Mayın 12-də “Yaşıl Marafon” layihəsi çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində bir milyonuncu ağac əkilib.
ANS PRESS-in məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.Əvvəlcə Leyla Əliyeva IDEA İctimai Birliyinin dəstəyi ilə Zirədə tikilmiş müasir istixana kompleksi ilə tanış olub.Heydər Əliyev Fondunun vitse-prezidentinə istixanada yaradılan şərait və burada becərilən bitki növləri barədə məlumat verildi. Bildirildi ki, kompleksdə ölkəmizdə nadir rast gəlinən və idxal olunan ağac və bitki növləri yetişdirilir. Sahəsi 20 hektar olan kompleksdə 100 nəfərdən artıq işçi çalışır. Hər il burada 2-3 milyon bitki və gül kolu yetişdirilir.Qeyd edildi ki, 500 gül növünün yetişdirildiyi istixana 6 bölmədən ibarətdir. Bu bölmələrdə toxumlar və şitillər becərilir, o cümlədən xəstə bitkilər müalicə olunur.İstixanada yaradılan şəraitlə tanışlıqdan sonra IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi. Heydər Əliyev Fondunun vitse-prezidenti “Yaşıl Marafon” layihəsi çərçivəsində bir milyonuncu ağacı əkdi.Ağacəkmə aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ümumilikdə bu ərazidə IDEA İctimai Birliyinin 100-ə yaxın könüllüsü tərəfindən 5 min ağac əkilib. Kampaniyaya böyüklərlə yanaşı, balacalar da qoşulmuşdu.
IDEA İctimai Birliyi ölkəmizin yaşıllaşdırılmasına xüsusi diqqət göstərir və nəticədə son 4 il ərzində Azərbaycanda 4 milyondan artıq müxtəlif növ ağac əkilib.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yaradılmaqda olan IDEA ekoparkı ilə də tanış oldu, burada Azərbaycanda nəsli kəsilməkdə olan heyvanlar üçün yaradılan şəraitlə maraqlandı.
IDEA İctimai Birliyi qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbirini (“Qafqazın Böyük Beşliyi”) Qafqazda nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan növlər kimi müəyyən edib. Təşkilat nəsli kəsilməkdə olan heyvanların qorunması istiqamətində indiyədək bir sıra aksiyalar həyata keçirib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Əzizim əzizdi, tərbiyəsi ondan da əzizdi...
"Qeysəriyyə kəsiyi ilə doğuşda uşağın və ananın sosial uyğunlaşması daha zəif olur"
Vensan Kassel evləndi-FOTO
Hamiləlikdə limonu əksik etməyin
Ətək modelləri
Amerikalılar Facebook-dan narazıdırlar
Zövqlü üzük modelləri
Saakaşvilidən Azərbaycana dəstək
Güllü yastıq
Cəbhədə silahlar susmur
“Məhəmməd” filminin treyleri yayıldı-video
Saxta “Samsung Galaxy S10+” smartfonu buraxıldı - VİDEO
İnsanoğlu bu gün bir addım da irəlilədi
Ulduzlar mərasimə qara geyindilər - FOTO
Dəbli yay donları
Fərqli vaxtlarda eyni donu geyinən məşhurlar
Sərt qışa hazırsınızmı?
Xloye Serdar Ortaç haqqında AÇIQLAMA verdi
Hava haqqında
"4 uşaqlı ailələrə növbədənkənar torpaq verilsin"
Hansı toyuqlar halaldır?
Android işlədənlərə bəd xəbər
Qafqaz Müsəlmanları İdarəsindən Qurban bayramı ilə bağlı TÖVSİYƏLƏR
Müasir ev dizaynları
Avstriyada “Qarabağ məktəbi” açılacaq
Şuşa uğrunda döyüşlərdə yaralanan Xüsusi Təyinatlı Qüvvələrin əsgəri: “Erməni qabağımızdan qaçırdı” - VİDEO
Bu icadlara inana bilməyəcəksiniz
Bakıda binalar yeni materiallarla üzlənir
Yuxu yozmaları - İ
Ermənilərə sillə kimi sözlər
Ukrayna Avropada koronavirusdan gündəlik ölüm sayına görə ikinci yerə çıxdı
Şəkər xəmirinin xeyrindən çox ziyanı var
Mənim seçdiklərim
Alkoqolsuz içkilərlə bağlı həyəcan
Saçınızı düzləşdirmək üçün fenə ehtiyac yoxdur!
Süni zülallardan əzələ hazırladılar
Belinizin incə olmasını istəyirsinizsə...
Sızanaqların qarşısını necə almalı?
Lissabonda Qarabağ münaqişəsi ilə bağlı vacib müzakirə baş tutub
Günün qoroskopu: müxtəlif təkliflər alacaqsınız
Toyuq xəngəli (foto resept)
Avropa çempionatında ilk gün: Millimiz darmadağın oldu
Uşaq pulunun bərpası yenidən gündəmdə - Təkliflər hökumətə göndərildi
Xiyarın faydalarını bilirsinizmi?
Gəlin maskaları
Yeni ilə xoşbəxt girmənin ən gözəl 10 yolu
Bal və darçınla arıqlamaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Hansı payız meyvələri çəki atmağa kömək edir?
Sellülitə son
- ŞƏRHLƏR