Laçın — Azərbaycan Respublikasıda şəhər, Laçın rayonunun inzibati mərkəzi.
Respublikanın paytaxtı Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olmuşdur.
18 may 1992-ci ildən erməni silahlı qüvvələrinin işğalı altındadır.
Laçın əvvəllər Abdallar adlanıb, 1923-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib.
"Laçın" toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Ona qədər isə bu ad "Yuxaı Laçın" adlı kəndin adında özünü qoruyub saxlamışdır. Qismən qədim xəritələr üzərində araşdırmalar göstərir ki, Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasının əsas zirvəsi ilə yanaşı Laçın adlı bir zirvə də diqqəti cəlb edir.Bu zirvə Yuxarı Qarabağ bölgəsində Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir.
Araşdırmalar göstərir ki, "Laçın" adı coğrafi, tarixi və ədəbi mənbələrdə rast gəlinir. Mənbələrə baxarkən "Laçın" toponimi bir oronim-yəni dağ adı kimi bizə məlum olur. Lakin bu toponim həm də özünə bir oykonim şəklində bir növ vətəndaşlıq hüququ qazanmışdır. Bunu Laçın adlı kəndlərin adında görə bilərik: Şuşada Laçınlar, Kəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya qalası və s. buna misal ola bilər.
Əvvəlcədən qeyd etdiyimiz kimi bu adın sorağı ilə ədəbi materiallara müraciət etdik də "Laçın" adına rast gəlmək olur. Hal-hazırda, eləcə də yaxın keşmişdə bu adı axtarmaq çox asandır. Laçın adlnı daşıyan şəxslər hal-hazırkı dövrdə də vardır. Ancaq buadın sorağı ilə uzaq keçmiçə müraciət etdik də məşhur hind şairi Əmir Xosrov Dəhləvinin həyatından bəhs edən mənbələrdə onun atasının soyadında "Laçın" sözü diqqəti cəlb edir.Onun adı belədir: Əmir Mahmud Şəms Laçın. Tarixi mənbələrdən aydın olur ki, onun ata-babası Hindistana Orta Asiyanın işğalı ilə əlaqədar gəlmişlər. O zaman "Laçın" türk tayfası Türkmənistanın cənubunda Kopetdağında məskunlaşmışdılar. Hindistanda yaşayıb-yaratmış, dövrünün ən böyük şairi Əmir Xosrov Dəhləvinin adında tayfasının adı göstərilmişdir.
Qeyd edək ki, "Laçın" türk tayfası XIII əsrin əvvəllərində Türkmənistanın cənubundakı ərazilərdə yaşayırdılar.Monqolların hücumu zamanı Laçın tayfalarının bir hissəsi Azərbaycana pənah gətirmişlər.Onlar Qarabağın yuxarı bölgəsində Xaçın məlikliyində, Xəlfəlidə, eləcə də Qarqarçay, Həkəriçay hövzələri yaxınlığında məskən salmışlar. "Laçın" türk tayfasının bir hissəsi isə Hindistanda sığınacaq tapmışdır.
Orta əsrlərdə Azərbaycanda Laçın qalası və Laçın şəhəri də olmuşdur. Qarabağda Laçın qalasının olmasını Kirakos Gəncəli qeyd etmişdir. O, yazır ki, Laçın Həsən Cəlalın qalalarından biri idi. Azərbaycanda orta əsrlərdə Laçın adlı şəhər də olmuşdur ki, bu şəhərdə pul kəsilirdi. Bu şəhər Çobani xanlarının zamanında daha da şöhrətlənmişdi.
XƏBƏR LENTİ
Keyt Bekinseyl pərəstişkarlarını son görüntüləri ilə heyran qoydu - FOTO
Bakıda klassik avtomobillərin yürüşü start götürüb
Xatirələr
Əsgərlərimiz "qan ocağı"ndan döndülər
Günün ulduz falı - 22.08.2013
NASA zəlzələ qurbanlarını xilas edəcək
"Türkiyə uzağı 3 ilə yox olacaq"
"Arvadlarınızın açıq-saçıq şəkillərini saxlamayın"
Twitter-də video dövrü başlanır
ABŞ-da fövqəladə vəziyyət elan edildi
Qızlarına "Evet" adını qoydular - Referenduma görə
Əsgərlər intihar edə bilməyəcək
Hansı müəllimlərin maaşı artacaq?
Gəlin fataları
Kimə hansı rəng yaraşır?
Dünya qara buğdaya meyl edir
Məşhur aparıcının bu hərəkəti Qalmaqal yaratdı-FOTO
1 iyunda uşaqlara sürpriz (foto resept)
Hamiləliyinizə kef qatacaq 10 məsləhət
May ayının qeyri-iş günləri açıqlandı
Bakıda "qaşqabaqlı" yaz havası
Mobil qurğularda təhlükələr artır
Çörəyin qiyməti artacaq?
Tərtərin pambıq zavodunda düşmən atəşi nəticəsində başlayan yanğın davam edir
Düşmənin viran qoyduğu daha bir yurd yerimizin ürəkdağlayan görüntüləri - VİDEO
Bu rəsm əsəri 90,3 milyon dollara satıldı-FOTO
Yeni rəsm növü: Pişikli Mənzərələr
Şagirdlərin I sinfə qəbulu elektron formada ola bilər
10 min nəfərlik plov bişirildi-FOTO
Bakı metropolitenində fləşmob
Mavi almaz rekord qiymətə satışda
Yağış və külək geri qayıdır
Prezident İlham Əliyev Kürdəmirdə heyvandarlıq və süd kompleksi ilə tanış olub (FOTO)
5 il öncə boşandığı xanımı ilə bu səbəbdən bir araya gəldi
Münaqişə sevgi bağını gücləndirirmi?
Vərəm xəstəliyi (Tuberkuloz)
Kür çayının aşağı axınında müsbət dəyişiklik müşahidə edilir
Gənc yaşlarda saç ağarması
Bakı dumana bürünəcək
Bu smartfon 10 dəqiqəyə "dolur"
Azərbaycan vətəndaşı bədbəxt hadisələrdən sığortalanıbmı?
Hər gün üzünüzə gül yağı çəksəniz...
Süd və süd məhsullarının faydaları
Bakıda hansı xəstəliklər daha çox yayılıb?
Bu filmlər dövlət dəstəyilə çəkiləcək!
Nikolay Baskov onu müdafiə etdi
Dişlərin çürüməsinin səbəbləri
Məşhur aktyor yeni "Batman" olacaq-FOTO
Günün qoroskopu: başladığınız işlərə məsuliyyətlə yanaşın
Məşhur aktyor Boeing-ini hədiyyə etdi
- ŞƏRHLƏR