Bakıda hava 23°
USD AZN
EUR AZN
14:44Surayye qizillarim necesiz 08:58Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41071

Sevgi psixoloji sərmayədir

 Aşiq olan şəxs ətrafına xoşbəxtlik saçar, eşqini itirənlər bir anda yasa batar, psixoloji sərmayələri iflas etmiş olar. İmmunitet sistemləri düşər. Bədənin xəstəliklərə tutulma riski artar. Daha tez-tez xəstə olarlar. Eşq insanın sevə bilmə və istehsal gücü, eqo funksiyasıdır, psixoloji investisiyadır. Sevgi istehsal edərək sevilmək ehtiyacını doyurma müddətidir. Sevgi bəşər övladının doğumu ilə başlayır, yaşadığı müddətcə davam edər, ölümündən sonra belə varlığını sürdürür. Eşq insanın hər hüceyrəsində varlığını davam etdirir.

Sevgi psixoloji sərmayədir

 Sevgi ən geniş romantik həyatdır. Eşq bunun seçim edilən alt hissəsidir. Aşiq olan adam öyrənməyə daha meyillidir. İşləməkdən zövq alır, daha həvəslidir. Sağlam eşq adamı xoşbəxt edər, stresli eşq isə depresiv edər. Eşq aqresivliyi azaldır, adam daha xoşməramlı olur. Aşiq olan adam ətrafına hirslənməz, tam tərsi müsbət enerji verər. Xoşbəxt olan adam ətrafındakılara qarşı pis rəftar olmaz.

Sevgi psixoloji sərmayədir

Beyin qabığı dəyişir.

Aşiq beyin daha məhsuldar, daha sağlamdır. Beynin ən sağlam vitamini; eşq və sevgidir. Eşq beyin qabığının funksiyasını sürətləndirir. İmmunitet sistemi üzərində də müsbət təsirləri vardır, müqaviməti artırır. Sevdiyini itirənlərin isə tam tərsi olur, bədən müqavimətinin azalmasıyla xəstəliklərə tutulma riski artar. Eşq bədəndə olan xoşbəxtlik hormonlarını artırır. Eşq beyindəki kimyəvi fəaliyyəti canlandıran, sürətləndirən, aktiv edən ən təməl duyğudur. 

Sevgi psixoloji sərmayədir

Qadında kişilərə nisbətən ilk görüşdə təsirlənmə daha qapalıdır.

Əgər ilk fikirdə təsirləndiyi adamla zamanla tanıdıqca xoşbəxt deyilsə, problem vardır. Aşiq olan adamı qiymətləndirərkən digər sevgi obyektləri ilə əlaqələri də nəzərə alınmalıdır. Peşekar mənada əxlaqi dəyərlərdən yoxdursa, ictimai əxlaqında zəiflik var isə, eşq həyatında da bənzər problemlər yaşayacaqdır. İnsan nə qədər dərin və yaradıcdırsa, bir o qədər dərin bir eşq yaşayır. Cinsəllik bütün canlılar üçün bioloji instinkdir. İnsanda isə eşq və sevginin ifadə tərzlərindən biridir.

Sevgi psixoloji sərmayədir

Eşq bir əlaqədir, seçimdir və məsuliyyətdir.

Dünyanı və özünü sevən insanlar daha sağlam aşiq olurlar. Çünki eşq özünü sevməyin davamıdır. Dünyanı sevə bilmirsə, bütün sevgi ehtiyacını tək adama köçürməsi asılılığa çevrilə bilər. Bu vəziyyət xəstəlik olaraq təyin oluna bilər. Məsələn; körpəylə anası arasında asılı əlaqə vardır. Körpənin tək sevgi obyekti anasıdır, müstəqil yaşaya bilməz.

Sevgi psixoloji sərmayədir

Eşq adamın bütün həyatına təsir edir.

Gülümsəməsi, oturuşu, aşiq olduğu adamın yanına gəlincə nə etdiyi, hara baxdığı da bizə ipucu verir. Və şəxsiyyət quruluşuna görə bu davranışlar da dəyişər. Aşiq olan və aşiq olduğu adama hörmət bəsləyər; onu incitməkdən çəkinər, ona qarşı diqqətli olur. Psixoloji ehtiyaclarını fərq edər. Aşiq olduğu adamı hər halı ilə sevmişdir. Əvvəl sevib sonra dəyişdirməyə çalışmaz. Bu davranışlar ən yaxşı göstəricidir.

Sevgi psixoloji sərmayədir

 

Səslərin sayı: 2
7
2200
loading...
Şərhlər
Offline
nigar dadasova
esq de sevgide bos seydir esas hormetdir
8 iyun 2015 13:11
Offline
Qəribə
Cox sagolun, tesekkur eirem. give_ros
19 may 2015 02:03
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Xanim_Xatun
Eşq adamın bütün həyatına təsir edir.
17 may 2015 19:13
Offline
Azadə Həbibzadə
Eşq aqresivliyi azaldır, adam daha xoşməramlı olur. Aşiq olan adam ətrafına hirslənməz, tam tərsi müsbət enerji verər. Xoşbəxt olan adam ətrafındakılara qarşı pis rəftar olmaz.
15 may 2015 20:16
Offline
Şəri Babayeva
Eşq bir əlaqədir, seçimdir və məsuliyyətdir.

Eşq adamın bütün həyatına təsir edir.
i_am_so_
15 may 2015 19:25
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Ellada Babayeva
Eşq adamın bütün həyatına təsir edir.

Düzdür..
15 may 2015 15:06
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aysel İ.
Eşq adamın bütün həyatına təsir edir. yes
15 may 2015 13:52
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış