Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
14:44Xəyalə Murad Hər vaxtınız xeyir olsun, Əziz Qadin.Netlilər! 23 oktyabr 08:27Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi salamlayıram! 23 oktyabr 00:55Yağmur....) Salam Qadin.net geceniz xeyir 22 oktyabr 11:11Xəyalə Murad Hər vaxtınız xeyir olsun! Gününüz xoş keçsin! 22 oktyabr 10:56GÜLÇİN Hər kəsə xoş istirahət arzulayıram...
37795

Fitnes salonlarında qarşılaşılan 7 problem

Xanımların fitnes salonlarında qarşılarına çıxan onlarla problem var. Bunlardan ən əhəmiyyətlisi daha sağlam bir həyat, fit bir bədənə sahib olmağın göründüyündən daha çətin olmasıdır. İlk vaxtlarınızda sizə yuxarıdan baxarlar, fitnes salonunuzun evinizdən kilometrlərlə uzaq olması və bunun kimi milyonlarla problem olar. Əmin olun, hər kəsin başına bunlar gəlir. Ancaq biz bu gün bir az daha gülməli və sadə problemlərdən danışacağıq.

Yayılmış makiyaj
Fitnes salonuna getməzdən əvvəl makiyaj etmək tamamilə lazımsızdır. Ancaq bir səhv edərək fitnes salonuna makiyaj ilə getmisinizsə, özünüzü rahat hiss edə bilməyəcəksiniz. Əgər fitnes salonuna getmə məqsədiniz, həqiqətən, idman etməkdirsə (çoxunun məqsədi sadəcə vaxt geçirməkdir), bilin ki, evdə əziyyət çəkib etdiyiniz makiyaj tər ilə birlikdə axıb itəcək. Məşqin sonunda üzünüzdə makiyajdan əsər qalmayacaq.
Hazırlıqsız tutulmaq!
Getdiyiniz fitnes salonunda xoş görünüşlü bir kişi görməyin həm yaxşı, həm də pis tərəfləri var. Təbii ki, gözələ baxmaq savabdır! Ancaq üzərinizdə köhnə paltarlar varkən və qan-tər içində yəqin ki, sadəcə baxmaqla kifayətlənmək vəziyyətində qalırsınız. Yanına gedib danışmaq bu halınızla ümidsiz görünər, ancaq sınamaqdan zərər çıxmaz!
Fitnes salonlarında qarşılaşılan 7 problem
Səhv başa düşülmək
Birinin sizə baxması, maraqlanması, təbii ki, öz etibarınızı artırar və artırmalıdır da! Ancaq fitnesdəki bu baxışlar, ümumiyyətlə, velosiped alətindən nə vaxt düşəcəyinizi başa düşmək üçün olur. Hər kəs sırasını gözləyir, ancaq 15 dəqiqə dayanmadan gözünü qırpmadan baxmaq heç də xoş deyil. Hesab edirəm ki, ailəsi ona lazım olan tərbiyəni verməmişdir!
Telefon xəstələri
Səs-küy bir fitnes salonunun olmazsa olmazlarından biridir. Ancaq mühit nə qədər gurultulu olursa olsun, telefonda söhbət edən birinin yanına düşmək istəməzsiniz. Bir insan niyə məkik çəkərkən telefonla danışır, əmin olun, biz də sizin qədər bu məsələ ilə maraqlanırıq. Eyni anda birdən çox iş görmək faydalı bir fəaliyyətdir, ancaq hər şeyin yeri və zamanı var.
Fitnes salonlarında qarşılaşılan 7 problem
Həddindən artıq ətir istifadə etmək
Əlbəttə, heç kim tər iylənmək verməyi istəməz, lakin üzərinizə bir şüşə ətir səpmək vəziyyəti yalnız daha da pis edər. Əgər ətrafınızdakı insanlardan şikayət eşitmək istəmirsinizsə, bu məsələyə diqqət edin.
Məcburi söhbət
Qulaqlığınızı taxdınız və məşqə başladınız. Artıq kimsə sizi dayandıra bilməz! Yanına gəlib söhbət etməyə çalışanlar xaricində təbii ki. Havadan, sudan danışır və sizinlə eşqbazlıq etməyə çalışır, sizin burada olmaq səbəbiniz idman etməkdir. Bu səbəbdən ətrafınızla ünsiyyətinizi minimuma endirin və qaçmağa davam edin!
Pəhrizdən çıxmaq
Evinizdən çıxdınız və fitnes salonuna doğru gedirsiniz. Ancaq gedəcəyiniz fitnes salonunun yanında ən sevdiyiniz fast food restoranı var! Əgər yolunuzdan azsanız, yandırdığınız kalorilərdən çox daha artığını tək bir payda geri almış olacaqsınız. Təbii ki, nadir də olsa, özünüzü sevindirməyiniz lazımdır, ancaq bu hədiyyələrin ''nadir'' olmasına diqqət yetirin.
İdman etmək hər nə qədər çətin və əsəb pozan görünsə də, bədəninizə olan faydası müzakirə edilməzdir. Bu səbəbdən planınıza sadiq qalın və bədəninizdəki dəyişikliyi görün!
Fitnes salonlarında qarşılaşılan 7 problem
Səslərin sayı: 1
11
2932
Loading...
loading...
Şərhlər
Offline
איסון ממדוב.
Xəyalə Murad,
Şəri Babayeva,
Dəniz84,
Ceylan Mumoğlu,
Nermin_Guler,
Cox saqolun eziz xanimlar.
Azadrenocka,
Xanim kokluk sadece yemekden olmur.
16 iyul 2016 16:41
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Azadrenocka
Pfff, nə gərək fitnes salonlarına, az yeyin də pivə boçkasına dönmiyin.
22 may 2016 13:45
Offline
Nermin_Guler
Mənimyaşadığım yerdə fitness salona gedən qadına pis baxırlar)))
21 may 2016 17:26
Offline
Ceylan Mumoğlu
Ən gözəl salon elə evdədir, istədiyin şəkildə idman et biggrin
21 may 2016 14:38
Offline
Aysel İ.
Çox təəssüf ki, fitness salona getmirəm. Ancaq çox istərdim gedim. Çünki evdə tək adam idman edə bilmir.
21 may 2016 13:02
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Şəri Babayeva
Səs-küy bir fitnes salonunun olmazsa olmazlarından biridir. Ancaq mühit nə qədər gurultulu olursa olsun, telefonda söhbət edən birinin yanına düşmək istəməzsiniz. Bir insan niyə məkik çəkərkən telefonla danışır, əmin olun, biz də sizin qədər bu məsələ ilə maraqlanırıq. Eyni anda birdən çox iş görmək faydalı bir fəaliyyətdir, ancaq hər şeyin yeri və zamanı var.

