Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə mayın 9-da Moskvada keçirilən bayram tədbirlərində iştirak ediblər.AzərtacMilli.Az Azı-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Kremldə Rusiya Prezidenti Vladimir Putin qarşıladı.
Qızıl meydanda Rusiya dövlətinin başçısı Qələbənin 70 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Dövlət başçısı müxtəlif xalqların bu müharibədə şücaət göstərərək həlak olan nümayəndələrinin xatirəsinin daim uca tutulacağını söylədi.
Böyük Vətən müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra hərbi parad keçirildi. Parada Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları da qatılıb. Mayor Mehdi Mahmudovun rəhbərliyi ilə 70 Azərbaycan hərbçisindən ibarət parad heyəti Qızıl meydanda tribunalar qarşısından keçdi.
Paradı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, müharibə veteranları izlədilər. Paradda 16 mindən artıq hərbi qulluqçu, müxtəlif hərbi texnika, təyyarə və helikopterlər iştirak edib.
Böyük Vətən müharibəsində 700 mindən çox Azərbaycan vətəndaşı cəbhənin müxtəlif istiqamətlərində döyüşüb. Onların 300 mindən çoxu həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Qələbəyə Bakı neftinin töhfəsi əvəzsiz olub. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü. Döyüşlərdə iştirak edən tank və təyyarələrin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Əgər Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini demək çətin olardı. Bütün bunlara görə İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq.
Hərbi paraddan sonra dövlət və hökumət başçıları adından Kremlin divarı yanında, Aleksandr bağında Naməlum əsgərin məzarı önünə əklil və güllər qoyuldu.
Ali qonaqlar Kremlin önündə xatirə şəkli çəkdirdilər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Koronavirusdan ölənlərin sayı 9 minə çatdı
Xəstəliklərin dəf olunması (1)
Zəncirli və daşlı bilərziklər
Paltaryuyan maşının ömrünü qısaldan xətalar
Sabahın HAVAsı
Sağlam olmağın alternativ yolları
Gündən qoruyan kremlər... heç nədən qorumur - ARAŞDIRMA
Şakiranın yeni FOTOları
Dolu xanımlar üçün donlar
Sadə geyim modelləri
Fərqli əlcəklər
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
Emin Ağalarov Leyla Əliyevanı təbrik etdi - FOTO
İlin ən yaxşı 10 filmi açıqlandı - SİYAHI
Məndən imtina etmə, ana!
Bu qız heç vaxt böyüməyəcək və qocalmayacaq
"Qalatasaray" Bakıya gəldi
Seçimlərdən ən çətini…
Hamam dekorasiyasını rəngləndirmək üçün nümunələr
Azərbaycanda yeni tipli məktəblər yaradılır
Pavel Antipovdan fəlsəfi rəsm əsərləri
Çaynikdə qalan çayı atmayın
Mağaza - şirniyyatlar
Azərbaycanda I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələrini açıqlandı
Azərbaycan peyki Livan telekanallarının yayımına başladı
Azərbaycanda Tibbi Genetik laboratoriyalar yaradılacaq
Günün qoroskopu:Səbrli olun!
Kəndirin köməyilə artıq çəkini təyin edin- TEST
BÜRCLƏR bizə nə vəd edir?-13 İyul
Hərbçimiz 27 il sonra Füzulidəki doğma evini ziyarət edib - VİDEO
Ərdoğan peyvənddən sonra: “Burda çətin heç nə yoxdur”
Sabahın HAVAsı
Hansı valideynlərin uşaqları ağıllı olur?
Gəlin gülləri(2)
Gərəyiniz olar: smartfonlar üçün GİZLİ KODLAR
Qarğıdalı çörəyi (foto-resept)
Mətbəx əşyaları
Ebunun konset bileti neçəyədir?
Kişilər nə istəyirlər? 2-ci hissə
Çiyələk yağının dəriyə faydası
Gəncə parkları abadlaşdırılır
Ələddinin sehrli çırağı
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
Bakıda pulsuz çörək paylanır
Outlook yeniləndi
Tələbələrin təqaüdləri artırıldı
Bakıda yaşlı qadın çinli zənn etdiyi əcnəbini qovmağa çalışdı - VİDEO
Toyda bəylə gəlini cansız manekenlər əvəz etdi
Benzinin qiyməti ilə bağlı rəsmi açıqlama
- ŞƏRHLƏR