ANS PRESS-in TQDK-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb. Müsabiqədə iştirak etmək hüququna 2015-ci il may ayının 15-dək 19 yaşı tamam olmayan, II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə müvafiq qaydada elektron ərizə təsdiq etmiş, attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər (ünvan: Yasamal Rayonu, Mikayıl Müşviq küçəsi 1 m). Qeydiyyat 2015-ci il may ayının 7-dən (şənbə, bazar və bayram günləri istisna olmaqla) may ayının 14-ü saat 15:00-dək aparılacaq.
SQK-ya aşağıdakı sənədlər şəxsən təqdim edilməlidir:
1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün təsdiq olunmuş “Elektron ərizə”;
2. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədin əslini (2015-ci ilin məzunları I yarım il üzrə qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);
3. Şəxsiyyət vəsiqəsini.
4. Hərbi bilet və ya çР°ğırışçı şəhadətnaməsini.
Müsabiqə iki mərhələdən ibarətdir:
I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. “Beynəlxalq iqtisadi əlaqələr” və “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olmaq istəyənlər II ixtisas qrupu üzrə, “Beynəlxalq hüquq” ixtisasına qəbul olmaq istəyənlər III ixtisas qrupu üzrə imtahan verirlər.
Test imtahanı 2015-ci il mayın 17-də keçiriləcək. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytından çap edib götürəcəklər.
İmtahanda bölməsindən asılı olmayaraq abituriyentlərə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər xarici dil fənni kimi yalnız ingilis dilini seçə bilərlər. Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılacaqlar.
Müsahibə 2015-ci il may ayının 21-də keçiriləcək. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanacaqdır. Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaqdır.
İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində cari il iyun ayının 26-da və 30-da aparılacaq. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus və ingilis dillərindən bilikləri yoxlanacaqdır. “Beynəlxalq iqtisadı əlaqələr fakültəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər. İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.
Qəbul olanlardan aşağıdakı sənədlər tələb olunacaq:
1. Orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi.
2. Milli pasportun surəti.
3. 3x4 sm ölçüdə ağ-qara, parıltısız 12 ədəd fotoşəkil.
4. Xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış.
5. Döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi.
6. Tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat.
7. Sifilis müayinəsinin nəticəsi.
8. VİÇ infeksiyasının olmaması barədə beynəlxalq sertifikat.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Dil öyrənmək üçün
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər
Vahid tarif sistemi tətbiq olunacaq
Emrah son dəfə oxuyacaq!
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Moskvada daha bir məscid tikiləcək
Koronavirusa görə sosial yardımla bağlı RƏSMİ AÇIQLAMA
Bu rayonlarda şagirdlər dərsə gedə bilmədilər
Arnold Şvartsneger ilk dəfə baba olacaq
Qadın.Net-lilərin ilk körpə həyəcanı (2-ci hissə)
Maqnit qasırğası gözlənilir
Eliksirlə 10 yaş cavanlaş!
Bijüteriya asqıları
Dərmanla əzələ "şişirdən"lər -FOTO
Ronaldo 70 illik rekordu qırdı
Ən aşağı ehtimal: 145 min insan öləcək - DƏHŞƏTLİ PROQNOZ
Qan aldırmaq nəyə kömək edir?
HAVA necə olacaq?- 11 MAY
Gündəlik dəbli koftalar
Suvenir formasında hazırlanmış kostyumlar
Serenay öz gözəlliyindən danışdı-FOTO
Məşhur aktrisa Qəbələdə dincəlibmiş-FOTO
İlin dəbli çantaları
“Qarabağın məşhur müəllimləri” - Xan Şuşinski
102 yaşlı Mabel Souhilin uzun ömürlülüyünün sirri
Qadınlarımız yarışdan 10 medallar qayıdır
İlan, ya tırtıl?
Bu şəxslər 100 dollar cərimələnə bilər
Namazın rükətlərinin sayını bilmədən...
Televiziya əməkdaşları işə necə gedib-qayıdacaq?
“Hakan: Muhafız”ın yeni mövsümünün tarixi bəlli oldu - Video
"İşğalçılar məhv olunacaq"
Təhlükəli kosmetik məhsullar
"Azəriqaz" "ASAN xidmət"də göstərdiyi xidmətlərin sayını artıracaq
Cəlilabad rayonu
Fəlakət: ən böyük göl qurudu
Xilaskarlarına minnətdar olan heyvanlar
Düşmənə daha bir tutarlı cavab
Polis kenqurunu axtarışa verdi
Kosmik gəmi keksi (foto resept)
Ərdoğan: “Artıq Dağlıq Qarabağ səmasını bez parçaları deyil, hilal və ulduz bəzəyir” - VİDEO
Şeyma Subaşı da “karantin yastıq çellenc”ə qoşuldu - FOTO
Naməlum heyvan cəsədi tapıldı
Şəkərli diabet
Bu pişiklər 300 minlik sərvətə sahibdir
Bütün dünyanın inandığı yalanlar
C vitamini
Ecazkar xanımlar üçün donlar
Füzulidə gecə gərginliyi
- ŞƏRHLƏR