Bakıda hava 28°
USD 1.7000 AZN
EUR 1.9906 AZN

Sürətli arıqladan sağlam qidalar

Sürətli arıqladan sağlam qidalar
Qatıq
Qatıq ənənəvi qidalarımızdan olub pəhrizlərimizdə də böyük rol oynayır. Çünki qatıq yağın əriməsini sürətləndirməkdən də əlavə insanı tox saxlayır. Xüsusilə günorta yeməyi vaxtında yeyəcəyiniz bir kasa qatıq adamı həm tox saxlayır, həm də siz fərqində olmadan bədəndəki yağ liflərinizi parçalayaraq bədəninizin yağ nisbətini azaldır. Aparılan araşdırmalarda qatıq istehlakı çox olan insanlarda yüksək təzyiqin inkişaf riskinin aşağı olduğusübut edilmişdir.
Sürətli arıqladan sağlam qidalar
Kivi
Kivi C vitamini çoxluğuna görə müyvələrin ən önündədir. Kivinin faydalarını saya-saya bitirə bilmərik. Amma başlıca faydaları bunlardır.
- Kivinin antioksidan xüsusiyyəti vardır.
- Qan şəkəri idarəsi üçün faydalıdır.
- Kolon xərçənginə maneə törədici bir təsirə malikdir.
- Astmaya faydalıdır və astmaya qarşı qoruma təmin edər.
- Xolesterol səviyyəsini aşağı salar.
- Qan təzyiqini normallaşdırar, yüksək təzyiqi açağı salar.
- Sinə xərçənginin qarşısını almaqda faydalıdır.
- İmmunitet sistemini gücləndirir.
- Qanı təmizləyir.
- Qrip və soyuqdəymədə müalicəvi vasitə kimi istifadə etmək olar.
Bir ədəd kivi 46 kaloridir və ana paylarda ortalama 3 kivi yeyərək iştahınızı əhəmiyyətli ölçüdə qaçıra bilərsiz. İştah kəsilməsi isə arıqlamağın qızıl şərtidir.
Yulaf
Yulaf tərkibində ən çox lif ehtiva edən taxıllardandır. Dəmir, sink, E vitamini, selenium, manqan və digər B qrupu vitaminləri ilə də zəngindir. İçindəki yüksək nisbətdə həlledici lif və antioksidan xüsusiyyəti ilə yulaf xərçəngdən qorunmaq üçün istifadə edilməkdədir. Yulaf su ilə birlikdə istehlak edildiyi zaman tərkibində olan liflər su ilə birləşib gel halına gəlir və mədədə daha uzun müddət qalır. Beləcə, uzun və davamlı toxluq hissi verər. Şəkər ehtiyacının azalmasına kömək edir. Xüsusilə səhər yeməyində və digər paylarda yulaf əzməsi, yulaf əlavəli çörək istifadə etsəniz, edilən istehlak gün boyu qana yavaş-yavaş qarışacaq. Həzm sisteminin nizamlı işini təmin edər.
Səslərin sayı: 3
16
5785
loading...
Şərhlər
Offline
Mələksima
Yulaf tərkibində ən çox lif ehtiva edən taxıllardandır.
21 iyun 2015 23:26
Offline
MİRiyeva
Şirni, yağlı, unlu qidaları birdəfəlik raciondan çıxarsaq və bunlardan yesek arıqlaşarıq. wink əks halda heçcür..
15 may 2015 13:09
imza:
Нет большего счастья на всем белом свете, чем любящий муж и здоровые дети!»
Offline
איסון ממדוב.
Şəri Babayeva,
°ღ  PreNseS•.♥.•°ღ,
Soz verirem bu defede kolekmek isteyenleri yada salacam
15 may 2015 00:51
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
°elif •.°
biggrin Ay seni ne olar bir defede koklemek isdiyirem resepd hazirlayin ne olar cray
14 may 2015 09:58
Offline
Şəri Babayeva
Əvvəl qatıq çox yeyirdim.İndi az-az yeyirəm. Təşəkkür.
12 may 2015 16:56
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
איסון ממדוב.
Sonay Quluzade,
Dəniz84,
Ramilya )),
Gulum,
Gulya A-va,
Fatma xanım,
Mələksima,
Qəribə,
Ellada Babayeva,
nihatmehtizadə,
Cox saqolun ezizlerim beyendiyinize sevindim
12 may 2015 16:56
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
nihatmehtizadə
Çox sağ ol Aysunum,lazımlı xəbər üçün.Qatıq demək olar ki,mənim menyumda 1-ci yerdə durur.
12 may 2015 15:46
Offline
Ellada Babayeva
Qatıq ilə arıqlamışam. Amma yulaf kökəldicidir axı mən bilən.

Fatma xanım,
Qatığı axşamlar yemək yaxşıdır. Onda effekti daha yaxşı olur. yes
12 may 2015 13:06
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Qəribə
Çox gözəl faydalı xəbərdir. Təşəkkürlər, Aysun. give_ros
12 may 2015 12:46
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Mələksima
Qatığı hər gün istifadə edirəm ,givini və yulafı həftədə iki dəfə istifadə edirəm çunki sevdiyim qidalardı.
12 may 2015 12:15
Offline
Fatma xanım
Hər üçünüdə hər gün istifadə edirəm ama arıqlamıram cray
12 may 2015 11:26
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Gulya A-va
Mende edecem mutleq qatigi bilirdim amma digerlerin yox
12 may 2015 11:20
Offline
Gulum
Həqiqətən bu ərzaqlar arıqlamanı sürətləndirir cünkü nə vaxtsa evvektini görmüşəm
12 may 2015 11:11
Offline
Ramilya ))
Qatiq ve qarabashagin birleshmesi ile istediyimden de artiq qeder ceki atmisham ))) yahoo kivinide xoshlayiram))) yulaf hec hememishem amma ariqlatma effektini bilirem )))Faydali xeberdi teshekkurler Aysun.
12 may 2015 10:24
Offline
Aysel İ.
Kiviyə qarşı alergiyam var. Dilimə vura bilmirəm. Qatıq qreçka ilə yeyirəəm. Ancaq Yulaf yeməmişəm. ancaq arıqlatdığını bilirəm.
12 may 2015 09:23
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Sonay Quluzade
Bir ara günortalar işə qatıq gətirib yeyirdim, nəticəsini gördüm, amma axır vaxtlar ona da ərinirəm. Kivini sevmirəm, yulafı da bir müddət yedim, ömrümün axırına kimi doymuşam.
Təşəkkürlər, Aysun.
12 may 2015 08:53
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış