Hamımız yanırq. Amma Odlar Yurdunun övladları olduğumuz üçün yox. Oddan kül törəyir ona görə.
Bu evin üzü qaradır. Onu biz yandırdıq. Bəzən laqeydlik, bəzən yola ver getsinlik, bəzən, diqqətsizlik, bəzən rüşvət hesabına nələrəsə göz yummaq, bəzən səhlənkarlıq, bəzən məsuliyyətsizlik və bütün bu səbəblərin hamısının cəmi ilə. Bu ev dövlətimizin 100 minlərlə binasından biridir. Və dövlət adlandırdığımız böyük ev belə evlərdən tikilib.
Nə baş verib? Əlbəttə, böyük bir faciə, müdhiş bir dərd, 10 böyük, 5 körpə qəbri qoyub gedən fəlakət. Və ən qəribəsi budur ki, bu evin yanmasını təşkil edərkən ilk baxışda yaxşılıq etmək istəyirdik. Bu evə xüsusi materialdan üzlük qatı da elə ona görə çəkmişdik ki, bina yaraşıqlı görünsün. Amma Cəhənnəmə aparan yol xeyirxah niyyətlərlə fərqlənib - deyirlər.
Birimiz bir şeyə göz yumub dedik cəhənnəmə ki, o birimiz bir başqa şeyə göz yumub dedik cəhənnəmə ki, və buyurub aldıq: bu da cəhənnəm … Bu cəhənnəm odu əslində burda yananlar üçün deyildi… Başqalarının oduna bu yaşlar yandı. Amma var axı. Bu binanın üzlük qatını hazırlayan, onun keyfiyyətinə nəzarət etməli olan, bu üzlüyü gətirib divarlara sırıyan da, onlara görə halallı-haramlı pulunu alıb cibinə qoyan da biz idik. Axı bu binanı göyə qaldırıb orda üzləyib, sonra da paraşutlə gətirib bura qoymamışdılar.
Prezident İlham Əliyev keçirdiyi xüsusi müşavirədə bir sıra boşluqları üzə çıxardı. Hamımız burda idi. Tikən də, bərpa edən də, qəbul edən də. Evimiz niyə yandı? Niyə 15 nəfərimiz öldü... niyə 5 körpənin qanlısı olduq? Axı bütün bunlar olmaya bilərdi… Kimsə on beş manat qazanacaqdı deyə on beş nəfər niyə ölməliydi? Versiyalar çoxdu… təbii ki, amma onların hamısının kökü bir versiyadan mütləq şəkildə keçir. Rüşvət… Hansı səviyyədə hansı mərtəbədə alınmasından asılı olmayaraq rüşvət… Prezidentin yanında məsuliyyətimizi yaxşı anladığımızı hiss etdirirdik. Davranışımızdan anlaşılırdı ki, nəsə xoşəgəlməz, ağır bir prosesin içindəyik və bura mükafat üçün çağrılmamışıq.
İlham Əliyevin irad tutduğu məsələlər əslində bizim üçün yeni olmamalıydı. Çünki bu toplantıya məhz rəhbərlik etdiyimiz qurumların fəaliyyətinin nəticəsinə cavab vermək üçün dəvət olunmuşduq. Təbii ki, bu ev yanandan sonra nələrsə, kimlərsə dəyişəcək, cəzalandırılanlar olacaq, necə ki artıq var… Daha məsuliyyətli olacağıq. Dövlət öz vətəndaşını qorumağın daha etibarlı yollarını və mexaizmlərini tapacaq.
“Tələb edirəm ki, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün mənə konkret təkliflər paketi mənə təqdim edilsin. Çünki mən görürəm ki, bu sahədə ciddi tənzimləmə sistemi yoxdur”, - deyə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bildirib.
Məlum oldu ki, hətta dövlət parklarının bir hissəsini özələşdirib ev tikirik. Ona görə də dövlət başçısı Qanunun Qüvvəyə minməsini əngəlləyərək özləri Qanunları minən qüvvələrin üzərinə getdiyini açıq şəkildə bəyan etdi:
“Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı”.
Yəni baxın ha… Evlərinizi başınıza uçuraram. Amma mən Prezidentin çıxışından bir parçanı xüsusi olaraq şərhimin sonuna saxladım. Son zamanlar dəbdə olan, az qala bizim eradan əvvəl bizim eradan sonra mənasına yaxınlaşan Avropa Oyunlarını hər yerdə, hər hərəkətdə bir cızıq, bir sərhəd kimi hallandırmağımız İlham Əliyevi belə bir haşiyəyə vadar etdi:
“Söküb, bərpa etməmək də olar. Avropa Oyunları və başqa böyük tədbirlər bu faciə qarşısında heçə bərabərdir”.
