Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
15:19PERI xos gorduk kimler var 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir )) 14 yanvar 12:43Iceberg Günortadır sən demə))
37969

Nigaha xitam verilməsi!

Əziz xanımlar, biz keçən mövzuda Nigahın bağlanma qaydası və şərtləri ilə tanış olduq. İndi isə diqqətinizə tam əksini çatdırmaq istərdim.

 

NİKAHA XİTAM VERİLMƏSİ

Maddə 14. Nikaha xitam verilməsinin əsasları

14.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.

14.2. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər.

Maddə 15. Ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması

Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın

razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

Maddə 16. Nikaha xitam verilməsi qaydası

Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19—21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata kecirilir.

Maddə 17. Müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsi

17.1. Ər-arvadın yetkinlik yaşına catmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər.

17.2. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin

(arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır:

17.2.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

17.2.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qəbiliyyəti olmayan hesab edildikdə;

17.2.3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.

17.4. Nikahın pozulmasının dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

Maddə 18. Müvafiq icra hakimiyyəti orqanında nikahın pozulması zamanı ər-arvad arasında yaranan mübahisələrə baxılması

Ər-arvadın birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsait ödənilməsi haqqında, eləcə də tərəflərdən biri məhkəmədə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya ən azı 3 il müddətinə azadlıqdan məhrum edildikdə, habelə tərəflər arasında uşaqlar barədə yaranan mubahisələrə müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından asılı olmayaraq məhkəmə qaydasında baxılır.

Maddə 19. Nikahın məhkəmə qaydasında pozulması

19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata kecirilir.

Maddə 20. Ər (arvadın) razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması

20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər arvadın  barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda  və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

Maddə 21. Ər-arvadın qarşılıqlı razılığı olduqda nikahın məhkəmə qaydasında pozulması

21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

21.2. Ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür.

21.3. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata kecirilir.

Maddə 22. Nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlər

22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.

22.2. Bu Məcəllənin 22.1-ci maddəsində gostərilən məsələlər uzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:

22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını muəyyən etməli;

22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli;

22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı;

22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.

22.3. Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər.

Maddə 23. Nikahın pozulması zamanı nikaha xitam verilməsi vaxtı

23.1. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gundən nikaha xitam verilmiş sayılır.

23.2. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır.

23.3. Nikahın pozulması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 3 gün müddətində məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.

23.4. Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz.

Maddə 24. Qaçmış elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda nikahın bərpası

24.1. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda məhkəmənin müvafiq qətnamələri ləğv olunmaqla, nikah müvafiq icra hakimiyyəti orqanında onların birgə ərizəsinə əsasən bərpa oluna bilər.

24.2. Tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz. 

Təbii ki, heç bir xanım ailəni quranda onun nə vaxtsa dağılacağını arzu etmir. Amma gözəl bir söz var- Yuvanı dişi quş qurur! 

Sizin fikirinizcə hansı halda ailəyə, nigaha son qoymaq, ayrılmaq  düzgündür? 

Sizin hamınıza  fiziki və mənəvi cəhətdən sağlam ailə səadəti arzulayıram!

