Yaxın zamanlarda Azərbaycanda kredit dərəcələrini təxminən 2 faiz aşağı salına bilər.
ANS PRESS-in məlumatına görə, bu zaman inzibati yollarla bankların əsas resurs mənbəyinin - depozitlərin dərəcəsini aşağı salmağa da ehtiyac qalmayacaq. Yaxud Mərkəzi Bankdan uçot dərəcəsi ilə vəsait verilən bankların siyahısını tələb etməyə də ehtiyac qalmayacaq. Yəni hər şey əvvəlki qalacaq.
Sadəcə, ölkənin ilk özəl kredit bürosu yaradılmasına qərar verilib. İlkin mərhələdə Azərbaycanın 5 maliyyə qurumunun kredit bürosunun səhmdarı olması gözlənilir. Daha sonra layihəyə beynəlxalq investorların da cəlb edilməsi düşünülür. Əslində, Azərbaycan üçün yeni sayılan kredit büroları Avropada XIX əsrdən fəaliyyət göstərir. Bu bürolar banklara müştərilər barədə məlumat yığmaq və təqdim etməklə məşğul olublar. İnqilabdan əvvəl Rusiyada da bir neçə bu cür özəl kredit bürosu fəaliyyət göstərib. Hazırda Rusiya və Ukraynada yenidən kredit büroları açılıb. Azərbaycanda özəl kredit bürosunun yaradılması üzrə müzakirələr artıq 5 ilə yaxındır davam edir, iki il qabaq hətta məsələ parlamentin iqtisadi siyasət komitəsində müzakirəyə çıxarılmışdı. O vaxt Azərbaycanın 9 maliyyə qurumu layihəyə qoşulmaq barədə düşünürdü, göründüyü kmii, keçən 2 il ərzində bu say iki dəfəyə qədər aşağı düşüb. Məsələ bundadır ki, kredit bürosunun yaradılması maliyyə və vaxt tələb edən məsələdir. Beynəlxalq təcrübə göstərir ki, qərar veriləndən sonra kredit bürosunun qurulması üçün ən azı 24 ay vaxt lazımdır.
İlkin hesablamalara görə, Azərbaycanda kredit bürosunun yaradılması üçün 2,5 milyon dollar pul lazımdır. Bunun təxminən 1 milyon dolları lazımi proqram təminatlarına gedəcək. Kredit bürosunun təsisçiləri pullarını məhz banklara məlumat satmaqla çıxara biləcəklər.
Amma istənilən halda kredit bürolarının xidmətindən istifadə banklar üçün çox əlverişlidir və faiz dərəcələrini aşağı salmasına imkan yaradır. Beynəlxalq qurumların açıqlamalarına görə, kredit büroları banklara kreditorlar haqqında verdikləri məlumat hesabına əməliyyat xərclərini 25 faiz aşağı sala bilirlər. Həmçinin Dünya Bankının apardığı sorğu əsasında məlum olub ki, postsovet məkanı ölkələri kimi dövlətlərin bank sistemində əməliyyat xərcləri kreditin dəyərinin 20-30%-ni əhatə edir.
Yəni Azərbaycanda əhalinin ən çox müraciət etdiyi kreditlərin orta illik dərəcəsinin 20 faiz ətrafında dəyişdiyi nəzərə alınarsa, bu, faizlərin təxminən 2 faiz düşməsi deməkdir.
İqtisadçı ekspert Samir Əliyev isə özəl kredit bürosunun işə düşməsindən sonra faiz dərəcələrinin daha artıq düşə biləcəyini ehtimal edir. “Burada məsələ etibardadır. Adətən banklar özlərini sığortalamaq üçün faiz dərəcələrini bəribaşdan yüksək təqdim edirlər. Amma kredit bürosu etibarlı müştəriləri təqdim etdiyinə görə, banklar real faiz dərəcələri ilə kredit verirlər. Bu da dərəcələri 2 faizdən də çox aşağı sala bilər”,- deyə iqtisadçı ekspert ANS PRESS-in əməkdaşı ilə söhbətində vurğulayır.
