Bakıda hava 18°
USD 1.7000 AZN
EUR 1.9649 AZN
17 oktyabr 23:34PERI eleykum salam 17 oktyabr 17:24Sima salam millet
39309

Sinə xərçəngi haqqında

İlk əvvəl hər 8 qadından birinin sinə xərçəngi xəstəliyinə tutulduğu düşünülsə, qadın olaraq "Mənə bir şey olmaz” fikrini beyninizdən atmağınız lazımdır. Qadınların ən böyük düşməni sayılan bu xəstəliyə qarşı tədbirli olmağınız üçün bu xəbəri diqqətlə oxuyun.

Sinə xərçəngi yalnız yaşlılarda olur inancı.

Bu böyük bir yalandır! Hər il 45 yaş altı 25.000 qadına döş xərçəngi diaqnozu qoyulur. 20 yaşından etibarən tez-tez bu xəstəliklə əlaqədar yoxlanışa başlamalı, ya da sinənizlə əlaqədar bir sıxıntı hiss edirsinizsə həkimə getməkdən çəkinməməlisiniz!

Qadın olmaq ən böyük risk!

Yalnız qadın olmağınız belə döş xərçənginə tutulmaq üçün ən əhəmiyyətli faktorlarından biridir. Döş xərçəngi hadisələrinin 99% -i qadınlarda müşahidə edilir. Döş xərçənginin meydana gəlməsini təmin edən digər əhəmiyyətli faktorlar 30 yaşından sonra hamilə qalmaqdır.

Məlumatlı və şüurlu olmaq əhəmiyyətlidir!

Hər qadının bu nöqtədə özünü tanıması və hər yaşda bu şey üçün mübarizə aparması vacibdir. Xüsusilə aybaşı gördüyünüz dövrlərdə özünüzə tez-tez nəzarət etməniz lazımdır, çünki xərçəngin az qala hər növündə olduğu kimi döş xərçəngində də erkən diaqnoz böyük əhəmiyyət daşıyır!

İrq və etnik mənşə təsiri

İrq sinə xərçənginə tutulma nisbətində təsirli ola bilir. Bioloji olaraq daha aqressiv olan ağ qadınların bu xərçəngə tutulma ehtimalı daha yüksək olur. Ancaq qara bədənli qadınlarda bu riskin daha aşağı olduğu müşahidə edilir.

Doğru müalicə üsulları

Mövzu sağlamlığınız olduğunda geriyə qalan hər şeyi ikinci plana atmağı öyrənməlisiniz. Sinə xərçəngiylə olması lazım olduğu kimi vuruşmasanız, o bu döyüşü qazanmaq üçün əlindən gələni edəcəkdir! 3 növü olan bu xərçəngin hər birində sinənizi aldırmaq lazım deyil. Bu səbəblə sinə xərçənginə uyğun müalicə üsulunu seçmək lazımdır. Həkiminizin qadın, ya da kişi olması sizi heç maraqlandırmayan ünsürlərdən biri olmalıdır! Unutmayın, heç bir şey sağlamlığınızdan daha əhəmiyyətli deyil.

Parlaq gələcək

Son zamanlarda döş xərçəngi haqqında  bu qədər tez-tez eşitməyiiz  və onunla əlaqədar xəbərdarlıqlarla tez-tez qarşılaşmamız döş xərçənginin yeni-yeni yayılmasıyla əlaqədar deyildir. Əvvəldən də vardı, təəssüf ki. Aradakı fərq indi qadın-kişi bütün insanların bu mövzuda marifləndirilməsi və daha həssas olmalarıdır. Siz də bütün dostlarınızı, ailənizi, qızlarınızı bu mövzu haqqında məlumatlandırmağı unutmayın! Vaxtında qoyulan diaqnoz həyat qurtarar.

Səslərin sayı: 4
14
2481
loading...
Şərhlər
Offline
Mələksima
Xanim_Xatun,
°ღ  PreNseS•.♥.•°ღ,
Qəribə,
Çox sağ olun xanımlar rəyləriniz üçün give_ros
17 iyun 2015 21:14
Offline
Xanim_Xatun
Siz də bütün dostlarınızı, ailənizi, qızlarınızı bu mövzu haqqında məlumatlandırmağı unutmayın! Vaxtında qoyulan diaqnoz həyat qurtarar.
10 iyun 2015 16:32
Offline
°elif •.°
Cox qorxunc xestelikdi
30 may 2015 11:26
Offline
Qəribə
Allah heç qadına bunu yaşatmasın.
Allah hər kəsə kömək olsun. girl_ang
Cox sagolun, təşəkkür edirəm. give_ros
30 may 2015 01:52
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Mələksima
Azadə Həbibzadə,
Cavadova Xedice,
Şəri Babayeva,
Pərvanə,
Ellada Babayeva,
Duygu N-va,
Fatma xanım,
Dəniz84,
●♥ Səma ♥●,
Təşəkkürlər xanımlar fikirləriniz üçün.
30 may 2015 00:27
Offline
Şəri Babayeva
Siz də bütün dostlarınızı, ailənizi, qızlarınızı bu mövzu haqqında məlumatlandırmağı unutmayın! Vaxtında qoyulan diaqnoz həyat qurtarar.
good
Təşəkkür.
29 may 2015 21:01
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Azadə Həbibzadə
Lazimli xeber idi bu haqda oxuyub diqqetli olmaq lazimdir.Sagolun
29 may 2015 18:23
Offline
Cavadova Xedice
Allah uzaq eyləsin bizlərdən.
29 may 2015 16:36
Offline
Pərvanə
Allah uzaq eləsin pis xəstəlikləri bütün xanımlardan.
29 may 2015 15:51
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Ellada Babayeva
Vaxtında qoyulan diaqnoz həyat qurtarar.

yes
29 may 2015 14:48
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Duygu N-va
ÇOx pis xəstəlikdir. Hər il bir çox qadın bu xəstəlikdən ötrü xəstəxanaya üz tutur. Allah hər kəsə kömək olsun.
29 may 2015 14:27
Offline
Fatma xanım
Allah heç qadına bunu yaşatmasın , mən gedib yoxlatdırana kimi nələr çəkdim bir mən bilirəm birdə məni yaradan çox şükürlər ki kista çıxdı sonrada brokili içdim davamlı olaraq şükür indi hər şey yaxşıdı
29 may 2015 12:59
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aysel İ.
Hər bir qadının bilməsiolan məlumatlardır. çox təəsüf ki, 21-ci əsrin ən böyük bəlalardan biridir. Tez-tez yoxlanmaq əgər əlamətləri varsa vaxtında müalicəsini etdirmək lazımdır.
29 may 2015 12:29
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
●♥ Səma ♥●
Həkiminizin qadın, ya da kişi olması sizi heç maraqlandırmayan ünsürlərdən biri olmalıdır! Unutmayın, heç bir şey sağlamlığınızdan daha əhəmiyyətli deyil.
Tamamilə doğrudur.Təşəkkürlər.
29 may 2015 10:41
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!