Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0865 AZN
13:11Surayye Her kese salam/ Sima-Peri Qizlar burdayam
38086

Hamiləlik depressiyası necə keçər?

Aparılan araşdırmalara görə qadınların 33%-i hamiləliyinin hər hansı bir dövründə hamiləliklə bağlı klinik depressiya pozuqluğu yaşayırlar. Hamiləlikdə psixoloji problemlər yaşayan qadınların 20%-indən az bir hissəsinin  müalicəyə müraciət etdiyini və ümumiyyətlə müalicənin qeyri-kafi olduğunu söylənilir.

Hamiləlikdə depressiya əlamətləri

Hamiləlik əsnasında duyğu pozuqluqlarının diaqnozu çətin və yanıldıcı ola bilir. İştah dəyişmələri, yuxu pozuqluqları, diqqət və enerji səviyyəsindəki dəyişikliklər kimi duyğu vəziyyət pozuqluğu simptomları hamiləlik əlamətləri ilə qarışdırıla bilinir. Hamiləlikdə ana namizədinin özüylə və körpəsinin sağlamlığıyla əlaqədar müəyyən bir dərəcəyə qədər narahatlıq duyması normal və təbiidir. Ancaq depressiya və narahatlıq yaşayırsınızsa və bu vəziyyət həyat tərzinizə təsir edirsə, mütləq bir həkimlə məsləhətləşmənizdə fayda vardır.

Bu vəziyyətlərdən hər hansı birini yaşayırsınızsa, həkiminizə məlumat verin:

• İki həftədən uzun sürən pis ruh halı

• Köhnədən kef aldığınız şeylərdən artıq kef ala bilmirsinizsə

• Ətrafınızda olanlara maraq azaldısa

• Günahkarlıq hiss edirsinizsə

• Dəyərsiz olduğunuzu hiss edirsinizsə

• Yorğunluq halınız varsa

• Diqqət əskikliyiniz varsa

• İştah dəyişikliyi yaşayırsınızsa

• İntiharı düşünürsünüzsə

• Davamlı yatmaq və ya heç yata bilməmək halındasınızsa.

Kimlər risk altında?

Hər qadın hamiləlik dövründə narahatçılıq pozuqluğu ilə qarşılaşa bilər və ya özünü məzlum hiss edə bilər, ancaq bu risk faktorlarına sahib qadınlar hamiləlik depressiyasına daha meyillidır.

• Keçmişdə depressiya və ya narahatlıq kimi bir duyğu pozuqluğu keçirmiş olanlar və ya ailəsində bu əhvalatlar olanlar

• Gənc yaşda ana olanlar (20 yaşından əvvəl)

• Sosial dəstək ala bilməyənlər

• Yalnız yaşayanlar

• Ailə içi dolanışıqsızlıq yaşayanlar

• Boşanmış və ya yoldaşıyla ayrı yaşayanlar

• Hamiləlikdən əvvəlki il psixoloji zədəli və ya stressli hadisələr yaşamış olanlar

• Hamiləliklə əlaqədar qərarsızlıq yaşayanlar

• Hamiləlik ağırlaşmaları olanlar

• Gəlir səviyyəsi aşağı olanlar

• Üçdən çox uşaq sahibi olanlar.

Hamiləlik depressiyası necə keçər?

Dərmansız müalicə üsulları nələrdir?

Yüngül və orta dərəcəli hamiləlik depressiyası yaşayan ana namizədləri üçün dərmansız müalicə yolu seçilməlidir. Bu üsulları həkiminizə məsləhətləşə bilərsiniz.

Psixoterapiya: Mütəxəssis bir psixoloq tərəfəindən psixoterapiya ala bilərsiniz.

Omega 3 möhkəmləndirilməsi: Omega 3 yağ turşuları serotonin istehsalını artıran təbii antidepresan qaynağıdır. Balıq, qoz kimi omeqa 3 qaynağı qidaları daha tez istehlak ruh sağlamlığınızı almaqda kömək ola bilər.

