Son vaxtlar Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Kadr hazırlığı da lazımi səviyyədədir. Son illər ərzində Azərbaycanda, xüsusilə Bakıda çoxsaylı otellər tikilib. Bu gün bütün müasir və ən qabaqcıl otellərin brendləri Bakıda var.ANS PRESS-in məlumatına görə, bu sözləri prezident İlham Əliyev “İnturist” otelinin açılışında deyib.
Son 2-3 il ərzində nə qədər gözəl otellərin tikildiyini deyən prezident bildirib ki, “Four Seasons”, “Fairmont”, “Mariott”, “Kempinski”, “Jumeirah”, “Hilton”, “Sheraton”, - bunlardan əvvəl “Hyatt” var idi, - indi də “İnturist” oteli.
“İnturist” mehmanxanasının da bu otellər sırasında öz yeri var. Əminəm ki, gələcəkdə bu proses davam edəcək. Çünki yaxın gələcəkdə yeni “Ağ şəhər” bulvarında “Bulvar” oteli də açılacaq. Bulvarın uzunluğu artıq 16 kilometrə çatıb. “Ağ şəhər” bulvarı yaxın günlərdə insanların sərəncamına veriləcək. Beləliklə, Bakıya gələn qonaqlar şəhərimizi gəzəcək və bir daha görəcəklər ki, Azərbaycan nə qədər güclü ölkədir, Azərbaycan nə qədər sürətlə inkişaf edir. Bakıya gələn bütün qonaqlar bunu görür və qeyd edirlər.
Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və mənim üçün ən gözəl şəhərdir. Çünki Bakıda həm tarix, həm mədəniyyət, həm müasirlik bir vəhdət təşkil edir. Son vaxtlar o qədər ictimai yerlər açılıb ki, indi bu ictimai yerlərdə istirahət edə biləcək insanların sayı bəlkə də milyonlarla ölçülür. Bakı bulvarının dünyada analoqu yoxdur. Uzunluğu 16 kilometr olan bu bulvarda rahat, geniş gəzinti və velosiped zolaqları var. Digər ictimai yerlər də gözəldir. Yəqin, siz də izləyirsiniz, vaxtilə zəbt edilmiş bəzi torpaq sahələrini biz indi gözəl parklara çeviririk. Yəni, ictimai yer insanlar üçündür. Bu gün Bakıda istirahət etmək, rahat dincəlmək üçün kifayət qədər geniş imkanlar var. Bu proses davam etdirilir. Bax bu otellə üzbəüz yerlər vaxtilə sənaye zonası idi və dəniz görünmürdü. Burada gəmi təmiri zavodu, ondan sonra hərbi dəniz qüvvələrinə məxsus zavodlar yerləşirdi. Onların hamısı köçürüldü və bu gözəl yerlər artıq insanların sərəncamına verildi. Eyni mənzərəni biz “Ağ şəhər” bulvarında görürük. Orada da bütün o yerlər ya zəbt edilmişdi, ya da vaxtilə sovet dövründə tikilmiş zövqsüz binalar yerləşirdi. Bu gün o ərazi insanlar üçün açıqdır. Ona görə, Azərbaycana investisiyalar da qoyulur. Bax, budur bugünkü ölkəmiz. Azərbaycana gələn hər bir qonaq bax, bunu qeyd edir.
İlham Əliyev bildirib ki, dünən Bakıda Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısı keçirildi. Tədbirə minlərlə qonaq gəlmişdi və mənimlə söhbətlər əsnasında onların hamısı Bakı haqqında, Azərbaycan haqqında çox müsbət sözlər dedilər. Dedilər ki, Azərbaycanın bu qədər inkişaf etmiş ölkə olduğunu təsəvvür edə bilmirdilər. Bu, həqiqətən belədir və gələn ay ölkəmizə gələcək Avropa idmançıları da bunu görəcəklər. Mənə verilən məlumata görə, artıq otelin bütün otaqları sifariş edilib və siz qonaqlara yaxşı xidmət göstərəcəksiniz.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Bakıda Velopark açıldı
Nalbandyan türk nazirlə görüşməmək üçün gizləndi
Beynin aktivliyini artıran 3 amil
Sağlam dəri üçün qaragilə maskası
İşində nöqsanlar aşkarlanan tibb işçiləri cəzalandırıldı - RƏSMİ
Şagirdlər və müəllimlər arasında qızılca yayılıb? -RƏSMİ AÇIQLAMA
26 il Qubadlısız...
Dəm qazından niyə boğuluruq? - SƏBƏBLƏR
Siyasətçilər və onların sevgiləri
Məhkəmə Dəniz Çakır haqda qərar verdi
Yarım milyonluq üzüyünü restoranda unutdu - FOTO
Hər qadına lazım olan 5 ayaqqabı
Bu şəxslərin işə çıxmasına yenidən icazə verildi - RƏSMİ
Qısa boylu qadınlar necə geyinməlidir?
Əhaliyə xəbərdarlıq edildi
Bakıdan qaçan turistlər
Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır
Dekolte lenti ilə gözəlliyi azad yaşayın
Şəngülüm, Şüngülüm, Məngülüm
Ermənilər Qapanlını atəşə tutdular
27 dəqiqə ölən qadın o dünya haqqında danışdı
“Vətən Müharibəsi Qəhrəmanı” adı kimlərə veriləcək? - RƏSMİ
Menstruasiya ağrılarını azaldan ərzaqlar
27 sentyabr Azərbaycanda Anım Günü elan olundu - SƏRƏNCAM
"IV İslam Həmrəylik Oyunları da müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq"
Yeni şəxsiyyət vəsiqəsi belədir
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Şahzadə bağçaya gedir
Bağırsaqları təmizləyib, arıqladan iki ən asan metod
Peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklər
Səddam Hüseynin yazdığı roman aşkarlanıb
Boşananların sayı evlənənlərdən çoxdur
Kriştianu Ronaldu təyyarədə bayram elədi
Ən təhlükəli şirkətlər açıqlandı
"Kefli" armud (foto resept)
İrina Şeyk gələn il ikinci dəfə ana olacaq
Metronun qeyri-adi sərnişinləri
Putindən ərəbləri şoka salan qərar
Mingəçevir və Ağcabədi rayonlarının əraziləri intensiv atəşə tutulur - RƏSMİ
Ruhlarla danışmaq üçün qurğu
"İƏT Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyib"
Qarpızın faydaları
Qənirə Paşayevadan peşə əmək qabiliyyətini itirən vətəndaşlarla bağlı TƏKLİF
Qadınlar yarım gün işləməli
“Eurovision 2020”nin ilk iştirakçısı bəlli oldu
Sabahın HAVAsı
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialı tələbə qəbulu elan edir
TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ
2014-cü ildə karyeralarını başa vuran ulduz futbolçular
Koronavirusla bağlı SON STATİSTİKA
- ŞƏRHLƏR