İndi kimə baxıramsa hamının əlində telefon. Düz deyirsiz hər şeyin yeri və zamanı var. Razıyam.
18 fevral 2016 19:05
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Xəyalə Murad
Bəzən mənə elə gəlir ki, fitnes salonuna gedənlərin 50%-i selfie çəkdirmək üçün gedir. Qalan 50% isə ciddi olaraq sağlamlığının qeydinə qalır. Maraqlıdır, axı fitness hara telefonda danışmaq hara. Üstəlik də ağır alət qaldıra-qaldıra telefonda danışıb gülmək. Onsuz da səs-küylü məkandır. Ən doğrusu musiqi dinləyərək fikrini hərəkətlərə cəmlənməkdir.
18 fevral 2016 18:22
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
איסון ממדוב.
Gulum, give_ros
Gultekin, give_ros
Xanim_Xatun, give_ros
2 yanvar 2016 12:04
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Xanim_Xatun
Eyni anda birdən çox iş görmək faydalı bir fəaliyyətdir, ancaq hər şeyin yeri və zamanı var.
13 iyun 2015 17:49
Offline
Gultekin
Meslehetlere gore sagolun
20 may 2015 12:12
Offline
Gulum
Əla məsləhətlərdir Demək olar ki özümə aid olanların hamısına əməl edirəm Getdiyim fitnes zalı isə tam qadınlara aiddir
20 may 2015 08:48
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
  • Hamiləlik zamanı nədən uzaq durmaq lazımdır?

    Maarifləndirici xəbərdir. Pendir də gərək təbii olsun. İndi dərmanla edirlər ki, tez hazır olsun. Bu da çox zərərlidir.
  • Evdə keratin baxımı necə olmalıdır?

    Bu asan deyil, bir neçə saat saçın hər telini daramaq lazımdır. Diqqət edilməsi vacib olan ən vacib şey, keratinin kimyəvi deyil, saf keratin olmasıdır.
  • Eşqlə baxan göz görməz!

    Buna görə də sadəcə sənə necə davrandığına baxma, başqalarına qarşı olan davranışına da nəzər sal. Buna baxmadığın üçün problem yaşayırsan, çünki birinə eşqlə baxanda hər nə qədər pis biri olsa da, psixoloji problemi olsa da, şəxsiyyət pozuntusu olsa da gözün görməz.
  • 14:43 - Müəllif: Xəyalə Murad
    Qeyri-adi faktlar (2)

    Qeyri-adi faktlar

    Demək utananda yanaqlarımızın qızarması əslində mədəmizdən qaynaqlanırmış
  • 12:42 - Müəllif: Iceberg
    Raxitlik xəstəliyi (4)

    Raxitlik xəstəliyi

    Allah bütün uşaqları qorusun
  • Gül kolbasalı bulkalar(foto resept)

    Çox dadlı görünür
  • 12:29 - Müəllif: Iceberg
    "Gözəgörünməz" (1)

    "Gözəgörünməz"

    ona ibadətdə qüvvət verdi və o, Bəni İsrail arasında peyğəmbər və hökmdar oldu.
  • 12:27 - Müəllif: Iceberg
    Qeyri-adi faktlar (2)

    Qeyri-adi faktlar

    Biz utananda, mədəmiz qızarır )))))))))
  • 12:22 - Müəllif: Iceberg
    Xəyal qurun(2) (2)

    Xəyal qurun(2)

    - Baxıb qiymətləndirməyi bilənlər üçün dünyada kiçik bir şey yoxdur.
  • Yalan danışan uşağa necə davranmalı?

    Yalan danışmağın bir digər səbəb də böyüklərə qarşı duyduqları qorxularıdır.
Maraqlıdır