Doğrudan da bu insan ömrüdür, oyun deyil. Və Prezident onu demək istəyirdi ki, biz Avropa Oyunlarını ona görə keçiririk ki, ölkə və onun vətəndaşları daha yaxşı yaşasın.
Turistlər gəlsin, pul gətirsinlər, camaatımız onların xidmətindən bəhrələnsin, dövlətimiz tanınsın, onun haqqında yanlış təsəvürü olanlar doğru Azərbaycana baxsınar, Azərbaycana doğru baxsınlar.
Başımız elə qarışıb ki, fikir verməmişik: deyəsən səbəb və nəticə əlaqəsi pozulub axı. Biz oyunları keçirməkdən ötrü ölmürük, yəni oyunları ona görə keçirimirik ki, ölək, yanaq…. Əksinə keçiririk ki, yaşayaq!
Mən sonda yenidən Bu Üzüqara Evə qayıdıram. Və bu rəngə həm də üzümüzün rəngi kimi baxıram. Əlbəttə rənglənəcək, əlbəttə harasısa ağardılacaq… amma altı ki, qara qalacaq… və hələ uzun müddət bu binanın mənzillərinin bir neçəsində körpə ruhlar dolaraşaq analarını, öz oyuncaqlarını axtaracaq, tapmayacaq və köməksiz şəkildə ağlayacaq.
Allah cənnəti ilə ovundursun.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Putindən ŞOK XƏBƏRDARLIQ: Böyük bəlaya hazır olun
Bürclərin mənfi xüsusiyyətləri
Azərbaycanın bəzi ərazilərinə giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
Məşhur hind aktyorlarının bu günü
Yerə potensial təhlükəli asteroid yaxınlaşır
Yaddaşı gücləndirən qidalar
Vanqanın 2018-ci il üçün proqnozu DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO
Merve Boluğur depressiyadan çıxdı-FOTO
XƏBƏRDARLIQ: Yumurtanı belə yeməyin... - FOTOLAR
Məşhur müğənni itinin ayı balası olduğunu öyrəndi-FOTO/VİDEO
Yüksək təzyiqin zərərləri nədir?
Qaçış - gözəllik və həyat hərəkətdədir...
İdman zalında çəkilən qəribə şəkillər
Kişilərə qızıl bəzək əşyalarının haram edilməsinin səbəbi nədir?
Qatil olmaq istəyirsinizmi?
Xankəndidə humanitar mərkəz yaradılır
Pazllar ("Yusifin dünyası")
2014-cü ilin bahar ətirləri
Zərərli qidalar
Belçikada güclü yağış və daşqın baş verib, ölənlər var
Koşta, Mata və Torres Avropa çempionatından kənarda qaldı
Azərbaycanda ipoteka qaydaları dəyişəcək
Duzdan dərman düzəldin
Qozlu çörək (foto resept)
Məşhur reper HƏBS EDİLDİ-SƏBƏB
Uşağınızın sizi sevdiyini göstərən 7 işarə
Su pulu QALXDI
Dişlərinizi onunla qoruyun !
Azərbaycan filmləri Banqladeşdə
Bakıda qida yoxlamağın yeni yolu
Eynşteynin “xoşbəxtlik formulları” şok qiymətə satıldı
Can Yaman Burak Özçivitə söz atdı
Ədviyyatlar haqqında bilmədiklərimiz
GUAM PA Bürosu iki sənəd layihəsini təsdiqlədi
Qat-qat xəmirdən içlikli bükmə (foto resept)
Seçki məntəqələrində təcili tibbi yardım briqadaları fəaliyyət göstərəcək
Can Yaman haqqında şok iddia
Çiyələk mürəbbəsi (foto resept)
Kivi mürəbbəsi (foto-resept)
3D şəkillər
Müge Boz ana oldu-FOTO
Maraqlı evlənmə təklifi
Avtomobildə kitab oxuyarkən ürək bulanmasının səbəbləri
Kəlbəcər girovu: "Anam üçün çox darıxmışam"
Livan mətbuatı 20 Yanvar faciəsindən yazdı
Xaçmazlı idmançı Avropa çempionatının qalibi oldu
“Ermənilər rahat dayanmır”
Kiçik xalçaların toxunma qaydası (Video)
Yaşıl meydanda daha bir ölüm
Priyanka Çopranın toyu 4 gündür ki davam edir-FOTO
- ŞƏRHLƏR