İqtisadçı ekspertin sözlərinə görə, özəl kredit büroları Mərkəzi Kredit Reyestri (MKR) ilə müqayisədə daha etibarlı və əhatəli məlumat verə bilər: “MKR-də əsasən kreditlər barədə məlumat olur. Amma özəl kredit büroları müştərinin gəlirləri, vergi öhdəlikləri, hətta kommunal xərcləri necə ödəməsi barədə məlumatlar təqdim edir. Həm də MKR Mərkəzi Bankın nəzarəti altında olduğuna görə məlumatları bəzən tərəfli ola bilər. Amma özəl kredit büroları tam obyektiv məlumat təqdim edirlər”,- deyə Samir Əliyev vurğulayır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Amerikalı psixoloqdan küskün insanlara maraqlı təklif
Məşhur aşpaz orduda xidmətə başladı - FOTO
Hicablı xanımlar üçün geyim kombinasiyaları
Rusiyalı qadın həbsxanaya piroqun içərisində 11 telefon keçirmək istədi
Müəllimlərin dəyişməyən statusu
Özcan Denizin Boşanma ərizəsində Diqqət Çəkən Məqam-FOTO
Uğur əldə etməyin asan yolları
600-dən çox şagird “Azərbaycan dili” imtahanından kəsildi
"Evdə tək" filminin ulduzu Maykl Cekson haqqında danışdı-FOTO
Düşündürücü və maraqlı
"Topçular"ın atıcısı sıradan çıxdı
Sloveniyaya miqrant axını davam edir
Azərbaycan vətəndaşı bədbəxt hadisələrdən sığortalanıbmı?
Yabanı turp salatı
Ac qalmaq saçların uzanmasına səbəb olur
Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur
Xankəndi tam zülmətə qərq oldu - VİDEO
İsti havalarda maye istifadəsi
Amerikalı iqtisadçılar dolların çökəcəyi proqnozunu verdilər: son 40 gün
Məşhur aktyor xanımların qəlbini ovsunladı-FOTO
Gəlinlər üçün manikür
Fransa Senatı Rusiya ilə bağlı qərar qəbul etdi
"Canlı Ken" 200-cü dəfə əməliyyat olundu-FOTO
Cessika Simpson üçüncü dəfə ana oldu-FOTO
Pozitiv olmağın mənfi tərəfləri
Tito Vilanova "Barselona"ya qayıdacaq
Bakıda hərbi keçid olacaq
Maska taxmaq üstündə sürücü ilə sərnişin arasında dava - VİDEO
Həzmi çətinləşdirən 4 qida
Yaz fəslinin Azərbaycana gəlmə vaxtı açıqlandı
Ölkədə istilik sisteminin verilməsi qrafiki açıqlandı
Kağızdan əl işləri
Ofisdə edə biləcəyiniz 3 yoqa hərəkəti
Bibərli kələm salatı (foto resept)
Günün ulduz falı
Göz iltihabı
Dünya mətbəxi - Özbəkistan
Prezident və xanımı ümumxalq şənlikdə iştirak ediblər
Tovuz atəşə tutuldu
İsti hava insanlarda narahatlıq yaradıb - Hava şəraiti nə vaxtdan sərinlənəcək?
Aksessuar seçimində nələrə diqqət edilməlidir
Özləri çox, gəlirləri azdır
XİN: Ermənistanı atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribata son qoymağa çağırırıq
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - İlham Əliyev
Yeni hacılara Ebola virusu xəbərdarlığı
Bu ilin ən yaxşı 100 futbolçusu seçildi
Cessika Simpson növbəti dəfə ana olacaq-FOTO
Sinoptiklərdən müjdə
Bakının 26%-i təhlükədədir
Hava necə olacaq?
- ŞƏRHLƏR