Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Jurnalistlər Şəbəkəsi (AJN) İctimai Birliyi ilə birgə “Azərbaycanda futbol jurnalistikasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün iki günlük təlim keçirib.
Təlimin məqsədi milli mətbuatda futbol üzrə ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarını təkmilləşdirməkdir. Futbol xəbərlərinin auditoriyaya daha yaxşı formada çatdırılması üçün müasir media vasitələrinın üstünlüklərindən faydalanan iştirakçılar praktik məşğələlər vasitəsilə yeni bilik və bacarıqlar əldə edəcəklər.
Bayıl Arena stadioununda idman sahəsindən yazan jurnalistlər üçün təşkil olunan təlim yerli mütəxəssislər tərəfindən aparılıb. Burada futbol jurnalistlərinə “Xəbərlərin auditoriyaya maraqlı çatdırılması qaydaları və yolları”, “Peşəkar futbol şərhçiliyi”, “Multimediadan düzgün istifadə” və s. kimi mövzular haqqında danışılıb.
Təlim sessiyasının sonunda Milli yığmanın baş məşqçisi Robert Prosineçki, millinin oyunçuları Vüqar Nadirov və Qara Qarayev iştirak edərək futbol və futbolçular haqqında xəbərlərin mediada işıqlandırılması ilə bağlı öz müşahidələrini bölüşüblər.
Təlimin ikinci məhrhələsi futbol xəbərlərinin multimedia vasitələrində yayılmasına həsr olunacaq və Milli Mətbuat günü ərəfəsində keçiriləcək. O vaxta kimi isə idman jurnalistləri birinci mərhələdə əldə etdikləri məlumatları onlayn məşğələlərdə tətbiq edəcəklər.
Təlimləri müvəffəqiyyətlə başa vuran iştirakçılardan biri Mançesterə yollanacaq.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
XƏBƏR LENTİ
Tanış olun: iPhone bu qadının səsi ilə danışır
Aprelin 1-dən Azərbaycanda 80 mindən çox vətəndaşın təqaüdü artırılacaq
Kakao yağının dərimizə faydaları
Səmadan şokolad yağdı
2011-ci ilin milyarderləri
Bred Pitt "Oskar"dan imtina etdi-SƏBƏB
Seren Serengil əlil arabasında oturur-SƏBƏB
Sabahın HAVAsı
​Mart ayında 6 gün dərs olmayacaq
Mətbəx üçün künc dəstləri modelləri
Sinqapurda yeni super otel tikiləcək
Ermənilərdən yeni təxribat
Yaponiyanın şərqində güclü zəlzələ baş verib, təkanlar Tokioda da hiss edilib
Bitkilər üçün 3 təbii gübrə
Hava haqqında
Həmyerlilərimiz milyarder siyahıya düşdülər - REYTİNQ
Bu şəxslərin əməkhaqqı 50% artırıldı - SƏRƏNCAM
Keniya gözəlinə ölüm hökmü - Şok səbəb
Belə ömrü kişilər yaşayır...
Abraham Linkolnun oğlunun müəlliminə yazdığı məktub
Rezin əlcək koronavirusdan qoruyur? - ÜST AÇIQLADI
BÜRCLƏR bizə nə vəd edir? - 16 mart
"Bu iş qadınlar üçün deyil"
Bu da Toyota Avalon
Tarixə təkrar baxış: Dərbənd qalası - FOTOSESSİYA
Türkiyədə matəm elan olundu
Cəbhədə atəş səsləri eşidildi
Berkay olan otelə fanatları hücüm etdi
Yeni il qabağı avtomobillərə qadağa
Ağ Evin qarşısında atışma
Siqaret tərgitmək üçün.
Qubadlıya rayonun adı yazılmış yeni lövhə quraşdırıldı - VİDEO
Makiyajı kremlə təmizləmək
Günün ulduz falı
Həzi Aslanov yad edildi
Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar - 272 kq
20-50 yaşlı dolu xanımlara stil təklifləri
Noxud şorbası (foto resept)
COVID-19-a yoluxmamış şəxslərin qanında koronavirusa qarşı immunitet aşkarlandı
İbrahim Tatlıses paylaşımı ilə diqqət çəkdi
Müsəlman ixtiraçılar dünyaya nə veriblər?
Yaşı az olsa da, ürəyi Vətən boyda olan 18 yaşlı şəhidimiz - VİDEO
İnsanı öldürən 10 ərzaq
Rayonlarda internetin dayandırılması ilə bağlı xəbərlərə nazirlikdən RƏSMİ AÇIQLAMA
Muncuqlu və qızıl-gümüş bilərziklər
Qiyməli kartof dolması (foto-resept)
Azərbaycanın adı dünyaca məşhur serialda
Rəngarəng ideyalar
Beyonsenin tətil xərci dodaq uçuqladır-FOTO
Səhər yeməyində 3 qidadan uzaq olun
- ŞƏRHLƏR