haqları Mərkəzi, "Hüquqi Yardım" İctimai Birliyinin rəhbərləri iştirak ediblər."Dəyirmi masa"da aparılan müzakirələrdən sonra müraciət qəbul olunub. Müraciətdə Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası pislənilib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradıldı
Dünyaca məşhur rəssam 7 ildir tullantılarla qidalanır-FOTO
Azərbaycanlı qadın döyüşçü ABŞ təşkilatı ilə müqavilə bağladı
Xallı keks(foto resept)
Uşaqların maraqlı cavabları
Telefonunuzu kimlərin izlədiyini bu kodlarla öyrənin
İnfiniti –nin iddialı genişlənmə planları zəngin irsə əsaslanır.
Amine Gülşenin gəlinliyi qiyməti ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Misirə də qar yağdı: son 122 ildə ilk dəfə
Messi "Real"a keçir?
Körpələriniz üçün
2019-un manikür trendləri
Yeni Maserati GranCabrio
"Cəbhə xəttindəki gərginlik Formula 1-ə təsir etməyəcək"
Dünya haqqında çox bilinməyən faktlar
Dəhşətli zəlzələ proqnozu:40 milyon insan öləcək
Sevgi
Xanım idmançımız Azərbaycanda ilkə imza atdı
"ANS lisenziya üçün təkrar müraciət edə bilməz" - MTRŞ
Siqaret çəkən qadınlar.
Türkiyədə iqtidar dəyişir
Qarışıq pizza (foto resept)
Serj müharibəyə mayda başlayır?
Bekhamın 450 milyon dollarlıq yeni evi - FOTO
Şagirdlərə dərsliklərin paylanılmasına başlanıldı
"İlin ən gözəl qadınları" bəlli oldu-FOTO
Olimpiya çempionumuzla bağlı ilginc məlumat
HAVA necə olacaq?-4 Sentyabr
Melisa Aslı Pamuk yeni serialda
Hamilələr üçün stil dərsləri
Azərbaycan insan alverinə qarşı mübarizədə irəlidədir
Kənan Doğulu Beren Saatla çəkdirdiyi yeni klipini təqdim etdi-VİDEO
Platforma ayaqqabılar
Səudiyyə Ərəbistanında sel oldu
İki dəqiqəsinə 500 min təklif olundu, təklifi rədd etdi
İnteryerdə canlı rənglər
52 min insana şad xəbər - Əmanətiniz geri qaytarılacaq
DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ
Günün qoroskopu: bu günün hadisələri sizi sevindirəcək
Məşhurların milyon dollara satılan əşyaları
Şagirdlərdə ürək qüsurlu xəstəlik aşkar edildi
Hava necə olacaq?
Nişan konfetləri
II və III qrup üzrə qəbul imtahanlarının tarixini açıqladı - CƏDVƏL
Adilikdən qeyri-adilik yaratmaq
Ziyafət ayaqqabıları
Pele: "Səsimi Messiyə verəcəm, amma Zidan Leodan güclü idi"
Ağır xəstə olan xalq şairindən xəbər var: "Yaralarım bitişmir..."
Qadınlar niyə elmə maraq göstərmir?
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi(1)
- ŞƏRHLƏR