İşıq müalicəsi: İşığın depressiya simptomları azaltdığı son illərdə müşahidə edilir. Süni bir günəş işığıyla günün bir neçə saatı tətbiq oluna müalicə üsulunu edə bilərsiniz.

Akupunktur: Çinlilərə xas bir müalicə üsulu olan akupunktur, bədənin müəyyən nöqtələrinə minik iynələr batırılaraq edilən bir müalicə şəkli və risksiz bir müalicə üsulu olması səbəbiylə ana namizədləri üçün bir variantdır.

Antidepresan dərmanlarla müalicə

Ruh halının pozuqluğu və ya depressiya müalicəsi üçün istifadə etdiyiniz dərmanlar varsa, buraxmadan əvvəl şübhəsiz həkiminizə məsləhətləşməlisiniz. Antidepresan müalicəsini yarıda kəsmək, həkimə məsləhətləşmədən dərman istifadəsini buraxmaq riskli nəticələr doğura bilər. 2006-ci ildə Amerikada antidepresan istifadə edən qadınların26%-da edilən bir araşdırmada; antidepresan dərman müalicəsini yarıda kəsən qadınlarda hamiləlik depressiyanın təkrar etmə ehtimalının 68% olduğu ortaya çıxmışdır. Bu araşdırmanın ardından hamiləlikdə depressiyaları təkrarlanan qadınların hamiləlik müddətində təkrar dərmana davam etmələrinə qərar verilmişdir.

Səslərin sayı: 2
10
7163
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Men ikinci defe ana olacam. Oglum 9 ayligdi. Isdiyirdim ancag hamile qalannan depresiyaya duwmuwem.agliyuram ancag((((

Allah dardan qurtarsın.
4 yanvar 2016 21:01
Offline
AyLiN
Men ikinci defe ana olacam. Oglum 9 ayligdi. Isdiyirdim ancag hamile qalannan depresiyaya duwmuwem.agliyuram ancag((((
18 sentyabr 2015 22:53
Offline
Nicat Gulnar
DEPRESIYA CETIN DOVRDI... ESASDA HAMILELIK DOVRUNDE.... INSAN COXHESAS OLDUGU UCUN DEPRESIYYA TEZ DUSE BILER.
19 avqust 2015 17:18
Offline
S U S E N _BACI
bəzən analarimiz bilmədən depresiyaya düşür amma ziyandi çoook
14 iyul 2015 10:54
Offline
Mələksima
Hamiləliyim vaxtı depresiyaya düsməmişəm.

give_ros
3 iyul 2015 13:49
Offline
Sevil Babayeva
Hamiləliyim vaxtı depresiyaya düsməmişəm.
2 iyul 2015 20:30
Offline
Mələksima
Gələcək analar üçün lazımlı xəbərdir.

Muhiti deyismek lazimdir,etrafdan destek lazimdir.Tesekkurler xeber ucun

Ancaq depressiya və narahatlıq yaşayırsınızsa və bu vəziyyət həyat tərzinizə təsir edirsə, mütləq bir həkimlə məsləhətləşmənizdə fayda vardır.

Çox sağ olun xanımlar rəyləriniz üçün.
1 iyul 2015 22:00
Offline
Xanim_Xatun
Ancaq depressiya və narahatlıq yaşayırsınızsa və bu vəziyyət həyat tərzinizə təsir edirsə, mütləq bir həkimlə məsləhətləşmənizdə fayda vardır.
1 iyul 2015 19:11
Offline
Gultekin
Muhiti deyismek lazimdir,etrafdan destek lazimdir.Tesekkurler xeber ucun
1 iyul 2015 15:41
Offline
Ellada Babayeva
Gələcək analar üçün lazımlı xəbərdir.
1 iyul 2015 14:51
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır