Son vaxtlar Avropa mediasında Azərbaycana qarşı tez-tez qərəzli sifarişli məqalələr dərc olunur. İddia olunur ki, Azərbaycan ən geridə qalmış müsəlman ölkələrindən biridir, çarşab və hicablı qadınlar ölkəsidir, ona görə də Azərbaycana getmək çox riskli və təhlükəlidir.Millət vəkili Zahid Orucun fikrincə, bu cür məqalələr Bakıda keçiriləcək Birinci Avropa oyunlarına qarşı yönəlib. "İddia edirlər ki, Azərbaycan bu mötəbər yarışın Bakıda keçirilməsinə görə qazanacağından çox itirəcək", - deyə millət vəkili ANS PRESS-in əməkdaşı ilə söhbəti zamanı bildirib. Millət vəkili bütün bunların anti-Azərbaycan kampaniyasının bir hissəsi olduğunu deyir. Onun sözlərinə görə, ölkəmiz “Bakı 2015”-dən iqtisadi baxımdan əlavə, sosial tərəfdən də daha çox xeyir götürəcək: “Əslində bütün gözləntiləri yalnız qarşıdakı 2 ay üzərində qurmaq çox yanlış olardı. Çünki bu miqyasda tədbirlər ərəfəsində yaradılan infrastruktur sonrakı dövrlərdə sosial xidmətlər üçün böyük töhfələr verir. İnşa edilən obyektlər növbəti illərdə keçiriləcək tədbirlərdə yenə də ünvan kimi seçilə bilər. Məsələn 68 min azarkeş tutumuna malik Olimpiya stadionu futbol üzrə həm Avropa, həm də dünya çempionatı üçün əla məkandır. İctimai iaşə müəssisələri, restoran şəbəkələri, turizm obyektləri, otel şəbəkələri öz səviyyələrini kifayət qədər artırmağa məcbur olacaq. Çünki bu sahədə çalışanlar özlərini Avropa səviyyəsində rəqabət üçün uyğunlaşdırmalıdır”.
Deputatın sözlərinə görə, Birinci Avropa oyunları başa çatdıqdan sonra Azərbaycanda gənclər üçün çox böyük iş imkanları yaranacaq. Ölkədə müxtəlif sahələrdə, xüsusən də turizm sektorunda əsl rəqabət hökm sürəcək
“Azərbaycan turizm sahəsində Türkiyə və digər ölkələr qədər cəlbedici deyil. Ruslar istirahət etmək üçün ölkəmizə gəlmirlər. Hətta öz insanlarımız da həmin sektordakı qiymətlərin yüksəkliyini nəzərə alaraq Gürcüstana və başqa ölkələrə üz tuturlar. Hesab edirəm ki, 1-ci Avropa oyunlarından sonra bu sahədə rəqabəti əldə etmiş olacağıq. Gənclərin iş yerlərinin tapılması bütün ölkələrdə olduğu kimi Azərbaycanda qarşıda duran vəzifə kimi dayanır. Bu ölkəni yalnız neft-qaz sektoru üzərində deyil, həm də idman sahəsi üzərində quran Azərbaycan dövləti gənclərin gələcək məşğulluğu, öz sabahlarının quruculuğu üçün mühüm bir yer kimi bu sahələri təklif edir. İnşa edilən stadionlar, komplekslər aralıq mərhələlərdə də müxtəlif səviyyəlli yarışları keçirmək imkanına malikdir. Gənclər bu sektorda özləri üçün yeni imkanlar qazanmış olacaq. “Bakı-2015” oyunlarını gözdən salmağa çalışan, anti-Azərbaycan kampaniyası aparan qüvvələr bu oyunların 30 iyundan sonrakı dövrdə böyüyən nəsil üçün nə qədər töhfə verdiyini sanki hesablamaq istəmirlər. Bu gün Belçikanın paytaxtı Brüssel siyasi məkan olaraq bütün dünya dövlətlərinin, beynəlxalq qurumların cəmləşdiyi şəhərdir. Ölkə dövlət və hökumət başçılarının, siyasətçilərin Brüsselə gəlməsi, burada oteldə qalmasına görə də qazanclar əldə edir. Ona görə də idman obyektləri ölkə üçün mühüm biznes məkanıdır. Bu səbəbdən “Bakı 2015” üçün tikilən bütün obyektlər gənclərimiz üçün konkret olaraq iş yeridir. Bu yarışlara hələ də tərəddüd və spesifik nəzərlərlə baxan insanlara çağırış edirik ki, bu təbir Azərbaycanın dünya ilə yeni münasibətlər tarixidir, iddialı bir dövlət olmağımız deməkdir”.
Ümumiyyətlə, Azərbaycana verilən 2 il yarım yarım ərzində ölkədə çox böyük layihələr həyata keçirildi. Bakı Su İdman Sarayı, Heydər Əliyev arenası, 68 min azarkeş tutumlu milli stadion tikildi. Bu stadion Avropa Oyunlarından sonra Azərbaycan milli futbol komandasının meydanı olacaq və UEFA Avro 2020 yarışlarının 3 oyununa ev sahibliyi edəcək.Davam edəcəyi 17 gün ərzində Avropa Oyunları ənənəvi və innovativ idman növlərindən ibarət geniş diapazonlu yarışlarda 6 mindən çox yüksək dərəcəli idmançının iştirakı gözlənilir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Milli Azərbaycan Tarixi Muzeyində yeni eksponat
AFFA klubları cərimələdi
Bitcoinlar hakerləri fəallaşdırıb
Bergüzar Korel mahnı oxudu - VİDEO
"Dünya Gözəli - 2014" seçiləcək
"Cenevrə-2" iştirakçıların siyahısı hələ razılaşdırılmayıb
Britni Spirs keçmiş ərinə 110 min ödədi
Hande Demet haqqında danışdı
Bu günün hava proqnozu-01.11.2013
Ana südü hansı orqanın məhsuludur?
Gözlər qəlbin aynasıdır
Bela Hadid geyimi ilə yenə təəccübləndirdi - FOTO
Xroniki burun tıxanıqlığı
Doğulmağın, yaşamağın çətin - getməyin asan olduğu bədbəxt ölkə
Bakıda "Şalvarsız aksiya": bu nədir?
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi
Saçlarımızı qoruyaq
Bu gün yağmursuz hava olacaq
Oğlan uşaqları üçün yataqlar
Portağallı piroq (foto resept)
Adeli görənlər tanımadı-FOTO
Bakıya yağış yağacaq
2017-ci ilin xüsusi donları
Bu il 2020-ci ildən daha qısa olacaq
Restorana səyahət
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Nazir hər iki ayağını itirmiş Qarabağ qazisi ilə bağlı GÖSTƏRİŞ verdi
Ən nüfuzlu brend seçildi
Aslı Enverin paylaşımı HEYRƏTLƏNDİRDİ - FOTO
Kiçik xalçaların toxunma qaydası (Video)
Kafir
Su çərşənbəniz mübarək!
"Final yolunda gözəl qələbə qazandıq, amma..."
İngilis çayı (foto-resept)
Əlil və şəhid ailələrinə yeni yaşayış binaları veriləcək
Ərdogan Azərbaycana başsağlığı verdi
Şeyma Subaşı Trampa yazdı
ÜST: Pandemiyanın başa çatması üçün dünya əhalisinin 70 faizinin vaksinasiyası lazımdır
Evini zibilxanaya döndərənlər...
Cəbhədən xəbər var
HAVA necə olacaq?- 4 MAY
Havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ
Yağış yağacaq, şimal küləyi əsəcək
Kişi tipləri (Onu tanıyırsınızmı?)
Türkiyə MN: “Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”
Yaşam indeksi ən yüksək olan şəhərlər – SİYAHI
Hansı soğan daha faydalıdır: sarı, ağ yoxsa qırmızı?
Valideynlərə deməkdən çəkinidiyimiz 15 şey
Qarpız naxışlı peçenye (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-3 Fevral
- ŞƏRHLƏR