Səslərin sayı: 10
48
13499
loading...
Şərhlər
Offline
Aysel İ.
Hər kəs bu qaunları bilsə çox yaxşı olar. xanımlarımızın çoxu məlumatsızdır.
16 noyabr 2014 23:44
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Flowers
her kese gozel nigah nesib olsun AMIN
27 oktyabr 2011 20:37
Offline
moocik
CANIM COX SAGOL BIZI MELUMATLANDIRIRSAN,
30 may 2011 12:21
Offline
duygu
allah her kesi xosbext bextever etsin..amin
29 may 2011 22:32
Offline
mavi kelebek
men bunlari bilirem.cunki yoldasim vekildi.hemde qardasimin 1 ci ailesi pozuldugundan bu maddeler mene tanisdi.
29 may 2011 20:07
Offline
luna_ay30186
hec kimin xasiytin bilmek olmur.QIRAQDAN HAMI DEYIRKI BU QIZ VE A OGLAN ELADI,YAXSIDI,ANCAQ AR BILMIRKI INSAN QIRAGA YAXSIOLUR ESAS EVLENEN ZAMAN QARSISINDAKI INSANA YAXSI OLMAQDIR,QADININ HER SEY ILE BOYUN EYMEYINE DUZGUN BAXMIRAM.BIZ HEYVAN DEYILIK INSANIQ,SEXSIYYETIK VE GEREK HAQQINI TELEB EDESEN TELEBIN YERINE YETIRISEDE YETIRILMESEDE KISI QADININ SEXSIYYET OLDUGUNU,YENILMEZ OLDUGUNU GORSUN.ALLAH BIZ BENDELERINI XOSBEXT ETSIN VE BIZI QARSI CINSIN GOZUNDE HEMISE UCALTSIN.AMIN
28 may 2011 23:11
Offline
Flowers
Ceyhune,
COX SAG OL maraqli ve lazimli movzuya gore, cox aktualdir....nigah qurmamaişdan qabaqmin olcub bir bicmeliyik, nce deyreler telesen tendire duşer. ..dahilerden biri zamaninda denmişdir ki aile seciminde yanilmaq olmaz, eks halda heyatinda her şyi mehv etmiş olarsan...bu dogrudan da beledir...aile qururuq, onra deyirki ki xasyyetmiz tutmadi ayruildiq, bundan hem boyukler hem de ki uşaqlar eziyyet cekirler... xasiyyet de oz elimzdedir, calisjaq qarşimizdakina mehriban , sevgili, qaygikeş olaq... sevek sevilek... xanimarimiza yoldaşlarina qarşi her zaman sebirli ve mehriban olmagi arzu edirem, bu zaman kisi de xanimindan razi qalar, blece de ALLAH da biz xanimlardan razi qalar...axi dinimizde de yazilib ki qadin hemişe oz kisisini razi salmaldir, tebii ki ceriive daxilinde...
28 may 2011 17:51
Offline
sirin89
ALLAHIM HAMINI XOSBEXT ETSIN.ICERISINDE BIZDE OLMAQLA.AMIN.INSALLAH.
28 may 2011 15:54
Offline
Weyla
xebere gore tewekkur edirem...
Allah hec kime pis wey gostermesin,butun ailelere mohkemlik,mehebbet,xow gunler arzu edirem.sene de cox sagol deyirem ki,bizleri aile qanunlari ile taniw edirsen...
28 may 2011 15:23
Offline
Gülüm
Allah hamiya xowbext aile nesib etsin.......................
28 may 2011 13:12
Offline
Zeriş
AALLAH HAMİMİZA XOŞBƏXT AİLƏ HƏYATİ NƏSİB ETSİN.SAG OL
28 may 2011 13:11
Offline
FEMIDA
Sitat: CEMİLE
cox sagolun xebere gore.cox

Sitat: Luna
maariflendirici xebere gore cox sagolun.bilmediklerimizi oyrenirik.bele movzulari xowlayiram oxumagi.Allah herbirimize bunovresi saglam aile nesib etsin

Sitat: a.angel
ALLAH hamimiza xoşbextcilik qismet elesin

Sitat: APPLE
Allah hamiya xowbext aile qismet elesin,twk

TESEKKUR EDIRAM HAMINIZA, MINNATDARAM SIZE. winked
28 may 2011 12:05
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
C
cox sagolun xebere gore.cox tesekkurler.Luna,
senin sozlerine qosuluram
28 may 2011 11:58
Offline
unknown
HUQUQ DERSINI OXUYANDA BULARI YAXSI BILIRDIM AMA INDI YADIMDAN CIXIB recourse
28 may 2011 00:05
Offline
Luna
maariflendirici xebere gore cox sagolun.bilmediklerimizi oyrenirik.bele movzulari xowlayiram oxumagi.Allah herbirimize bunovresi saglam aile nesib etsin
27 may 2011 22:43
Offline
a.angel
ALLAH hamimiza xoşbextcilik qismet elesin
27 may 2011 21:16
Offline
Xanim_Xatun
Sitat: vefa-n
Tamamilə razıyam.Sizin şərhinizi dəstəkləyirəm))

tşk edirəm mənimlə həm fikir oldugunuzcün
27 may 2011 19:42
Offline
vefa-n
ferihan,
Tamamilə razıyam.Sizin şərhinizi dəstəkləyirəm))
27 may 2011 19:28
Offline
APPLE
Allah hamiya xowbext aile qismet elesin,twk
27 may 2011 18:39
Offline
FEMIDA
Sitat: Selin
ceyhune arzun heyata kecdi,xeberin derc olundu

ezizim, arzum xeberin derc olunmasi deyildi, arzum basqasi idi, oda sukurki yaxsi oldu. allah hamiya komek olsun.

Sitat: leylahuseynova
Sag ol Ceyhune ayrilmagi hec kime arzulamiram. Her kicik seyi boyudub ayriliq derecesine catdirmaq duz deyil . Bir yuvani sokmek asandir neinki tikmek.

duzdur elbette.
27 may 2011 16:10
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır